Press-reliZ 25 iyul 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 22,52 Kb.
tarix25.10.2017
ölçüsü22,52 Kb.
#12414

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
25 iyul 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRLƏRİNİN ƏLEYHİNƏ İFADƏ TOPLANIR

  • BƏXTİYAR HACIYEV AĞIR ŞƏRAİTİ OLAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

  • MƏRKƏZ” QƏZETİNİN ÜÇ ƏMƏKDAŞI İSTEFA VERİB


ELAN!
26 İYUL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində jurnalist Eynulla Fətullayev yeni İctimai Hərəkatın yaradilması ilə bağlı mətbuat konfransı keçirəcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.

RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRLƏRİNİN ƏLEYHİNƏ İFADƏ TOPLANIR
Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Naxçıvan Muxtar Respublikasında təzyiqlə üzləşən RATİ əməkdaşlarından biri olan Mehman Mehdiyev mətbuat konfransı keçirdi. O son günlər ailələrinə, xüsusilə atası Həkimeldostu Mehdiyevə qarşı artan təzyiqlərdən danışdı. M.Mehdiyevin sözlərinə görə, münaqişənin yaranmasına səbbəb kimi göstərilən həyətyanı sahələrindəki kiçik avtoyuma məntəqəsinə gələn elektik xətti olub.
“Bizim fəaliyyətimizdə hər hansı qanunsuzluq olmayıb. Sadəcə Naxçıvan hakimiyyəti bizim jurnalist fəaliyyətmizdən narazıdır deyə bizə şər atır. Bizə şər atırlarlar ki, guya avtoyuma məntəqəsinə gedən elektrik xəttini saygacdan kənar qoşaraq işlətmişik”, - deyə qeyd edən M.Mehdiyevin sözlərinə görə, hazırda onun özü də axtarılır.
“Mən həmin gün uzaqdan evimizə olan basqını foto-video lente almışam. Məni qovsalar da mənə çata bilmədilər və indi bunun hayfini çıxmaq istəyirlər. Həm də artıq Şərur rayon Proskurorluğun kəndimiznin əhalisini, xüsusilə taksi xidməti göstərənləri hədələyərək əleyhimizə ifadələr toplayır, məni və atamı həbs etmək istəyirlər ”, - deyə o qeyd etdi.
RATİ sədri Emin Hüseynov isə iqlimi sərt olan Naxçıvanda yayın bu istisində Mehdiyevlər ailəsinin elektrik enerjisiz qoylduğunu bildirdi. ”Artq 10 gündür ki, Mehdiyevlərin elektrik xətləri kəsilib və həyya elektrik dirəkləri də sökülərək aparılıb. Onların hətta qida məhsullarini soyucuya qoymaq imkanları da yoxdur”.
Jurnalist İdrak Abbasov isə, H.Mehdiyevlə bərabər Naxçıvanda digər jurnalistlərin də mütəmadi təzyiqə məruz qaldıqlarını, son olayın isə almaniyalı jurnalist Mixail Ludviqin Muxtar Respublikaya baş tutumuş yarımçıq səfərindən sonra baş verdiyini dedi. Habelə İ.Abbasov bildirdi ki, iyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib.


BƏXTİYAR HACIYEV AĞIR ŞƏRAİTİ OLAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB
Bəxtiyar Hacıyev 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (25 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın hüquqlarının müdafiə komitəsinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, B. Hacıyevin ailə üzvləri bundan sonra Bakıdan kənarda və ictimai nəqliyyat məhdud şəkildə hərəkət etdiyi Güzdəy qəsəbəsi

ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə gəlib getməyi çətinlikər yaradacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda azadlıqda olan amma 2006-ci ildə saxta narkotik itihami ilə həbs edilən satirik-jurnalist Mirzə Sakit (Zahidov) da 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirdi. Cəzaçəkmə müəssisəsində dəfələrlə zorakılığa məruz qalan M.Sakit 2008-ci il noyabrın 2-də hüquq müdafiəçiləri və beynəlxaq qurumların tələbləri ilə 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdü.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

MƏRKƏZ” QƏZETİNİN ÜÇ ƏMƏKDAŞI İSTEFA VERİB

“Mərkəz” qəzetinin bir qrup əməkdaşı - baş redaktorun müavini Nicat Sadıqlı, redaktor Bəxtiyar Elcan və müxbir Cəlil Cavanşir əmək haqlarının azaldılması səbəbindən istefa veriblər. Bu barədə bu gün (25 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müxbir Cəlil Cavanşir məlumat verib.

Cəlil Cavanşirin sözlərinə görə, qəzetin təsisçisi, deputat Gülər Əhmədova Milli Mətbuat Günündə qəzetin kollektivinə sürpriz eləyib: “Gülər Əhmədova kollektivə heç bir açıqlama vermədən maaşlarımızı yarıbayarı azaldıb. Biz də buna etiraz əlaməti olaraq, qəzetdə çalışmaqdan imtina edib istefa verdik”.
Məsələyə münasibət bildirən “Mərkəz” qəzetinin təsisçisi, deputat Gülər Əhmədova isə RATİ-yə bildirdi ki, insanlara əməkhaqqı onların ehtiyaclarına görə yox, gördükləri işin müqabilində verilməlidir:
“Müasir jurnalistikanın tələblərinin ciddiləşməsi hər kəsə məlumdur. Ətraflı informasiya, ilkin, dəqiq məlumat əldə etmə bacarığı, jurnalist araşdırması, jurnalistlər arasında peşəkarlıq baxımdan yaranan mühit və rəqabət vacib şərtlərdir. Qəzetdə çalışan redaktorlar yeni gələnlərin işləməsinə şərait yaratmır, özləri də işləmirdilər. Bizə isə işləyənlər lazımdır”, - deyə G. Əhmədova bildirdi.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 22,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin