Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə48/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

İBRƏTAMIZ BIR ƏHVALAT 

Nəql  olunur  ki,  Peyğəmbərin  (s)  yaxınlarından  olan 

Sə`d  ibn  Məaz  Ənsari  dünyasını  dəyişmişdi.  Həzrət 

Peyğəmbər  (s)  onun  dəfnində  iştirak  edirdi.  Göstərdiyi 

fədakarlıqlara  görə  ona  xeyli  hörmət  vardı.  Peyğəmbərin 

(s)  Məaza  diqqət  və  ehtiramını  görən  ana  övladına 

xitabən dedi: “Behişt sənə şirin olsun.” 

                                                 

2

 Ayətullah Məzahiri, “Evdə əxlaq”, c. 1, s. 118. 




 

63

Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Aram  ol  və  Allahın 



işləri haqda qəti söz danışma. O (Məaz) hazırda sıxıntı və 

əziyyətdədir.” 

Peyğəmbərin  bu  sözləri  ətrafdakıları  heyrətə  gətirdi. 

Onlar  bunun  səbəbini  soruşdular.  Həzrət  Peyğəmbər  (s) 

buyurdu: “O öz ailəsi ilə sərt rəftar edirdi.” 

Bu  əhvalat  ailədə  pis  rəftarın  acı  nəticələrini  göstərir. 

Əlbəttə ki, deyilənlər təkcə kişilərə aid deyil. Əgər qadın 

da öz əri ilə pis rəftar edərsə, uyğun aqibətlə üzləşər. 

Bu  məqamda  bir  nöqtəni  də  xatırlatmaq  faydalı  ola 

bilər  ki, qadınlar  fitri  və  təbii  hazırlıq  zəminəsinə əsasən 

sərt rəftara daha meyillidirlər. Qadın məzəmmət olunmuş 

belə bir xüsusiyyətin özünü büruzə verməməsi üçün sə`y 

göstərməlidir.  Təəssüf  ki,  bir  çox  xanımlar  bu  sahədə 

kişiləri ötüb keçmişlər. Onlar öz tünd xasiyyətləri ilə ailə 

həyatını  həm  özləri,  həm  də  ailələri  üçün  əzaba 

çevirmişlər.  Sanki  fitrətən  qadın  batinində  əmanət 

qoyulmuş  duyumlar  səmərəsiz  qalmışdır.  Olsun  ki,  bə`zi 

qadınlar  fitrətlərindəki  mərhəmət  sərmayəsini  tədricən 

itirmiş,  psixoloji  xəstəliyə  tutulmuşlar.  Əslində  qadının 

fitrətindəki 

mərhəmət 

hissi 


onu 

mehribanlığa, 

fədakarlığa,  mülayimliyə  çağırır.  Qadında  bu  sayaq 

müsbət xüsusiyyətlərin təzahürü təbii bir işdir. 

Qadın  üçün  hər  şeydən  önəmli  odur  ki,  öz  daxili 

dəyərlərini  tanısın,  agahlıq  və  bəsirətlə  onları  qorumağa 

çalışsın. 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin