IŞLA TƏŞKILINDƏ ILK ADDIM
Ailə təşkilində ilk mərhələ düzgün niyyət və məqsədlə
addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və
düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə,
məqsədlərimizə cavab verilməsidir.
Mövləvinin tə`birincə:
Əməlimiz nida, dünyamız bir dağ,
dağdan dönən bizi etmədə soraq.
Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat
ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bə`zən bir
niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki,
insanın həyatında əhəmiyyətli iz qoyur. Ailə qurmaq da
böyük və taleyüklü addım olduğundan öncədən düzgün
niyyət və məqsəd üzərində qurulduqda zövcələrin
xoşbəxtliyinə tə`sir göstərir. Bu səbəbdən də müqəddəs
ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət,
paklıq,
Allahın
razılığı
yolunu
seçməli,
qərara
gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının
bütün
mərhələrində
Allahın
razılığından
savay
umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi
rəhmət və bərəkətdən bəhrələnəcək, Allah və`d etdiyi
7
"Rum", 21.
12
sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və
mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə
zövcələrin aramlıq tapması, onların həyat iztirablarından
amanda qalmalarıdır.
Dostları ilə paylaş: |