Profil dgn


KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   29   30   31   32   33   34   35   36   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK 

SORAĞINDADIR 

Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən 

başlanılmış  eşqdir.  Yalnız  belə  bir  eşq  qadın  üçün  heç 

zaman  soyumur.  Qadın  tərəfindən  başlanılmış  eşq  isə 

kövrək  və  davamsızdır.  (Daha  geniş  mə`lumat  almaq 

üçün “İslamda qadın haqları” kitabına müraciət edin) 

Qadınla  kişi  arasındakı  münasibətlərdə  qadın  üçün 

fiziki  yaxınlıq  ləzzəti  yox,  kişinin  qəlbini  ram  etmək 

ləzzəti  önəmlidir.  Başqa  sözlə,  qadın  fiziki  ləzzətlərdən 

daha  çox  ruhani  ləzzətlərdən  həzz  alır.  Kişidə  isə 

əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu 

səbəbdən  də  deyirlər  ki,  kişi  qadının  cismi,  qadın  isə 

kişinin  qəlbi  sorağındadır.  Ər-arvad  münasibətlərində 

əsas nöqtə budur. 




 

45

Qadında  özününümayiş,  dilrübalıq,  ram  etmə  hissinin 



izharı  üçün  ideal  fitri  zəmin  var.  Qadın  bu  yolla  kişi 

qəlbini fəth edib onu öz ardınca çəkir. 

Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək 

deyil.  Kişi  qadından  nə  qədər  güclü  olsa  da,  qadın 

əsrarəngiz  qüvvəsi  ilə  onu  öz  qarşısında  diz  çökdürür, 

qəlbini  özünə  əsir  edir.  Həzrət  Əlidən  (ə)  nəql  olunmuş 

məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli 

güldür.”


1

  Yə`ni  qadın  fiziki  baxımdan  kişi  qədər  güclü 

olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də 

kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə 

almaqla  qadından  kişi  kimi  hərəkət  etməsi  tələb 

olunmamalıdır. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin