91
Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət
yaxınlıqdan duyulan ləzzətdir.
28
Bu, sadə bir meyl deyil.
Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu
meylin başqa meyllərlə qatışması ona tamam başqa bir
mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla tə`min
olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar.
Bu meyl ailə həyatı çərçivəsində tə`min olunmalıdır.
Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də
bu məsələdir.
Bə`ziləri bu meyli çirkin saymış, onunla mübarizə
aparmışlar. Amma islami tə`limlər baxımından bu meyl
nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu
istək ailə çərçivəsində tə`min olunduqda müqəddəs bir iş
olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa,
o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında
tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı
tərəfin fiziki və ruhi tə`mini üçün çalışmalıdır.
Bə`zən məhz bu ehtiyacın ödənməməsi müştərək
həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki
tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha
cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı
vəzifələrdən
xəbərsizliyi
onların
bu
yaxınlıqdan
lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı
yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları
aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan
sonra elmi mənbələrdən lazımi mə`lumatlar əldə
etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında
danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə
bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar
olar. Bə`zən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə
nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə
agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa,
iş bu yerə gəlib çatmaz. İslami tə`limlərdə uyğun məsələ
28
Bax: “Vəsailüş-şiə”, c. 14, s. 10.
92
ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar
tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına
verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən
xəbərdar olması zəruridir.
Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki,
yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu
meylin tə`minində ifratçılıq həyat qüvvəsini azaldır,
insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta
ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi
baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam
tə`limlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər
yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar.
29
Dostları ilə paylaş: