Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir



Yüklə 16,35 Kb.
tarix13.06.2018
ölçüsü16,35 Kb.
#53559

NAXÇIVAN

İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)


PRESS-RELİZ
20 Noyabr 2010-cu il

Naxçıvan, Azərbaycan



  • 7 GÜN QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEVƏ QOHUMLARINA ZƏNG EDİB

  • NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇİLƏN 45 DEPUTATIN 42-Sİ YENİ AZƏRBAYCAN PARTİYASI ÜZVÜDÜR



7 GÜN QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEVƏ QOHUMLARINA ZƏNG EDİB
7 gün qanunsuz olaraq həbsdə saxlan və taleyi haqda heç bir məlumat verilməyən Sabit Əliyev bu gün (20.11.110) 7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” seçki  blokunun Milli Məclis deputatlığına vahid namizədi olmuş Səxavət Əliyevə telefonla zəng edib. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirlərinə keçmiş namizəd Səxavət Əliyev bildirib.

“Qardaşım bu gün (20.11.110) saat 12.00 radələrində mənə zəng etdi. Bildirdi ki, müstəntiqin otağından zəng edir. O dedi ki, müstəntiq ona ailəmi bir-birinə qatdığımızı bildirib və polisləri pis vəziyyətdə qoymuşuq və telefon qapadı”, – deyə Səxavət Əliyev bildirib və qardaşının saxlandığı müddətdə işgəncəyə məruz qaldığını və təzyiq altında ona zəng etdirildiyini iddia edib.

“Mənim ixtisasım həkimlikdir və insan psixologiyasını yaxşı bilirəm. Qardaşım mənə zəng edəndə səsi titrəyirdi. Basqı altında zəng vurduğu aydın sezilirdi”, - deə o bildirib.

Sabit Əliyevin digər qardaşı Çapay Əlisoyun bildirdiyinə görəsə, o, bacısı və qohumları ilə birlikdə bu gün polis şöbəsində olublar. Qardaşları ilə onlara görüş verilməyib. Ona apardıqları yeməkdə geri qaytarılıb. Əvvəlcə Sabit Əliyevin orada olmadığı bildirsələr də, sonradan müstəntiq bir daha onlara qardaşından şikayətçi olan Afət Əliyevadan üzür istəməyin vacib olduğunu bildirilib.

“Qardaşımın taleyindən və harada saxlanmasından narahatıq. Bunların dedikləri biri-birini təkzib edir. Deyirlər burada yoxdur, sonrada deyirlər ki, gedin şərləyənlərdən üzr istəyin və biz də qardaşınızı buraxaq ”, deyə Ç.Əlisoy deyib.

Məsələ ilə bağlı müxbirlərimiz bu gün Şərur rayon Polis Şöbəsində olublar. Müxbirlərə S. Əliyevlə görüş və onun haqqında heç bir məlumat verilməyib. Onlar telefon vasitəsi ilə Şərur RPŞ-nin rəis əvəzi Nəcmi Vəliyevlə əlaqə saxlayıblar. N.Vəliyev müxbirimizə “Gedin öz işinizlə məşğul olun. Bu sizə aid iş deyil”, - deyə rəis özünü Kütləvi İnformasiya Vasitələri haqqında qanundan xəbərsiz aparıb.

Xatırladaq ki, 7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qohumlarına qarşı təzyiqlər başlayıb. Namizədin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi də başda olmaqla bir neçə məmur tərəfindən təxribata çəkilib. Noyabrın 12-si o, heç bir əsas olmadan Şərur rayon Polis Şöbəsinə aparılıb. Şikayətçilər İddia edirlər ki, guya Sabit Əliyev kəndin icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu və kəndin mollası Yasin Əliyevi  təhqir edib,
Günahlandırılan Sabit Əliyev  isə deyilənləri təkzib edib. Bildirib ki, onun şikayət yazanlara qarşı heç bir qərəzi olmayıb. Sadəcə hər kəsin qarşısında seçkilərin saxtalaşdırılmasını və səslərin oğurlanmasını bildirib.     
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇİLƏN 45 DEPUTATIN 42-Sİ YENİ AZƏRBAYCAN PARTİYASI ÜZVÜDÜR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 19 noyabr 2010 tarixli qərarından sonra IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilən deputatların adları bəlli oldu. Ali Məclisdə 45 deputat yerinin 42 nəfər YAP, 2 nəfər bitərəflər cəmi 1 nəfər də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) nümayəndəsi yer alıb. Bu barədə məlumatı NMR Mərkəzi Seçki Komissiyası yayıb.

7 noyabr 2010-cu il Naxçıvan MR Ali Məclisinə seçkilərdə YAP-nın Muxtar Respublika üzrə bütün rayon və şəhər təşkilatlarının sədrləri deputat olub. Əvvəlki çağırış Ali Məclisin tərkibində cəmi 1 qadın deputat var idisə, bu dəfə onların sayı 6 nəfərdir. Ali Məclisdə ən yaşlı deputatı YAP üzvü olan 1940-cı il təvəllüdlü təqaüdçü Məmmədov Çingiz Sahab oğlu, ən gənc deputat isə YAP üzvü 1982-ci il təvəllüdlü Həmzəyeva Ülviyyə Tapdıq qızıdır.

Müxbirlərimiz NMR Ali Məclisində təmsil olacaq müxalifət nümayəndəsinin kimliyi ilə maraqlanıblar. KXCP (Klassik Xalq Cəbhəsi Partiyası) Naxçıvan MR təşkilatından RATİ-nin Naxçıvandakı müxbirinə bildirildiyinə görə, AXCP adından Naxçıvan MR Ali Məclisinə 43 saylı “Yuxarı Əylis” DSK-dan seçilən Cəfərli Əhəd Məmməd oğlu əslində KXCP üzvüdür.

Ali Məclisin sədrini 45 deputat seçəcək. Seçkilərdən sonra keçiriləcək ilk sessiyada 45 deputatın səsverməsindən sonra Ali Məclisin sədrinin kimliyi bəlli olacaq.

Xatırladaq ki, namizədlərin qeydiyyata alınması dövrü NMR MSK-dan AXCP-dən 3 nəfərin namizədliyinin qeydə alındığı bildirilmişdi. AXCP Naxçıvan MR təşkilatının sədri Asəf Quliyev isə bunu təkzib edərək, yalnız bir nəfərin - 18 saylı Nehrəm DSK-dan Yaşar Bağırsoyun AXCP-nin namizədi olduğunu, digər iki namizədin isə partiyaya aid olmadığını bildirmişdi.



Qeyd edək ki, Naxçıvan MR MSK-nın rəsmi məlumatına görə Naxçıvan MR Ali Məclisinə seçkilər 45 dairə üzrə, 316 məntəqədə keçirilib. Məntəqələrin 292-si açıq, 24-ü isə qapalı olub. MR üzrə 256 min 304 seçici olub. Seçicilərin 60,2 faizi seçkidə iştirak edib.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com
Yüklə 16,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin