37
yorucudur.
Bitib-tükənməyən
qeyri-zəruri
telefon
söhbətləri, ayrılarkən söhbəti uzatmaq bu mövzunun
müxtəlif nümunələridir. Həqiqət isə qadın ruhunun
psixologiyası ilə bağlı deyilənlərdir.
Söhbət əgər kişilər üçün mə`lumat mübadiləsidirsə,
qadınlar üçün hisslərini bölüşmə vasitəsi, məhəbbətlərini
izhar etmə yoludur.
12
Deyilənlərdən belə mə`lum olur ki, mərhəmət hissi
qadının həyatında necə də geniş yer tutur. Eləcə də,
zahirən səthi görünən bu münasibətlərin qadın batinində
dərin kökləri var. Bu hisslər sadəcə bir e`tiraz və tövsiyə
ilə aradan götürülə bilməz. Kişi dərin düşüncə və ayıq
gözlə qadın ruhiyyəsini tanımalı və öz istəklərini
tarazlaşdırmalıdır. Digər bir tərəfdən, qadın düzgün
tə`lim-tərbiyədən faydalanmaqla öz şəxsiyyətinin zəif və
qüvvəli nöqtələrini müəyyənləşdirməli, təbii istəklərinə
nəzarət etməlidir. O çalışmalıdır ki, bu istəklər ağıl və
məntiq həddini aşmasın və qadın kişi tərəfindən
ağılsızlıqda ittiham edilməsin. Nəzərdən keçirilən
problemlər, adətən, düzgün tə`lim-tərbiyə görməmiş
qadınlarda müxtəlif formalarda təzahür edir və qadın
şəxsiyyəti alçalır.
Dostları ilə paylaş: