Profil dgn


İXTILAFLARA NECƏ YANAŞAQ?



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə76/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   70   71   72   73   74   75   76   77   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

İXTILAFLARA NECƏ YANAŞAQ? 

Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri 

də  ortaya  çıxan  ixtilafların  həllidir.  Xüsusi  ilə  ailə 

həyatının  ilk  illərində  tərəflər  zəruri  təcrübəyə  malik 

olmadığından  əhəmiyyətsiz  məsələlərlə  bağlı  ixtilaflarla 

üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir 

təsəvvür  yaradır  ki,  onların  arasında  heç  bir  ziddiyyət 

yoxdur.  Amma  vaxt  ötdükcə  gənc  ailə  müxtəlif 




 

97

məsələlərlə  bağlı  fikir  ayrılığına  düçar  olur.  Bu 



problemlər  agahlıqla  həll  olunmadıqda  ərlə  arvad 

arasındakı  rabitələr  soyuyur.  Gənc  ailələr  çalışmalıdırlar 

ki,  mövcud  problemləri  özləri  həll  etsinlər.  Problem  iki 

nəfərin  arasından  çıxanadək  asan  həll  olur.  Problem 

ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc 

ailə  öz  problemini  yaxın  qohumlarla  həll  etmək  istəyir. 

Təcrübə  göstərir  ki,  məsələyə  qatılan  ətrafdakılar  ədalət 

prinsipini  gözləyə  bilmir,  hərə  öz  tərəfinə  bəraət 

qazandırır.  Xüsusi  ilə  analar  öz  analıq  hisslərinin 

kölgəsində  məsələyə  birtərəfli  yanaşıb  onun  həllini 

çətinləşdirirlər.  Ata-anaların  yersiz  müdaxilələri  ilə  bağlı 

məsələlər çoxdur. 

Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət 

prinsipinə  riayət  etməsi  çox  çətindir.  Atalıq  və  analıq 

hissləri,  adətən,  qalib  gəlir.  Həzrət  Əli  (ə)  buyurmuşdur: 

“Bir  şeyi  sevmək  insanı  kor  və  kar  edir.”

34

  Bu  səbəbdən 



də  gənc  ailə,  xüsusi  ilə  gənc  xanımlar  ailə  problemlərini 

müstəqil  şəkildə  həll  etməyə  çalışmalıdır.  Onlar  bu  işdə 

güzəşt və fədakarlıq yolunu tutmalıdırlar. 

Aradakı  ixtilafın  məntiqi  söhbətlə  yoluna  qoyulması 

zövcələrin düşüncə nişanəsidir. 

Hər  halda  gənc  ailə  bilməlidir  ki,  problemlərin  həlli 

üçün  güzəşt  lazımdır.  Əgər  hər  tərəf  özünü  haqlı  bilsə, 

günahı  qarşı  tərəfin  boynuna  atsa  məsələnin  həlli 

çətinləşər.  Ümumiyyətlə,  əksər  ailələrdəki  problemlər 

güzəşt  və  fədakarlıq  yolu  ilə  həllini  tapır.  Tərəflərdən 

hansı  daha  tez  bağışlama  yolunu  tutarsa,  böyük  ilahi 

savabı  da  o  əldə  edər.  Problem  ailə  çərçivəsində  həll 

olunmadıqda  zövcələr  məsləhət  vermək  ləyaqəti  olan 

fərdə  üz  tutmalıdır.  Təəssüf  ki,  bə`ziləri  problemin  həlli 

üçün  e`tibarlı  bir  fərddən  məsləhət  almağı  əskiklik  sayır. 

İxtilaf  dərinləşdikdə  və  iş  boşanmaya  gəlib  çıxdıqda 

                                                 

34

 “Nəhcül-bəlağə”. 



 

98

tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs 



seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.

35

 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin