Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə46/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

HÖCƏTLƏŞMƏDƏN ÇƏKINƏK 

Başqaları ilə rabitədə, xüsusi ilə ailə münasibətlərində 

höcətləşmələrdən  çəkinmək  lazımdır.  Bu  sayaq  tünd 

mübahisələrin  olduqca  böyük  mənfi  tə`sirləri  olur.  Hətta 

bu  söhbətlər  nəticəsində  insanlar  bir-birindən  inciyir, 

ayrılır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  sayaq 

çəkişmələrin əksəri insanın dünya və axirəti üçün faydası 

olmayan məsələlər mövzusundadır. Çox vaxt görürük ki, 

qadın və ya kişi öz fikrini bildirib. Onu başqalarına qəbul 

etdirmək  istəyir.  Qarşı  tərəf  isə  ona  qarşı  çıxaraq 

müqavimət  göstərir.  Məhz  bu  məqamda  hücum  və 

müdafiə əhatəsi genişlənir və iş savaşla nəticələnir. 

Bə`ziləri  umurlar  ki,  bütün  hallarda  onlar  haqlı 

sayılmalıdır. Onlar öz müddəalarını nə üçün-niyəsiz qarşı 

tərəfə  qəbul  etdirmək  istəyirlər.  Əlbəttə  ki,  belə  bir  istək 

yersiz qürurdan qaynaqlanır. Bə`ziləri də öz yanlış və  ya 

düz müddəalarını istənilən bir vasitə ilə başqalarına qəbul 

etdirməyə  çalışır  və  qarşı  tərəfin  deyilənləri  qəbul 

etməsini  onun  üçün  vəzifə  sayır.  Belələrində  məntiqi  və 

aram söhbət hazırlığı olmur. Onlar tez qızışır, üsyankarlıq 

göstərirlər.  Bə`ziləri  də  adət  ediblər  ki,  hər  deyilənə 

müxalif çıxsınlar. Guya qarşı tərəfin sözünü qəbul etmək 

təslimçilikdir.  Belə  bir  düşüncə  ilə  inadkarlıq  göstərib, 

qarşı tərəfin dediyi haqlı sözləri də inkar edirlər. 

Təcrübədən  mə`lum  olur  ki,  əksər  vaxt  belə 

söhbətlərdə  məqsəd  haqqın  yox,  şəxsiyyətin  qəbul 

etdirilməsi olur. Eqoistlik xəstəliyindən xəbərdar olanlar, 

bu 

çirkin 


sifətdən 

qoruna 


bilənlər 

bu 


sayaq 

mübahisələrdən  çəkinirlər.  Onlar  hətta  haqlı  olduqları 

zaman  səmərəsiz  çəkişmələrə  yol  vermir,  dartışmaya 

qatılmırlar.  Onlar  bilirlər  ki,  ilk  addımda  məqsəd  haqqın 

sübutu  olsa  da,  mübahisə  gedişində  haqqın  yerini 

şəxsiyyət  tuta  bilər.  Bu  sayaq  söhbətlərin  arxasında, 

adətən, inadkarlıq və kin-küdurət dayanır. 



 

61

Beləcə, əgər tərəflərdən biri inadkarlıq göstərirsə, qarşı 



tərəf  onunla  mübahisədən  çəkinməli,  söz  sükutu  ilə 

söhbətin  davamına  maraq  göstərmədiyini  anlatmalıdır. 

Hər  birimiz  öz  zehnimizi  islah  etməli  və  unutmamalıyıq 

ki, bizim baxışımız yanlış da ola bilər. Axı insanın malik 

olduğu  mə`lumatlar  düzgün  olmaya  da  bilər.  Bütün 

deyilənləri  nəzərə  alaraq,  mülayimliklə,  məntiq  əsasında 

söhbət 

aparmalı, 

inadkarlıqdan 

qaynaqlanan 

höcətləşmələrdən  çəkinməliyik.  Dini  rəvayətlərdə  bu 

mövzu ilə bağlı bir çox tövsiyələr var. Həzrət Peyğəmbər 

(s)  buyurur:  “Allah  yanında  ən  mənfur  insan  inadkar, 

düşmən  axtaran  kəsdir.”  Həzrət  Əli  (ə)  buyurur: 

“Düşmənçilikdən  çəkinin  bu  (xüsusiyyət)  qardaşların 

qəlbini xəstələndirir, nifaq cücərdir.”

1

 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin