ƏDƏB ÜÇÜN YARDIM DILƏYƏK
Mühüm məsələlərdən biri də ədəb qaydalarına riayət
etməkdir. İnsanın daxili kamilliyi nə qədər artarsa, onun
ədəbi, həyası və iffəti də artar.
Ədəbdə Allahdan yardım diləyək.
Ədəbsiz rəhmətdən məhrumdur bilək.
Mövləvinin bu misraları əslində ruhi, mə`nəvi təkamül
üçün rəmzi bir açardır. Dini rəvayətlərdə də bu sahə ilə
bağlı tə`kidli tövsiyələr vardır.
Din böyüklərinin iş üsulundan mə`lum olur ki, onlar
heç vaxt ədəb çərçivəsindən kənara addım atmamışlar.
Bəli, insani rabitələr ədəbə əsaslanmalıdır. İnsanlar
arasında rabitələrin möhkəmliyində ədəbin xüsusi rolu
var. Ədəbli rəftar bir çox bəlaları aradan qaldırır. Beləcə,
ərlə arvad bir-birləri ilə ədəb qaydaları əsasında rəftar
etdikdə bir çox problemlərin qarşısı alınır. Təcrübədən də
görünür ki, ailə rabitələrindəki yaxınlıq səbəbindən
bə`zən ədəb qaydaları pozulur. Bə`ziləri elə düşünürlər
ki, yaxın rabitələrdə ədəb qaydalarını gözləmək
səmimiyyətdən uzaqdır. Əslində isə belə deyil.
Qeyri-münasib, kobud sözlərlə danışıq hər şeydən
öncə insanın mə`nəvi məqamını aşağı salır və o əxlaqi
baxımdan tənəzzül edir.
Bə`zən də xüsusi məclislərdə insanlar əxlaq və ədəb
qaydalarını ayaq altına alıb cinsi məsələlərlə bağlı iffətsiz
söhbətlər
edirlər.
Bə`zən
xanımların
da
xüsusi
məclislərində bu hala təsadüf olunur. Bə`ziləri bu sayaq
söhbətlərə o qədər vərdiş verirlər ki, çirkin sözlərin
58
işlədilməsi onlar üçün adiləşir. Hansı ki, şəxsiyyətli
xanımlar heç vaxt belə bir səviyyəyə alçalmırlar.
Cinsi münasibətlər mövzusu əyləncə və zarafat
mövzusu deyil.
Təəssüf ki, bir çox lətifələrin və zarafatların məğzini
cinsi münasibətlər mövzusu təşkil edir. İnsanlar üçün
həyat nümunəsi olan ilahi şəxsiyyətlər heç vaxt bu sayaq
rəftara yol verməmişlər. Həya, ədəb, iffət ölçülərini
gözləmək insanın əxlaqi süqutunun qarşısını alan bir
səddir.
Dostları ilə paylaş: |