DANIŞIQ TƏRZI
Söz rabitəsində danışıq tərzi böyük əhəmiyyətə
malikdir. Hər hansı sadə cümləni müxtəlif tərzlərdə
bəyan etmək olar. Hər danışıq tərzi cümləyə xüsusi bir
mə`na verir. Nəzərdə tutulmuş mə`naya uyğun gəlməyən
tərzdə sözün deyilməsi onu anlaşılmaz edir. Danışıq
tərzində bə`zən sərtlik, bə`zən diqqətsizlik, bə`zən istehza
bə`zən tənqid, bə`zən isə təhqir olur. Bə`zən də insan elə
bir tərzdə danışır ki, onun danışığından məhəbbət, ədəb
duyulur. Çalışıb dilimizi ağıl və iradəmizin ixtiyarına
verməliyik. Dilə tüğyan imkanı verilməməlidir. Bə`zən
xoşagəlməz bir sözün işlədilməsi olduqca pis nəticələnir
və vəziyyətdən çıxmaq çətin olur. Xüsusi ilə ailə
çevrəsində insanlararası rabitə qəlb rabitəsidir. İnsan
qəlbi olduqca həssas və kövrəkdir.
Bə`zən düşüncəsiz bir söz qarşı tərəfin qəlbini sındırır
və həmin qəlbi əvvəlki halına qaytarmaq asanlıqla başa
gəlmir.
Dostları ilə paylaş: |