ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI
İslam tə`limlərini nəzərdən keçirdikdə mə`lum olur ki,
qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş
yoxdur. Yə`ni kişi qadına hörmət göstərib, onunla xoş
rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını
10
“Bihar”, c.76, s. 366.
11
“Nisa”, 19.
12
“Təlaq”, 6.
68
tə`min etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş
rəftarı və onu razı salması cihad sayılmışdır.
İslam tə`limlərinə əsasən kişinin qadın öhdəsində daha
çox haqqı var.
13
Qiyamət hesabında qadın üçün ərin
razılığından böyük şəfaətçi yoxdur.
14
Həzrət Fatimə (s)
dünyasını
dəyişdiyi
vaxt
Həzrət
Əli (ə) dedi:
“Pərvərdigara! Mən sənin peyğəmbərinin qızından
razıyam.”
15
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xoş o
qadının halına ki, əri ondan razıdır; vay o qadının halına
ki, ərini qəzəbləndirmişdir.”
16
İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki,
ərini incidən, qəm-qüssəyə qərq edən qadın məl`undur
(lə`nətlənmişdir). Ərini əziz tutub onu incitməyən, ona
itaət edən qadın isə xoşbəxtdir.”
17
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir qadın
ərini incitsə, onu razı salanadək namazı və digər xeyir
işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir.
Arvadını incidən, ona zülm edən kişi cəzalanır.”
18
Həzrət Fatimə (s) buyurmuşdur: “Həyat yoldaşı ilə
mehriban rəftar edib onu bağışlayanlar insanların ən
dəyərliləridir.”
Bir şəxs həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı
rəftarı haqqında danışıb dedi: “Evə qayıtdığım vaxt
zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə
yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim
mehriban rəftar edir.” Həzrət Peyğəmbər (s) buyurdu: “O,
şəhid mükafatının yarısını almışdır.”
13
Kənzül-ümmal”, x. 44771.
14
“Bihar”, c. 103, s. 257.
15
“Bihar”, c. 103, s. 257.
16
“Bihar”, c. 103, s. 256.
17
“Bihar”, c. 103, s. 253.
18
“Vəsailüş-şiə”, c. 14, s. 116.
69
Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu
vəzifələrə əməl edilsə, ailə rabitələrində ciddi bir problem
yaranmaz.
Dostları ilə paylaş: |