KITABIN YAZILMASINDA MƏQSƏD
Müəllif uzun illər tə`lim-tərbiyə fəaliyyəti və çoxsaylı
ailələrlə təmasdan belə bir gerçəkliyi dərk etmişdir ki, bir çox
ailə problemlərinin səbəbi ər-arvad münasibətləri ilə bağlı
həqiqətlərdən mə`lumatsızlıqdır. Belə bir mə`lumatsızlıq
səbəbindən bə`zi zövcələr ailə həyatından lazımınca bəhrələnə
bilmirlər. Onlar sırf mə`lumatsızlıq səbəbindən ailəni xoşbəxt
edəcək böyük ilahi bir ne`məti əldən buraxırlar. Amma
insanlara vaxtında zəruri mə`lumatlar verilsə, onlar öz şər`i,
əxlaqi və hüquqi vəzifələri ilə tanış olsalar, düzgün yola
yönəldilsələr, ailəni öz inkişafları, xoşbəxtlikləri üçün münasib
fəzaya
çevirər
və
yetərincə
bəhrələnərlər.
Ailə
münasibətlərində yanlış düşüncə tərzini, yersiz adət-ən`ənələrə
bulaşmış e`tiqadları aradan qaldırmaq heç də asan iş olmur. Bu
8
sayaq e`tiqadların əksəri həqiqətdən çox-çox uzaqdır və
xurafat düşüncə ilə bağlı yanlış təsəvvür sayılır. İzdivacdan
öncə ən zəruri işlərdən biri ailə quran tərəflərə düzgün ailə
münasibətləri qaydalarının öyrədilməsidir.
"Ata-analara göstərişlər" adlı ikicildli məcmuənin nəşri
gözlənildiyindən qat-qat artıq reaksiya doğurdu. Məcmuə
körpələrin və yeniyetmələrin tərbiyəsinə həsr olunmuşdu. Bu
məcmuə ilə diqqətlə tanış olanların təşviqi müəllifi məcbur etdi
ki, adı çəkilən məcmuəni əlinizdəki kitab halında tərtib etsin.
Hazırkı kitabda müəllif sə`y göstərmişdir ki, İslam tə`limlərinə
və bu sahədəki şəxsi təcrübələrinə istinad edərək ailə həyatı ilə
bağlı baxışını bildirsin. Zəruri mövzular imkan həddində sadə
dillə, elmi terminlərsiz qələmə alınmışdır ki, bütün xalq ondan
istifadə edə bilsin. Əlbəttə ki, müəllif möhtərəm oxucuların,
xüsusi ilə mütəxəssislərin məsləhətlərini kitabın təkmilində
nəzərə alacaqdır.
Müəllif, 1375, 1996 Oktyabr.
|