ATA-ANALARA TÖVSIYƏ
Ailə münasibətlərinin araşdırılması göstərir ki,
mövcud ixtilafların əsas səbəbi tərəflərin düzgün tərbiyə
almamasıdır. Bu gün ailə təşkil edən gənc zəruri tərbiyə
almamışsa, hökmən problemlə qarşılaşasıdır. Ailə
qurmaq
astanasında
olan
bir
çox
gənclər
öz
vəzifələrindən xəbərsizdirlər. Ata ailəsindəki vəzifə ilə ər
ailəsindəki vəzifə fərqlidir. Ata ailəsində öz vəzifələrini
bilən gənc öz ailəsində də vəzifələri ilə də tanış olmalıdır.
Müştərək həyatın öz qanunları var. Qarşı tərəflə
uyğunlaşma, qarşı tərəfin diqqətini cilb etmə, istəkləri
tarazlaşdırma kimi məsələlər zəruri təhlil tələb edir. Ata-
analar övladlarının tərbiyəsində bu nöqtələri nəzərə
almalıdırlar. Yə`ni ailə həyatının qanunları övlada tə`lim
olunmalı, övlad ailə qurduqdan sonra da ona zəruri
məsləhətlər verilməlidir. Ata-ana öz övladının ailə
həyatına birtərəfli yanaşmamalı, ədalət prinsipinə riayət
etməlidir. Odu üfürmək yox, onun üzərinə su çiləmək
lazımdır. Bəli, düşüncəli ata-analar məhz belə edir.
Dostları ilə paylaş: |