ƏRLƏRƏ XƏBƏRDARLIQ
Deyildiyi kimi, qadın üçün ərin ona diqqətindən
mühüm bir şey yoxdur. Bu sahədə qadın çox həssasdır.
Bu səbəbdən də ərin başqalarını, xüsusi ilə hansısa
qadınları və ya öz ana-bacısını tə`rif etməsi qadın üçün
dözülməzdir.
Qadın bu istəkdədir ki, ərinin qəlbini öz inhisarında
saxlasın və bu qəlbdə kimsə onun yerini tutmasın. Ər öz
həyat yoldaşının bu hisslərindən agah olmalıdır. O, yol
verməməlidir ki, qadında onun sevgisi ilə bağlı
narahatlıqlar yaransın. Ana-bacını, qardaşı, dostları
sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim
onlardan danışasan. Məsələn, həyat yoldaşı ilə ikilikdə
səfərə çıxdıqda yeri gəldi gəlmədi başqa yaxınları
xatırlayıb, onların olmamasına təəssüflənmək qadında
iztirab yaradır. Həyat yoldaşına başqalarının bişirdiyi
xörəkləri tə`rifləmək, əl işlərindən həvəslə danışmaq
zərərlidir. Kişi bu şərtlərə riayət etməsə, daim öz həyat
yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki,
ər onun yanında da olsa, fikri başqa yerdədir. Belə bir
hiss onun üçün dözülməzdir və onda əxlaqi nöqsan olan
həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz
anasının hüzurunda ardıcıl şəkildə həyat yoldaşını
tə`rifləyib, başqalarına biganə qalması ilə bağlı şübhələr
yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda
bir çox problemlər yaradır və həmin sifətdən asanlıqla
yaxa qurtarmaq olmur. Məhz bu məqamlarda kişinin
müdiriyyət rolu aydın olur.) Təkrar-təkrar qeyd etdik ki,
ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə
inandırmalıdır. Qadın əmin olmalıdır ki, ərin qəlbində
onun yerini başqa biri tuta bilməz. Qadın belə bir
arxayınlıq olduqda müştərək həyatını sağlam və enerjili
davam etdirir.
50
Bə`zən qadın öz ərini onun sevdiyi hər şeyə, hətta
heyvana, əşyaya, idman və ya əyləncəyə də qısqanır.
Ərinin ona yox, digər şeylərə maraq göstərdiyini
gördükdə nifrəti həmin şeylərə ünvanlanır. Ətrafda bu
nümunələrlə rastlaşmaq çətin deyil. Əlbəttə ki, belə bir
münasibət qadının öz hisslərində ifrata vardığını göstərir.
Amma hər halda ər öz həyat yoldaşının bu hisslərindən
xəbərdar olmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar
etməlidir ki, qadındakı bu hisslər qıcıqlanmasın. Əgər
buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının
psixoloji aramlığı tə`min edilər.
Dostları ilə paylaş: |