21
Həyat yoldaşı seçimində qızlar daha çox diqqətli
olmalıdır. İslam dini kişilərlə ünsiyyət təcrübəsi olmayan
qızların hissə qapılacağını nəzərə alaraq ərə gedərkən
onların atalarından razılıq almalarını zəruri buyurmuşdur.
Əlbəttə ki, qızların da razılığı olmadan onları ərə vermək
olmaz. Ailə təşkilində son qərar zövcələrin ixtiyarındadır.
Oğlan və qızın razılığı yoxdursa, izdivac əqdi düzgün
deyil. Ata da öz növbəsində qızının xeyirini nəzərə
almalı, məsləhətsiz qərar çıxarmamalıdır.
Oğlan və qızın, xüsusi ilə qızın məcbur edildiyi
izdivacın sonu yaxşılıqla bitmir. Araşdırmalar göstərir ki,
hələ də cəmiyyətimizdə, hətta şəhərlərdə gənclər izdivaca
məcbur edilir və məcburi ərə verilən qadınların sayı
məcburi evləndirilən kişilərin sayından çoxdur. (Tehranın
20 məntəqəsində aparılan araşdırmalar göstərdi ki,
sorğuda iştirak edən 880 nəfər arasında izdivaca məcbur
edilən qadınların sayı kişilərin sayından iki qat artıqdır.)
Dostları ilə paylaş: