Profil dgn


ƏRIN ƏN MÜHÜM MƏ`NƏVI VƏZIFƏSI



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

ƏRIN ƏN MÜHÜM MƏ`NƏVI VƏZIFƏSI 

Deyilənlərdən  belə  mə`lum  olur  ki,  ərin  ilk  mə`nəvi 

vəzifəsi 

həyat 

yoldaşını 



öz 

məhəbbətindən 

arxayınlaşdırmaqdır.  Diqqətsizlik  və  biganəlik  qoxusu 

gələn  istənilən  bir  işdən  çəkinmək  lazımdır.  Ər 

çalışmalıdır  ki,  öz  məhəbbəti  ilə  ailə  nihalını  sirab  etsin. 

Əlbəttə  ki,  bütün  sahələrdə  olduğu  kimi  məhəbbət 

sahəsində  də  ifrata  varmaq  düzgün  deyil.  Heç  bir  halda 

tarazlığı pozub orta həddi aşmaq olmaz. Təcrübə göstərir 

ki, ailə həyatının ilk dönəmində əsas məhəbbət hisslərdən 

qaynaqlanır  və  qısa  bir  zamanda  biganəliyə  çevrilir. 

(Hisslərə əsaslanan qəlb bağlılığı ifrata vardıqda nəticələr 

həm  qadının,  həm  də  kişinin  zərərinə  olur.  Bə`zi  gənc 

xanımlar  ailə  həyatının  ilk  dövründə  qarşı  tərəfə  ifrat 

məhəbbətlə  yanaşırlar.  Bu  səbəbdən  onlar  qarşı  tərəfdən 

də eyni məhəbbətin intizarında olurlar. Amma qadının bu 

intizarını doğrultmaq, adətən, kişilər üçün çətin və yorucu 

olur.  Bu  zümrədən  olanlar  məsələyə  agahlıqla  yanaşıb 

münasibətləri  tənzimləməli,  ifratçılığa  yol  verməməklə 

mümkün problemlərin qarşısını almalıdırlar.) 

Həzrət  Peyğəmbərdən  (s)  nəql  olunmuş  bir  rəvayətdə 

buyurulur:  “Kişinin  öz  həyat  yoldaşına  sevirəm”  deməsi 

heç vaxt onun yaddaşından silinmir.” Bu hədis qadının öz 

həyat  yoldaşına bağlılığını göstərir və öncə dediklərimizi 

təsdiqləyir.  Bu  əsas  nöqtəyə  diqqətli  olmaq  kişi  üçün 

zəruridir.  Bu  diqqət  kişinin  bir  çox  əxlaqi  vəzifələrini 

müəyyənləşdirir.  (Qadının  rahatlığını  əlindən  alan 

amillərdən  biri  onun  ərinin  başqa  qadınlara  diqqət 

yetirməsidir.  Bu  məsələ  qadında  belə  bir  fikir 

formalaşdırır  ki,  o,  ərinin  diqqətini  özünə  cəlb  edə 

bilməmişdir.  Kişinin  başqalarına  diqqət  yetirməsi 

xoşagəlməz  sonluqla  nəticələndiyindən  dini  tə`limlərdə 

belə bir diqqət və baxışa icazə verilməmişdir. Bir qadınla 

ailə  təşkil  etmiş  kişi  bütün  diqqətini  ona  yönəltməli  və 

 

48



başqa  qadınlardan  gözünü  çəkməlidir.  Bu  əhdə  vəfa 

şərtidir  və  ailə  bağlarını  möhkəmləndirir.)  Məsələn, 

kişinin aldığı kiçik bir hədiyyə onun yoldaşı üçün misilsiz 

olur. Çünki bu hədiyyə ərin öz arvadına diqqətini və onu 

yaddan  çıxarmadığını  göstərir.  İş  yerindən  və  ya  şəhərin 

hansısa  bir  nöqtəsindən  ərin  sadəcə  telefonla  öz  həyat 

yoldaşı  ilə  danışması  qadını  xeyli  rahatlaşdırır.  Bə`zi 

kişilərin  öz  həyat  yoldaşlarına  biganəliyinin  necə  böyük 

qəflət  və  cəfakarlıq  olduğu  göz  qabağındadır.  Hətta  belə 

olur ki, ərindən inciyən qadın ər evini tərk edib ata evinə 

üz  tutur.  Belə  bir  hərəkət  düzgün  olmasa  da,  ər  yenə  də 

evlənmədən  əvvəldə  olduğu  kimi  arvadının  arxasınca 

getməli,  müxtəlif  hədiyyələrlə  onun  diqqətini  cəlb 

etməlidir.  Ərdən  incimiş  qadına  bu  sayaq  diqqət  onun 

qəm-qüssəyə qərq olmuş qəlbini dirildib, müştərək həyata 

yenidən 


ruhlandırır. 

Kişi 


belə 

hallarda 

içindəki 

vəsvəsələrə təslim olmamalı və düşünməməlidir ki, onun 

qabağa addım atması qadın üçün pis örnək ola bilər. Ailə 

həyatında  bu  sayaq  tərəddüdlərə  yer  yoxdur  və  kişi 

qadına 

məhəbbət 

göstərməyi 

özü 


üçün 

təhqir 


saymamalıdır.  Məgər  ailə  qurmamışdan  öncə  tam  təvazö 

ilə qadının qapısına gedib ona öz eşqini e’lan edən həmin 

ər deyildimi?! Axı bir vaxt təhqir sayılmayan iş nə üçün 

küsüşmədən  sonra  təhqir  sayılmalıdır?!  Kişinin  irəli 

addım  atıb  məhəbbətini  izhar  etməsi  qadının  gözündən 

yayınmır  və  ailə  həyatını  möhkəmliyində  öz  tə`sirini 

göstərir. 

Qadınlar 

da 

ərin 


təvazökarlıqla 

ona 


yaxınlaşmasına müsbət cavab verməli, onun məhəbbətini 

düzgün qiymətləndirməlidirlər. Burada Qur`ani-kərimdən 

bir  ayəni  xatırlamaq  yerinə  düşərdi:  “Yaxşılığın 

yaxşılıqdan başqa əvəzi varmı?”

1

 

                                                 



1

 “Ər-rəhman”, 60. 




 

49


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin