Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   35   36   37   38   39   40   41   42   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

AZ DANIŞMALI, YOXSA ÇOX? 

Bə`ziləri  başqaları  ilə  ünsiyyətdə  sözə  ara  vermir  və 

onların  qarşı  tərəfi  dinləməyə  səbri  çatmır.  Onların  bir 

növ  dinləmə  mədəniyyəti  olmur.  Belələri  qarşı  tərəfə  öz 

hisslərini  açıqlamağa  imkan  vermirlər.  Onlar  ara 

vermədən  danışır,  qarşı  tərəfə  macal  vermir.  Bu 

zümrədən  olanlar  hər  hansı  məclisə  düşdükdə,  adətən, 

natiq  tək  çıxış  edir  və  ətrafdakıların  sözünü  ürəyində 

qoyurlar. Çoxdanışanların ziddinə olaraq başqa bir zümrə 

danışmaqdan  yorulmuş  kimi  susur.  Belələri  qarşı  tərəflə 

əlaqə  qurmaqda  acizdirlər.  Bə`zi  kişilər  ailədə  o  qədər 

sakitdirlər  ki,  onların  hüzuru  ətrafdakıları  da  yorur. 

İstənilən bir səbəbdən ifrat sükut ədəb qaydalarına uyğun 

deyil. 


İnsan  vəzifəlidir  ki,  başqalarına  ehtiram  göstərərək 

onlarla  ünsiyyət  saxlasın  və  bu  yolla  rabitə  qursun.  Belə 

bir  rəftarla  göstərilir  ki,  başqalarının  vücudu  və  hüzuru 

insan üçün dəyərlidir.  

Bə`zən  kişinin  az  danışmasının  səbəbi  anlaşma 

sahəsindəki  ziddiyyət,  qadının  danışığının  ərə  xoş 

gəlməməsi  olur.  Unutmaq  olmaz  ki,  ailə  mühiti  dərs 

otağı,  elmi  yığıncaq  yox,  səmimi  rabitələr  üçün  bir 

məhəldir.  Kişi  öz  həyat  yoldaşından  elmi  və  ya  ictimai 

baxımdan  nə  qədər  yüksək  olsa  da,  ailə  mühitində  öz 

üstünlüklərini  yaddan  çıxarmalı,  qarşı  tərəflə  eyni  bir 

səviyyədən  çıxış  etməlidir.  Başqa  bir  nöqtəyə  də  nəzər 

salmaq lazımdır: 

Ərlə arvadın söhbəti yalnız mə`lumat mübadiləsi üçün 

yox, həm də hisslərin bölüşdürülməsi üçündür. 



 

53

Yə`ni  qadın  söhbət  vasitəsi  ilə  öz  həyat  yoldaşı  ilə 



hisslərini bölüşür, onunla ünsiyyət saxlayır. 

Sağlam rabitə fəal və qarşılıqla rabitədir. Qarşı tərəfin 

sözlərinə  diqqət  və  maraqla  qulaq  asmaq  lazımdır.  Bu 

yolla  qarşı  tərəfə  anlatmalıyıq  ki,  onun  dedikləri  bizim 

üçün  mühümdür.  Qarşı  tərəf  danışdığı  vaxt  onun  sözünü 

kəsmək,  diqqəti  başqa  bir  yerə  yönəltmək  bir  növ 

biganəlikdir.  Bundan  əlavə  müraciət  edən  tərəfi 

dinləməmək  əxlaq  qaydalarına  ziddir.  Beləcə,  qarşı 

tərəfin sözlərinə diqqətsizlik mövcud rabitələrin zəifləmə 

səbəbidir. 

Hər  iki  tərəfin  maraq  dairəsində  olan  müştərək 

mövzuların  nəzərdə  tutulması,  həmin  mövzularda  söhbət 

aparılması  rabitələri  gücləndirməklə  yanaşı  mə`lumat 

mübadiləsinə,  düşüncələrin  yaxınlaşmasına  səbəb  olur. 

Belə bir addım qarşılıqlı anlaşmada tə`sirlidir. 

Bütün  bu  söhbətlərə  baxmayaraq,  günbəgün  qadınla 

kişi  baxışı  arasındakı  fərq  artır,  qarşılıqlı  anlaşma  və 

həmrəylik azalır. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin