Preventiv Qanunun əsas tələbləri və beynəlxalq standartlar; Preventiv Qanunun əsas tələbləri və beynəlxalq standartlar



Yüklə 582 b.
tarix18.12.2018
ölçüsü582 b.
#86247



Preventiv Qanunun əsas tələbləri və beynəlxalq standartlar;

  • Preventiv Qanunun əsas tələbləri və beynəlxalq standartlar;

  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması əməlinin cinayət hüquqi xarakteristikası:

  • Cinayətin tərkibi və 193-1-ci maddəyə edilmiş son dəyişikliklər və onların hüquqi tövsifi;

  • Pulların yuyulması əməlinin aşkar edilməsi və cinayət işinin başlanılması;

  • Əməliyyatın dayandırılması, əmlak üzərinə həbs qoyulması və müsadirə. Terrorçuluq fəaliyyəti ilə əlaqəli maliyyə aktivlərinin dondurulması mexanizmi. Beynəlxalq təcrübədə mülki müsadirə anlayışı;

  • Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə maliyyə kəşfiyyat xidməti ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, onların fəaliyyətinin koordinasiyası, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi.









BMT-ın Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Vyana Konvensiyası (1988);

  • BMT-ın Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Vyana Konvensiyası (1988);

  • Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında Avropa Şurasının Strasburq Konvensiyası (1990);

  • BMT-ın Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya (1999);

  • BMT-ın Mütəşəkkil Cinayətkarlığa qarşı Palermo Konvensiyası (2000)



Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) (1989) (35 üzv) - 40+9 Tövsiyəsi;

  • Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) (1989) (35 üzv) - 40+9 Tövsiyəsi;

  • Eqmont Qrupu (1995) (108 üzv-ölkəsi) – Əməkdaşlıq prinsipləri

  • Volfsberq Qrupu (2000) (12 iri bank) - Standartlar;



FATF;

  • FATF;

  • MONEYVAL (Avropa Şurası);

  • Avrasiya Qrupu (EAG);

  • FATF tipli digər regional qurumlar.





Məqsədi

  • Məqsədi

  • Əsas tələblər

  • Monitorinq subyektləri

  • Nəzarət orqanları

  • Maliyyə monitorinq orqanı



Monitorinq subyektləri:

  • Monitorinq subyektləri:

  • Monitorinq iştirakçıları;

    • Banklar;
    • Sığorta təşkilatları;
    • Qiymətli kağızlar bazarının iştirakçıları;
    • Digər subyektlər
  • Monitorinqdə iştirak edən digər şəxslər (vəkillər, hüquqşünaslar, mühasiblər və s.)



Məcburi normativ xarakterli aktlar qəbul edir;

  • Məcburi normativ xarakterli aktlar qəbul edir;

  • Cari və şübhəli əməliyyatlar barədə hesabatlar alır;

  • Şübhəli əməliyyatların icrasını dayandırır, icrası məcburi olan qərarlar qəbul edir və göstərişlər verir;

  • Kredit təşkilatlarından əlavə məlumatlar alır;

  • Vahid informasiya sistemi yaradır;

  • Monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını müəyyən edir;

  • «Qara siyahıda olan dövlətləri» müəyyən edir;



Müştərilərin və benefisiarların eyniləşdirilməsi və verifikasiyası;

  • Müştərilərin və benefisiarların eyniləşdirilməsi və verifikasiyası;

  • Sənədlərin və məlumatların qoruyub saxlanması;

  • Qeyri-adi əməliyyatların aşkar edilməsi;

  • Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi;

  • Müvafiq məlumatların MMX-yə təqdim edilməsi;

  • Daxili Nəzarət Sisteminin yaradılması və tətbiqi.





20`000 AZN-dən yuxarı məbləğdə nağd şəkildə əməliyyatlar həyata keçirildikdə;

  • 20`000 AZN-dən yuxarı məbləğdə nağd şəkildə əməliyyatlar həyata keçirildikdə;

  • Şübhəli əməliyyatlar aparıldıqda;

  • “Qara siyahı”dakı dövlətlərin vətəndaşları ilə, eləcə də həmin dövlətlərin banklarındakı hesabı olan şəxslərlə bağlı əməliyyatlar aparıldıqda;

  • Xarici dövlətlərin siyasi xadimlərinin əməliyyatları aparıldıqda;

  • Anonimliklə bağlı əməliyyatlar aparıldıqda;



MMX tərəfindən müəyyən edilmiş terrorçu şəxslərin əməliyyatları;

    • MMX tərəfindən müəyyən edilmiş terrorçu şəxslərin əməliyyatları;
    • Əməliyyatın tərəflərini dəqiq eyniləşdirmək mümkün olmadıqda;
    • Müştəri və ya benefisiar barədə məlumatların təqdim edilməsindən imtina edildikdə;
    • Əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda.


MMX-yə təqdim edilmiş məlumatlar məxfi və ciddi təhlükəsizlik sistemi çərçivəsində saxlanılır.

  • MMX-yə təqdim edilmiş məlumatlar məxfi və ciddi təhlükəsizlik sistemi çərçivəsində saxlanılır.

  • Hüquq-mühafizə orqanları monitorinq subyektlərindən məlumatları yalnız məhkəmənin qərarı əsasında tələb edə bilər.



  • Monitorinq subyektləri və onların əməkdaşları,

  • məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim etdikdə,

  • bank sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə

  • məsuliyyətə cəlb oluna bilməzlər.



Məlumatların MMX-yə təqdim edilməsi barədə məlumatların yayılmasına görə cinayət məsuliyyəti:

  • Məlumatların MMX-yə təqdim edilməsi barədə məlumatların yayılmasına görə cinayət məsuliyyəti:

  • Pulların yuyulmasına dair məlumatların yayılmasına görə - 1 ilədək azadlıqdan məhrum etmə;

  • Terrorçuluğun maliyyələşdirilməsinə dair məlumatların yayılmasına görə - 2 ilədək azadlıqdan məhrum etmə.

  • Bu sahədə qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət:

  • vəzifəli şəxslər – 800-1`500 AZN cərimə

  • hüquqi şəxslər – 8`000-15`000 AZN cərimə

  • Qeyd: İnzibati məsuliyyət tədbirlərini monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının məhkəmələri tətbiq edir.





cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi,

  • cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi,

  • yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi,

  • cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi



Pul vəsaitlərinin leqallaşdırılması əməli düzünə qəsdlə törədilir və burada cinayət tərkibinin əsas elementi kimi təqsirləndirilən şəxsin pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edildiyini bilməsi (və ya həmin şəraitdə bilməli olması) müəyyən edilməlidir.

  • Pul vəsaitlərinin leqallaşdırılması əməli düzünə qəsdlə törədilir və burada cinayət tərkibinin əsas elementi kimi təqsirləndirilən şəxsin pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edildiyini bilməsi (və ya həmin şəraitdə bilməli olması) müəyyən edilməlidir.

  • Cinayətin məqsədi cinayət tərkibinin əsas elementi olduğundan pulların yuyulması əməlinin törədilməsinə görə cinayət məsuliyyətinin yaranması üçün əməlin hər bir halda pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə törədilməsi müəyyən edilməlidir.

  • Fakultativ element olmasına baxmayaraq preventiv tədbirlərin görülməsi və cinayətin açılması üçün cinayətin motivinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

  • Hər bir halda subyektiv cəhətin qeyd olunan elementləri işin obyektiv faktiki hallarından asılı olaraq cinayət prosesi gedişində müəyyən edilməlidir.



Pulların yuyulması cinayətinin obyekti iqtisadi fəaliyyət sahəsində ictimai münasibətlər və ölkənin maliyyə sistemidir.

  • Pulların yuyulması cinayətinin obyekti iqtisadi fəaliyyət sahəsində ictimai münasibətlər və ölkənin maliyyə sistemidir.

  • Cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir. Bununla belə beynəlxalq standartlar pulların yuyulması əməlinin törədilməsinə görə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsini tövsiyyə edir.

  • Cinayət, maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi vasitəsilə törədilirsə, bu halda şəxsin cinayətin subyekti olması üçün bu cür əməliyyatları həyata keçirmək üçün zəruri olan fəaliyyət qabiliyyəti olmalıdır.



Leqallaşdırma əməli 3 növ sxem üzrə aşkar və istintaq edilə bilər:

  • Leqallaşdırma əməli 3 növ sxem üzrə aşkar və istintaq edilə bilər:

  • Predikativ cinayətin istintaqı zamanı leqallaşdırma faktları müəyyən edildikdə. Bu halda təqsirləndirilən şəxsin əməli həmçinin 193-1-ci maddə ilə tövsif olunur;

  • Cinayət işi bilavasitə leqallaşdırma cinayətinin ilkin əlamətlərinin aşkar edilməsi ilə başlanılır. Bu halda predikativ cinayət, cinayət prosesi gedişində müəyyən edilir.

  • Cinayət işi predikativ cinayət üzrə ittiham hökmünün cıxarılmasından sonra preyudisial fakt üzrə başlanılır və istintaq edilir.

  • Predikativ cinayət hər bir halda cinayət prosesi gedişində müəyyən edilməlidir. Predikativ cinayət üzrə məhkəmə hökmünün olmaması leqallaşdırma cinayəti üzrə cinayət işinin başlamasına maneə olmamalıdır.



  • Bütün digər cinayətlər kimi törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi və fiziki şəxslərin, kütləvi informasiya vasitələrinin məlumatları, eləcədə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsi leqallaşdırma əməli üzrə cinayət işinin başlanılması üçün səbəb hesab olunur.

  • Bu cür səbəblər olduqda və cinayət işinin başlanılması üçün əsas hesab ediləcək, cinayət faktının baş verməsinə işarə edən ilkin sübutlar əldə edildiyi hər bir halda cinayət işi başlanılmalı və istintaq aparılmalıdır.



Cinayət əlamətləri olan şübhəli əməliyyat barədə MMX-dən müvafiq məlumatlar daxil olduqda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məlumatı dərhal qeydə almalı və ona baxmalı;

  • Cinayət əlamətləri olan şübhəli əməliyyat barədə MMX-dən müvafiq məlumatlar daxil olduqda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məlumatı dərhal qeydə almalı və ona baxmalı;

  • Məlumat alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar 20 (iyirmi) gündən, hüquqi şəxsin fəaliyyətinin yoxlanılması ilə əlaqədar 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı;

  • Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir.



Predikativ cinayətin subyekti ilə pulların yuyulması cinayətinin subyekti fərqləndirilməlidir. Predikativ cinayətin və leqallaşdırma cinayətinin subyekti eyni şəxs olduqda əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

  • Predikativ cinayətin subyekti ilə pulların yuyulması cinayətinin subyekti fərqləndirilməlidir. Predikativ cinayətin və leqallaşdırma cinayətinin subyekti eyni şəxs olduqda əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

  • Törədilməsi nəticəsində maddi fayda eldə edilmiş cinayətlərin, xüsusilədə mülkiyyət əleyhinə, korrupsiya cinayətləri və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayətlərin istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət nəticəsində əldə edilmiş əmlakla davranışı araşdırılmalı və bu əmlakın gizlədilməsinə və ya ona qanuni status verilməsinə yönəlmiş fəaliyyət və ya cəhd müəyyən edildikdə təqsirləndirilən şəxsə əlavə olaraq 193-1-ci maddə ilə ittiham irəli sürülməlidir.





Şübhəli əməliyyata dair məlumat təqdim edildiyi vaxtdan 2 iş günü ərzində həmin əməliyyat icra edilmir.

  • Şübhəli əməliyyata dair məlumat təqdim edildiyi vaxtdan 2 iş günü ərzində həmin əməliyyat icra edilmir.

  • Həmin müddət ərzində əməliyyatın icrasının dayandırılması barədə MMX-dən göstəriş daxil olmazsa, monitorinq iştirakçısı şübhəli əməliyyatı icra edə bilər.

  • MMX-ın göstərişi əsasında əməliyyatın icrası daha 72 saat ərzində dayandırıla bilər.

  • MMX əməliyyatın icrasının dayandırılması barədə qərar qəbul etdikdə həmin qərarı və müvafiq sənədləri dərhal prokurorluq orqanlarına və ya Milli Təhlükəsizlik Nazirliyinə göndərir.





Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak;

  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak;

  • Cinayət törədərkən istifadə olunmuş cinayətin alət və vasitələri, cinayətin predmeti,

  • Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul vəsaitləri və ya digər əmlak.



a) müsadirə edilməli olan əmlakın aşkar olunması, izlənməsi və qiymətləndirilməsi;

  • a) müsadirə edilməli olan əmlakın aşkar olunması, izlənməsi və qiymətləndirilməsi;

  • b) belə əmlak barəsində bütün əqdlərin, habelə başqa şəxsə və ya barəsində sərəncam verilməsinin qarşısının alınması üçün dondurulma və həbs kimi təminat tədbirlərindən istifadə olunması;

  • c) müsadirə edilməli olan əmlakın dövlət tərəfindən axtarışa elan edilməsinin qarşısını alan tədbirlərin ləğv edilməsi;

  • d) bütün müvafiq istintaq tədbirlərinin həyata keçirilməsi;

  • e) Dövlətlər tərəfindən, cinayət icraatı qaydasında təqsirkar şəxsi məhkum etmədən əmlak və vasitələrin müsadirə edilməsini qadağan etməyən və ya təqsirkar şəxsdən müsadirə edilməli olan əmlakın əldə olunmasının (mənbəyinin) qanuniliyini sübut etməyə tələb edən normaların qəbul olunması məsələsinə, daxili qanunvericiliyin müddəaları imkan verdiyi həcmdə baxılması.



a) PY və TM-nə şübhə yaradan əməliyyatların icrasının dayandırılması istintaq hərəkətinin tətbiqinə dair prosedurların mövcud olmaması və CPM-in 134.2-ci maddəsində sübut kimi istifadə oluna bilən istintaq hərəkətlərinin protokolları sırasında PY və TM-nə şübhə yaradan əməliyyatların icrasının dayandırılması istintaq hərəkəti protokolunun nəzərdə tutulmaması bu istintaq hərəkətinin tətbiqi imkanlarını məhdudlaşdırır.

  • a) PY və TM-nə şübhə yaradan əməliyyatların icrasının dayandırılması istintaq hərəkətinin tətbiqinə dair prosedurların mövcud olmaması və CPM-in 134.2-ci maddəsində sübut kimi istifadə oluna bilən istintaq hərəkətlərinin protokolları sırasında PY və TM-nə şübhə yaradan əməliyyatların icrasının dayandırılması istintaq hərəkəti protokolunun nəzərdə tutulmaması bu istintaq hərəkətinin tətbiqi imkanlarını məhdudlaşdırır.

  • b) CPM-də nəzərdə tutulmuş həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur müddəası FATF-ın tövsiyyələrinə uyğun olaraq cinayətlə bilavasıtə əlaqəsi olmayan üçüncü şəxslərin əmlakı üzərinə həbs qoyulması imkanlarını məhdudlaşdırır.

  • c) Şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibinə xitam verilməli olması bu şəxs tərəfindən törədilmiş cinayət nəticəsində əldə edilmiş əmlakın müəyyən edilməsi və müsadirəsi imkanlarını məhdudlaşdırır.



Beynəlxalq təcrübədə mülki müsadirə cinayət mühakimə icraatının mümkün olmadığı aşağıdakı hallarda tətbiq olunur:

  • Beynəlxalq təcrübədə mülki müsadirə cinayət mühakimə icraatının mümkün olmadığı aşağıdakı hallarda tətbiq olunur:

  • Cinayətkar ədalət mühakiməsindən yayındıqda və nəticədə onun barəsində ittiham hökmünün çıxarılması mümkün olmadıqda;

  • Cinayət işinin başlanılmasına və ya ittiham hökmünün çıxarılmasınadək təqsirləndirilən şəxs öldükdə və bununla cinayət təqibinə xitam verilməli olduqda;

  • Cinayəti törətmiş şəxsin cinayət təqibini istisna edən hüquqi immuniteti olduqda;

  • Cinayətkar, cinayət təqibini çətinləşdirən və ya mümkünsüz edən hakimiyyətə malik olduqda;

  • Cinayət yolu ilə əldə edilmiş vəsaitlər aşakar edildikdə, bununla belə cinayətkar naməlum olduqda;

  • Cinayət yolu ilə əldə edilmiş pul vəaitləri, barəsində ittiham irəli sürülməyən üçüncü şəxslərin mülkiyyətində və ya sahibliyində olduqda

  • Vəsaitlərin kriminal mənşəyinin müəyyən edilməsinə baxmayaraq cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər sübutlar olmadıqda





Barələrində sanksiyalar tətbiq olunmalı olan şəxslərin siyahısı preventiv xarakter daşımaqla təqsirsizlik prezumsiyası prinsipinə uyğun olaraq onların konkret cinayət əməlində təqsirli olmasını müəyyən etmir və aşağıdakı önləyici tədbirlərin görülməsi məqsədini daşıyır:

  • Barələrində sanksiyalar tətbiq olunmalı olan şəxslərin siyahısı preventiv xarakter daşımaqla təqsirsizlik prezumsiyası prinsipinə uyğun olaraq onların konkret cinayət əməlində təqsirli olmasını müəyyən etmir və aşağıdakı önləyici tədbirlərin görülməsi məqsədini daşıyır:

  • terror fəaliyyəti ilə əlaqəsi olan şəxslərin və təşkilatların pul vəsaitlərinin və ya digər əmlakının təxirəsalınmadan dondurulması və bu vəsaitlərdən terrorçuluğun maliyyələşdirilməsi üçün istifadəsinin qarşısının alınması;

  • bu şəxslərin miqrasiyasının və tranzit keçidinin qarşısının alınması;

  • onlara hər hansı formada yardım göstərilməsinin, o cümlədən terrorçu qruplara üzvlər cəlb olunmasının qarşısının alınması və terrorçulara silah göndərilməsi vasitələrinin ləğv edilməsi.



BMT-nin Təhlükəsizlik Şurasının 1999-cu il 1267 nömrəli qətnaməsi ilə təsis edilmiş «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsi» (bundan sonra Sanksiyalar Komitəsi) tərəfindən dərc olunmuş barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin siyahısı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada MMX tərəfindən təsdiq edilir.

  • BMT-nin Təhlükəsizlik Şurasının 1999-cu il 1267 nömrəli qətnaməsi ilə təsis edilmiş «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsi» (bundan sonra Sanksiyalar Komitəsi) tərəfindən dərc olunmuş barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin siyahısı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada MMX tərəfindən təsdiq edilir.

  • Sanksiyalar Komitəsi tərəfindən Siyahıya düzəlişlər edildikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (bundan sonra – Xarici İşlər Nazirliyi) təqdimatına əsasən 3 iş günü müddətində Maliyyə Monitorinqi Xidməti tərəfindən Siyahıya müvafiq əlavə və dəyişikliklər edilir.

  • Siyahı, habelə Siyahıya əlavə və dəyişikliklər təsdiq olunduqdan sonra Maliyyə Monitorinqi Xidməti tərəfindən dərc olunur və aidiyyəti dövlət orqanlarına göndərilir.



Monitorinq subyektləri siyahıda göstərilmiş şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, belə pul vəsaitləri və ya digər əmlak təxirəsalınmadan dondurulur və məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.

  • Monitorinq subyektləri siyahıda göstərilmiş şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, belə pul vəsaitləri və ya digər əmlak təxirəsalınmadan dondurulur və məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.

  • Siyahıda göstərilmiş şəxslər Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-a daxil edilir və onların Azərbaycan Respublikasına miqrasiyasının, habelə onların pul vəsaitlərinin və ya digər əmlakının ölkə ərazisinə gətirilməsinin və ölkədən çıxarılmasının qarşısı alınır.

  • Maliyyə Monitorinqi Xidməti siyahıda göstərilmiş şəxslərə və onların sərəncamında olan pul vəsaitlərinə və ya digər əmlaka dair məlumat bazasının formalaşdırılması üçün zəruri tədbirlər görür.





Yüklə 582 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin