Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

ƏRDƏN MADDI TƏMƏNNA 

Qadının  öz  ərindən  təmənnalarından  biri  də  maddi 

təmənnadır.  Şübhəsiz  ki,  qadının  dolanışıq  xərcləri  ərin 

öhdəsinədir.  Kişi  qadının  şə`ni,  öz  imkanları  ölçüsündə 

qadına  həyat  şəraiti  yaratmalıdır.  Onun  həm  rahatlığı 

tə`min olunmalı, həm də şəxsiyyəti qorunmalıdır. Təəssüf 

ki,  bu  sahədə  də  bə`zən  orta  hədd  gözlənilmir,  qadının 

təmənnaları ailənin və ərin imkanlarından çox-çox yuxarı 

olur. 

Ailələrdəki durumun araşdırması göstərir ki, ərlə arvad 



arasındakı bir çox problemlərin səbəbi maddiyyatdır. 

İslami  rəvayətlərdə  kişilərə  tövsiyə  olunur  ki, 

imkanları  daxilində  qadının  rifah  və  asayişini  tə`min 

etsinlər. İmkanı olduğu  halda ailənin ehtiyaclarını tə`min 

etməyən kişidə bir növ xəsislik görünür. Onlar unudurlar 

ki, var-dövlət ailənin ehtiyaclarının ödənməsi, şəxsiyyətin 

qorunması,  xeyir  işlər  yolunda  sərf  olunduqda  fayda 

verir.  Əgər  imkanlar  sadalanan  istiqamətdə  yönəlməsə, 

onların  heç  bir  dəyəri  yoxdur.  Rəvayətlərdə  tövsiyə 

olunur ki, Allah sizin var-dövlətinizə bərəkət verdikdə siz 

də  həmin  artıma  uyğun  olaraq  ailə-övladınızın  şəraitini 

genişləndirin,  açıq  əl  və  ürəklə  onların  ehtiyaclarını 

tə`min edin. 

Bundan  əlavə,  kişi  ailə  ehtiyaclarının  tə`mini  üçün  öz 

fəaliyyət  dairəsini  genişləndirməlidir.  Bu  yolla  ailənin 

üzləşdiyi  maddi  problemlər  aradan  qaldırılmalıdır.  Bə`zi 

kişilər  ailə-övladın  ehtiyaclarını  tə`min  etmək  üçün 



 

77

lazımınca 



çalışmırlar. 

Bu 


səbəbdən 

onlar 


öz 

fəaliyyətlərini genişləndirməyə cəhd göstərmirlər. 

Başqa  bir  tərəfdən,  dini  rəvayətlərdə  qadınlardan 

istənilir  ki,  həyat  yoldaşlarının  imkanlarını  nəzərə 

alsınlar.  Qadın  həddi  aşan  istəklərdən  çəkinməlidir. 

Təəssüf ki, bə`zi qadınlar bu məsələyə biganədirlər. Onlar 

öz  xoşbəxtliklərini  yalnız  maddiyyatda  axtarırlar.  Belə 

qadınların  təmənnasının  həddi-hüdudu  yoxdur,  onlar  hər 

gün  yeni bir  istəklə  ərlərinə  üz  tuturlar. Belə qadınlar nə 

ərin imkanlarını, nə gələcəyi və nə də ailənin məsləhətini 

nəzərə  alırlar.  Onlar  öz  istəkləri  üzərində  möhkəm 

dayanıb  tə`kid  edir,  müsbət  cavab  almadıqda  ailə 

mühitini  zəhərləyirlər.  Belə  qadınların  itirdiyi  ilkin  şey 

ailə həyatındakı xoşbəxtlik hissləridir. 

Bə`zi  qadınlar  maddi  istəklərin  gerçəkləşməsi  üçün  o 

qədər  sə`y  göstərirlər  ki,  sanki  pul  xərcləmək  üçün 

yaranmışlar.  Ağır  xərcli,  adətən,  bu  kimi  səriştəsiz 

qadınlar  ailə  iqtisadiyyatını  ağır  yükləyirlər.  V.  Dorantın 

tə`birincə:  “Ər  məcburdur  ki,  can  qoyub,  əsəb  çürütsün, 

acı da olsa, qadına bir qul olduğunu qəbul etsin.”

20

 Bu hal 


dəbdəbəli  həyat  keçirən  kübar  ailələrdə  daha  çox 

müşahidə  olunur.  Belə  ailələrin  bərbəzək  geyim,  əyləncə 

xərcləri  ağılsız  həddədir  və  üzücüdür.  Adətən,  belə 

ailələrdə həqiqi xoşbəxtlikdən əsər-əlamət olmur. 

Xoşbəxtlik 

var-dövlətdə, 

bər-bəzəkdə, 

güc 


və 

məqamda yox, eşq və aramlıqdadır. 

Bu  zümrədən  olanlar  elə  bir  yol  tutmuşlar  ki,  bu  yol 

onları 


daim 

aramlıqdan, 

xoşbəxtlik 

və 


həzdən 

uzaqlaşdırır. 

Aşağı  və  ya  orta  imkana  malik  bir  çox  ailələr  qənaət 

və şükür səbəbindən olduqca xoşbəxtdirlər. Bu xoşbəxtlik 

kübar  ailələrin  dəbdəbəli  saraylarda  ,  ağır  xərcli 

qonaqlıqlarda  və  səfərlərdə  axtardıqları  xoşbəxtlikdir. 

                                                 

20

 “Fəlsəfənin ləzzətləri”, s. 160. 



 

78

Onlar heç vəchlə bu xoşbəxtliyi əldə edə bilmirlər. Elə bu 



səbəbdən  də  qəm-qüssə,  əxlaqsızlıq,  boşanma  kimi  bir 

çox psixoloji və ictimai problemlərlə üzbəüzdürlər. 

Çox  təəssüf  ki,  orta  təbəqədən  olan  bə`zi  qadınlar 

kübar  zümrəni  özü  üçün  ideal  götürür  və  min  bir  əzab-

əziyyətlə onlarla bir cərgədə dayanmağa sə`y göstərirlər. 

Onların  imkanları  kübar  imkanlarla  uzlaşmadığından 

üzüntüyə  düçar  olur,  ailə  həyatını  özləri  və  ailələri  üçün 

zəhərə  döndərirlər.  (Bu  qadın  zümrəsi  ölkəmizə  qərb 

mədəniyyətinin  töhfəsidir.  Xüsusi  ilə  ikinci  dünya 

müharibəsindən sonra qərbə təqlidçilik cərəyanı gücləndi 

və cəmiyyətdə qərbpərəst bir zümrə formalaşdı.) 

Bu  tip  qadınlar  anlamalıdırlar  ki,  ailə  xoşbəxtliyi 

bərbəzəkdən,  dəbdəbəli  həyatdan  asılı  deyil.  İnsanın 

xoşbəxtliyi hər şeydən öncə onun ruhundan və qəlbindən 

asılıdır.  Ruhunda  və  qəlbində  aramlıq  olmayan  insan  nə 

qədər  dəbdəbəli  yaşasa  da,  həyatdan  ləzzət  almır.  İnsan 

onu  addım-addım  bədbəxtliyə  aparan  yol  seçməməlidir. 

Bu yolun sonunda üzüntü və bədbəxtlikdən başqa bir şey 

yoxdur.  Düşünməliyik  ki,  həyatdan  nə  istəyirik? 

Başqaları  ilə  dəbdəbə  yarışına  girmək  bizi  xoşbəxtliyə 

aparırmı?  Axı  imkanlar  fərqlidirsə,  bu  yarışda  hansı 

səmərə  ola  bilər?!  Hər  birimiz  ixtiyarımızda  olan 

imkanları  nəzərə  alaraq,  proqram  hazırlamalı,  imkanca 

bizdən  yuxarı  olanlarla  rəqabətə  girməməliyik.  İnadkar, 

tələbkar  qadınlarla  yanaşı  şəxsiyyətli,  düşüncəli  qadınlar 

da  var.  Onlar  ailənin  iqtisadi  mənbələrini  hifz  edir, 

israfdan çəkinir, ailənin imkan çərçivəsindən kənar addım 

atmırlar.  Xoşbəxtlikdən  bu  növ  qadınlar  cəmiyyətimizdə 

kifayət  qədərdir.  Onlar  hər  zaman  həyat  yoldaşları  ilə 

çiyin-çiyinə ailənin gələcək həyatı üçün proqram cızırlar. 

Yaxşı  olar  ki,  ata-analar  öz  qızlarını  ər  evinə  yola 

salmazdan öncə onları bə`zi həqiqətlərlə tanış etsinlər. 




 

79

Xoşbəxtlik  çox  pul  xərcləməkdə,  ölçüsüz  arzularda, 



azğın  istəklərdə  yox,  həyat  yoldaşı  ilə  qəlb  bağlılığında, 

təkamül və yüksəlişə doğru sə`ydədir. 

Bu  xoşbəxtliyi  qiymətli  libaslara,  bər-bəzəyə  satmaq 

olmaz.  Qızlar  öz  analarının  ağuşunda  bu  böyük  dərsi 

yetərincə öyrənməlidir. 

Bu  məqamda  həzrət  Fatiməni  (s)  bir  ideal  kimi 

xatırlamaq yerinə düşər. Bu xanımın fəzilət və təqva dolu 

həyatının 

qadınlarımıza 

ilham 


verəcəyinə 

ümid 


bəsləyirik.  Həzrət  Fatimənin  (s)  öz  həyat  yoldaşı, Həzrət 

Əliyə  (ə)  xitabən  söylədiyi  dəyərli  bir  kəlamı  ilə 

sözlərimizi zinətləndiririk. Xanım buyurmuşdur: “Ya Əli! 

Mən  öz  Rəbbimdən  həya  edirəm  ki,  səndən  imkanın 

çatmayan bir şey istəyəm.”

21

 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin