Profil dgn


QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə51/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   47   48   49   50   51   52   53   54   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR 

Həzrət  Peyğəmbər  (s)  və  mə`sum  imamların  həyatına 

nəzər  saldıqda  görürük  ki,  onlar  öz  həyat  yoldaşları  ilə 

mülayim  və  mehriban  rəftar  etmişlər.  Bu  böyük 

insanlarda  mərhəmət  elə  bir  həddə  olmuşdur  ki,  hətta 

bə`zi  zövcələri  onların  bu  xüsusiyyətlərindən  sui-istifadə 

etmişdir.  Amma  yerə  də  onların  səbr  kasası  dolmamış, 

                                                 

5

 “Biharül-ənvar”, c. 73, s.5- 264. 



 

66

sərt rəftara yol verməmişlər. Nəql olunur ki, bir gün Əbu-



Bəkr  peyğəmbərin  evinə  gəldikdə  qızı  Ayişənin 

(peyğəmbərin  həyat  yoldaşı)  peyğəmbərlə  mübahisə 

etdiyini  gördü.  Onlar  mübahisənin  həlli  üçün  Əbu-Bəkri 

hakim  tə`yin  etdilər.  Ayişə  danışır  və  öz  danışığında 

Peyğəmbərin  (s)  hörmətini  gözləmirdi.  Əbu-Bəkr 

Ayişənin  bu  hərəkətinə  dözməyib  ona  bir  sillə  vurdu. 

Ayişə Peyğəmbərə (s) sığınıb onun arxasında gizləndi və 

yardım  istədi.  Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Biz  səni 

buna 

görə 


çağırmamışdıq, 

səndən 


belə 

rəftar 


istəməmişdik.”

6

 



Nəql  edirlər  ki,  bir  gün  peyğəmbərin  zövcəsi  onunla 

tünd  davrandı.  Anası  onun  bu  hərəkətini  görüb  tənbeh 

etdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu rahat buraxın, 

bildiyini  etsin.”

7

  Peyğəmbərin  (s)  yaxınları  onun 



haqqında  demişlər:  “Peyğəmbər  (s)  qadınları  və  uşaqları 

bağışlamaqda  xalqın  ən  üstünü  idi.”

8

  Həzrət  Peyğəmbər 



(s)  buyurmuşdur:  “İman  baxımından  xalqın  ən  kamili 

onların  ən  xoş  xasiyyətlisi  və  zövcəsinə  ən  mehriban 

olanıdır.” 

Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi 

xatırlatmışdır:  namaz,  əl  altında  olanlarla  xoş  rəftar, 

qadınların  yanında  Allahdan  qorxub  onlarla  gözəl  rəftar 

etmək.

9

 Digər bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız 



ailəsi  üçün  yaxşı  olandır.  Mən  öz  ailəm  üçün  sizin 

hamınızdan  üstünəm.  Böyük  insanlar  qadınları  girami 

tutur, rəzil insanlar onları əskik sayır.” 

Dini bir rəvayətdə deyilir: 

Qadınlara  və  uşaqlara  zülm-sitəm  Allahı  hər  şeydən 

çox qəzəbləndirir. 

                                                 

6

 “Ehyail-Ülume-Ğəzzali” 



7

 “Ehyail-Ülume-Ğəzzali” 

8

 “Ehyail-Ülume-Ğəzzali” 



9

 “Ehyail-Ülume-Ğəzzali” 




 

67

Həzrət  Peyğəmbərdən  (s)  nəql  olunmuş  bir  rəvayətdə 



deyilir:  “Bilin  ki,  Allah  və  peyğəmbər  zövcəsinə  zərər-

ziyan yetirəndən üz çevirmişdir.”

10

 

Qur`ani-kərim  kişilərə  belə  göstəriş  verir:  “Həyat 



yoldaşlarınızla yaxşı və xoş rəftar edin.”

11

 



Qur`an  ayələrində  buyurulur  ki,  əgər  müştərək  həyatı 

davam  etdirmək  imkanınız  yoxdursa,  zövcənizin  haqqını 

ödəyin, onunla  yaxşılıqla ayrılın və elə etməyin ki, həyat 

ona  sıxıntılı  olsun;  ona  zərər-ziyan  yetirməyin  və  Allah 

bəyənən tərzdə bir-birinizdən ayrılın.”

12

 



İslamın  qadınlarla  rəftar  haqqındakı  buyuruqları 

göstərir ki, ailələrimizin bir çoxu İslam normalarından nə 

qədər  uzaqdır.  Bə`zi  kişilər  din  öncüllərinin  tam  ziddinə 

olaraq  bayırda  xoş  rəftar  edir,  evə  qayıtdıqda  ailə 

mühitini öz davranışı ilə zəhərləyir. 

Təəssüf  ki,  ailə  ilə  bağlı  bir  çox  ən`ənələrimiz  İslam 

tə`limindən uzaqdır, bə`zən isə ona ziddir. 

Deyilənlərə  əsasən  müsəlman  ailələrindəki  bu  günkü 

gerçəkliyi İslamın ailə prinsipləri ilə eyni tutmaq olmaz. 

Qadınlara  hörmət,  onların  girami  tutulması,  onlarla 

sərt  rəftardan  çəkinmək  İslam  qanunlarının  gerçək 

prinsiplərindəndir.  Haqqında  danışdığımız  məsələ  ilə 

bağlı ayələr və rəvayətlər çoxdur. Bizim xatırladıqlarımız 

isə yalnız dəryadan bir damla idi. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin