Profil dgn


QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK!



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə50/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   46   47   48   49   50   51   52   53   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK! 

Dini  tə`limlərdə  qəzəb  və  əsəbiliyin  qarşısının 

alınması  barədə  bir  çox  tə`kidli  göstərişlər  vardır.  İmam 

Zeynəl-Abidindən  (ə)  nəql  olunmuş  rəvayətdə  deyilir  ki, 

udulmuş  qəzəb  damlasından  dəyərli  bir  damla  yoxdur.

3

 



Həzrət  Əli  (ə)  buyurmuşdur:  “Qəzəbinə  hakim  olmayan 

bizdən deyil.”

4

 

Qəzəbə  nəzarət  üçün  iki  nöqtəyə  diqqət  yetirməliyik. 



Birinci  nöqtə  odur  ki,  qəzəbin  nəticələrinə  diqqətli  olaq. 

Belə  bir  agahlıq  qəzəblə  mübarizədə  insanı  gücləndirir. 

Digər  nöqtə  budur  ki,  qəzəbi  cilovlamaq  üçün  hazırlığa 

ehtiyac var. 

Şübhəsiz  ki,  qəzəb  və  əsəb  insanın  fiziki  və  psixoloji 

sağlamlığına  dağıdıcı  tə`sir  göstərir  və  ağır  xəstəliklərlə 

nəticələnir.  Bundan  əlavə,  qəzəb  bizim  başqaları  ilə 

rabitələrimizə zərbə vurur, şəxsiyyətimizi alçaldır. Bir an 

əsəbiləşmək  elə  bir  problem  yaradır  ki,  həmin  problemi 

aradan  qaldırmaq  çox  çətin  olur.  Bundan  əlavə,  əsəbilik 

zamanı  insanın  hərəkətləri  ağıl  və  məntiqdən  yox, 

psixoloji  həyəcandan  qaynaqlanır.  Adətən,  əsəbilikdən 

sonra  peşmanlıq  gəlir.  Bə`zən  bu  peşmanlıq  o  qədər 

şiddətli olur ki, əsəb sarsıntısına gətirib çıxardır. Digər bir 

tərəfdən, qəzəb və əsəb başqaları üçün narahatlıq yaradıb 

onların  hüquqlarının  tapdanmasına  səbəb  olduğundan, 

onun  ağır  axirət  cəzaları  da  var.  Uyğun  zərər-ziyanı 

nəzərə  alan  əsəbi  fərd  öz  əxlaqındakı  bu  zəif  nöqtəni 

                                                 

3

 “Üsuli-kafi”, c. 2, s. 109. 



4

 “Qürərul-hikəm”. 




 

65

aradan  qaldırmalı,  ən  azı  hisslərini  nəzarət  altına 



almalıdır. 

Dini  tə`limlərimizdə  tövsiyə  olunmuşdur  ki,  əsəbi 

halda  qərar  çıxarmayın,  əsəbinizi  soyutmaq  üçün 

vəziyyətinizi  dəyişin.  Məsələn,  əyər  ayaq  üstəsinizsə 

oturun,  əgər  oturmusunuzsa  durun.  Əsəbiləşən  zaman 

dəstəmaz  almaq  da  tövsiyə  olunmuşdur.

5

  Yə`ni  dərhal 



reaksiya verməyin, arada fasilə yaradın. Bu fasilə qəzəbin 

nəzarət altına alınmasında tə`sirlidir. 

Əlbəttə  ki,  bə`zilərinin  əsəbi  bir  anlıqdır.  Onlar  tez 

qəzəblənib,  tez  də  təbii  hallarına  qayıdırlar.  Amma 

bə`zilərində  qəzəb  şəxsiyyətin  bir  çalarına  çevrilmiş  və 

vücuda hopmuşdur. Belələrinin islahı asan olmur. Onların 

uzun  müddət  ciddi  mübarizəyə  ehtiyacı  var.  Belələri  ilə 

yanaşı  yaşamaq  olduqca  çətindir.  Onlar,  adətən,  özlərini 

təqsirkar bilmir və buna görə də islaha sə`y göstərmirlər. 

Onlar daim günahı başqalarının boynuna atır və çox vaxt 

ətrafdakıların xeyirxah nəsihətlərinə qulaq asmırlar. 

Əgər  zövcələrdən  biri  əsəbi  olsa,  ikinci  tərəf 

çalışmalıdır  ki,  onun  əsəblərini  qıcıqlandırmasın  və  öz 

dözümü ilə ona əsəbini nəzarətə almaqda yardımçı olsun. 

Qəzəb  soyuduqdan  sonra  münasib  bir  məqamda  həyat 

yoldaşı  ilə  danışıq,  ona  əsəbləşməməyi  tövsiyə  etmək 

olar.  Adətən,  əsəbi  insanlar  yorğunluq  zamanı  daha  tez 

əsəbiləşirlər. Belə məqamda onları yola vermək zəruridir. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin