ÖVLADI OLMAYAN ZÖVCƏLƏR
Bə`zi
ailələrin
problemi
onların
övladlarının
olmamasıdır. Belə bir problem bə`zən kişi, bə`zən isə
qadınla bağlı olur. Övlad insanın fitri ehtiyaclarından olsa
da, övladsızlıq məhrumluq kimi qəbul olunmamalıdır.
Həyatda bütün insanlar üçün məhrumiyyət var. Bu
məhrumiyyətlərin bir çoxu insan iradəsindən asılı deyil.
Bə`ziləri uşaqkən ata-anasını əldən verir və ya yoxsulluğa
düçar olur. Kimi də əzab-əziyyətlə boya-başa çatdırdığı
övladını itirir. Allah və qiyamət gününə e`tiqadı olan
insan üçün bu məhrumiyyətlərə dözmək çətin deyil.
İmanlı insan əmindir ki, bütün çətinliklərə səbirlə dözüb
Allahın razılığını əldə etmək olar. Bu mövzuda ayə və
rəvayətlər çoxdur. Bildirilir ki, məhrumiyyətlə rastlaşmış
insan öncə Allaha təvəkkül, səbir və razılıq yolunu
seçməli, bilməlidir ki, Allah onların bu fədakarlığına
əbədi həyatda cavab verəsidir. Övladı olmadığı halda
xoşbəxt yaşayan ailələr az deyil. Bə`zən isə ailə uzun illər
ötdükdən sonra övlad sahibi olur. Son dövrün tibbi
araşdırmalarına əsasən uyğun problemlə rastlaşmış
ailələrin övlad sahibi olması ehtimalı böyükdür. Bundan
əlavə, övladı olmayanlar ata-anasını itirmiş körpəni
övladlığa götürə bilərlər. Belə bir iş böyük ilahi savabla
nəticələnir. Bu kimi ailələrin bə`ziləri övladı olan
ailələrdən daha xoşbəxtdir.
Dostları ilə paylaş: |