Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir



Yüklə 21,67 Kb.
tarix14.07.2018
ölçüsü21,67 Kb.
#56415

NAXÇIVAN
İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)


PRESS-RELİZ
06 Noyabr 2010-cu il

Naxçıvan, Azərbaycan



  • NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ 45 DEPUTAT YERİ UĞRUNDA 140 NAMİZƏD MÜBARİZƏ APARIR

  • NAXÇIVANDA JURNALİSTLƏR MƏHKƏMƏYƏ BURAXILMAYIB

  • FERMER FƏHLƏLƏRİN ƏMƏK HAQLARINI ÖDƏMƏMƏKDƏ İTTİHAM OLUNUR




NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ 45 DEPUTAT YERİNƏ 140 NAMİZƏD VAR
Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinə seçkilərdə 45 deputat yeri uğrunda 140 namizəd mübarizə aparır. RATİ-nin Muxtar Respublikadakı müxbirlərinin məlumatına görə, namizədlər haqqında məlumat NMR MSK-sının www.msk.naxcivan.info saytında yerləşdirilib.

Namizədlərdən 80 nəfəri Yeni Azərbaycan Partiyasını (YAP), 41 nəfəri bitərəf, 2-si “Ümid” Partiyasını, 3-ü Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP), 7-si Bütöv Azərbaycan Xalq Cəbhəsini (BXCP) və 7-si “Böyük Quruluş” Partiyasını ( BQP) təmsil edir.

Belə ki, namizədlərin irəli sürülməsi, sənədlərin təqdim olunması və təşviqat müddətində Naxçıvanda namizədlər üçün ciddi problemlər yaradılmayıb. Bunu Ali Məclis deputatlığına namizədləri olan siyasi partiyaların yeri təşkilatlarının nümayəndələri deyib.

“Bizim Ali Məclisinə 2 namizədimiz var. İmza toplamasında, DSK-lara sənədlərin təqdim olunmasında, təşviqat müddətində hələlik heç bir problemlə üzləşməmişik”, - deyə Ümid Partiyası NMR təşkilatının sədri F.Əliyev deyib.

AXCP-nin MR təşkilatının sədri Asəf Quliyevin bildirdiyinə görə, partiyanın namizədi cəmi bir nəfər - 18 saylı Nehrəm DSK-dan Yaşar Bağırsoydur. Digər AXCP adından eydə alınanların bu partiyaya aidiyyatı yoxdur. Namizəd irəli sürülməsində, sənədlərin qəbulunda heç bir problem yaradılmasa da, təşviqat müddətində namizəd Yaşar Bağırsoyun təşviqat lövhələrindən təşviqat materiallarının kütləvi şəkildə cırılması halları olub və onun seçki məntəqələrinə vermək istədiyi müşahidəçilərin sənədləri qanunsuz olaraq DSK tərəfindən qəbul olunmayıb.

BQP-nin Naxçıvan MR Təşkilatının sədri Həsən Şıxəliyev partiyanın NMR Ali Məclisə seçkilərdə 7 namizədin olduğunu təsdiq edib. O imza toplamasında, DSK-lara sənədlərin təqdim olunmasında, təşviqat müddətində heç bir problemlə üzləşmədiklərini bildirib.

BXCP-nin yerli təşkilatının harada yerləşdiyi və təşkilata kimin rəhbərlik etdiyi bəlli olmadığı üçün məsələyə partiyanın münasibətini öyrənməkdə mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Müsavat Partiyasının yerli təşkilatı Muxtar Respublikada seçki mühitinin olmamağını əsas gətirərək Ali Məclisə seçkilərdə iştirak etməyəcəkləri haqda bəyanatla çıxış etmişdi. Bu səbəbdən də Ali Məclisə seçkilərdə Müsavat Partiyasından namizəd yoxdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər 5 ildən bir Azərbaycan Respublikasının parlamentinə seçkilərlə eyni vaxta keçirilir. Ali Məclisə 45 deputat seçilir.
NAXÇIVANDA JURNALİSTLƏR MƏHKƏMƏYƏ BURAXILMAYIB
Noyabrın 5-də saat 11.30-da Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü Bayramov Mamed Rövşən oğlunun qətlində təqsirli bilinərək həbs olunmuş və Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi qaldırılmış Nadirov Rəsul Samil oğlunun məhkəməsinə hazırlıq prosesi keçirilib.

Məhkəmənin hazırlıq iclası açıq keçirilməsinə baxmayaraq RATİ-nin Naxçıvandakı bölgə müxbirləri məhkəməyə buraxılmayıb.

İşin məhkəmə baxışı NMR Ağır Cinayətlər Məhkəməsinin binasında 10 noyabr 2010-cu il tarixə təyin edilib.

Xatırladaq ki, 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Bayramov Mamed Rövşən oğlu yaşadığı evdən çağırılaraq Nadirov Rəsul Samail oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Qətli törədən şəxsin hüquq mühafizə orqanları tərəfindən həbs olunmasına baxmayaraq mərhum M. Bayramovun ailə üzvləri qətlin törədilməsində bir neçə nəfərin iştirak etdiyini, Naxçıvan şəhər prokurorluğunda istintaqı aparan müstəntiq tərəfindən ailə üzvlərinin təzyiqə məruz qaldığını, qətlin mübahisə zəminində baş verməsinə baxmayaraq işin namus məsələsinə yönəldildiyini və bununla da qətlə yetirmiş M. Bayramova şər atıldığını iddia edərək ibtidai istintaqın gedişindən narazı olduqlarını bildiriblər.

Qətli törətməsinə görə Azərbaycan Respublikası CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılan

Təqsirləndirilən R. Nadirovun qohumları isə hadisənin namus üstündə baş verdiyini deyiblər.


Fotolar: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,116/

FERMER FƏHLƏLƏRİN ƏMƏK HAQLARINI ÖDƏMƏMƏKDƏ İTTİHAM OLUNUR

Şərur rayon Zeyvə kəndindən olan fermer Hüseynov İsa Abdulla oğlu soğan sahəsində aylarla işlədiyi həmkəndlilərinin zəhmət haqlarını ödəmək istəmir. Bunu RATİ-nin Naxçıvandakı müxbirlərinə əksəriyyəti qadınlardan ibarət olan 12 nəfər Zeyvə kənd sakini bildirib.

“Yaz girəndən biz İsa Hüseynovun əkin sahəsində işləmişik. O bizə məhsul yığılan kimi əmək haqlarımızı verəcəyini vəd edib. Əkdiyimiz 10 hektar əkin sahəsindən məhsul yığılıb və satılıb da. Amma İsa Hüseynov bizim zəhmət haqlarımızı verməkdən boyun qaçırır. Axı, bizim ailə uşağımız var və onları dolandırmaq lazımdır. Bizim isə başqa gəlir yerimiz yoxdur”, - deyə adını açıqlamayan işçi deyib.

İşçilər onu da bildiriblər ki, əmək haqlarının verilməməyinə görə hüquq mühafizə orqanları da fermeri müdafiə edir. İşçilər dəfələrlə rayonun polisinə, məhkəməsinə, prokurorluğuna müraciət etsələr də heç bir nəticəsi olmayıb. “Məhkəmə bizdən sahibkarla müqavilələrimizin olmadığını deyir. Biz savadsız adamıq, haradan bilirik ki, müqavilə nədir. Həm də bütün kənd sakinləri və kənd bələdiyyəsi aylarla işlədiyimizi və əmək haqqı almadığımızı təsdiq edir. Biz sadə kəndliyik. Ailəsini dolandırmaq üçün hamı gedib əkin-biçin sahəsində işləyir. Bu günə kimi kənddə heç kim müqavilə ilə işləməyib. Kimisi 5 gün, kimisi 10 gün, kimisi aylarla işləyib və işinin müqabilində pulunu alıb. Bu halla birinci dəfədir ki, qarşılaşırıq Prokurorluq isə məsələni aydınlaşdıracağını bildirir”, - deyə sakinlər qeyd edib.

Məsələ ilə bağlı Şərur rayon polis idarəsindən müxbirimizin ünvanladığı sualları cavablandırmaq istəməyiblər.

Şərur rayon prokurorluğu ilə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsaqda zənglərimiz cavablandırılmadı.

Müxbirlərimiz məsələyə münasibət öyrənmək üçün fermer İ.Hüseynovla da telefon vasitəsi ilə əlaqə saxlayıblar. Fermer onun haqqında deyilənləri təkzib edib.

“Onlar bir tayfadır və mən bütün işçilərin notarial qaydada əmək haqlarını ödəmişəm. Sənədlər məndədir. Bir nəfər isə pozuculuq saldığı üçün işdən qovulub və onu polisə vermişəm. Mənim haqqımda dediklərinin heç bir əsası yoxdur”? - deyə İ.Hüseynov bildirib.


Fotolar: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,117/


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com
Yüklə 21,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin