Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

UYĞUNLAŞMA 

İstənilən  bir  ictimai  mühitdə,  o  cümlədən  ailədə  əsas 

prinsiplərdən  biri  uyğunlaşma  prinsipidir.  Hər  bir 

toplumda, 

eləcə 

də, 


ailədə 

olan 


fərdlər 

fərqli 


xüsusiyyətlərə  malikdir.  Həyat  yoldaşı  seçimində  nə 

qədər  diqqətli  olsaq  da,  seçdiyimiz  fərddə  fərqli 

xüsusiyyətlərin 

olması 


qaçılmazdır. 

Fərqli 


mədəniyyətlərin  tərbiyə  etdiyi  şəxslər  arasında  düşüncə, 

psixologiya,  əxlaq  baxımından  fərqlər  olur.  İki  ailə 

mədəniyyət,  adət-ən`ənə  baxımından  bir-birlərinə  nə 

qədər  yaxın  olsalar  da,  onlar  arasında  fərqlərin 

mövcudluğu  qaçılmazdır.  (Ayrı-ayrı  millətdən  olan  iki 

fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola 

bilər.  Təbii  ki,  kökündən  fərqli  mədəniyyətlərdən 

bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır. 

Təcrübə  göstərir  ki,  xarici  vətəndaşla  ailə  quran 

şəxslərin  xüsusi  problemləri  olur  və  onların  izdivacı, 

adətən,  uzun  çəkmir.  Əlbəttə  ki,  istisnalar  da  var.  Hətta 

bu  istisna  hallarda  da  tərəflərdən  biri  o  birinin  əqidəsini 

və  mədəniyyətini  qəbul  edir.)  Bütün  bu  səbəblərdən  ailə 

qurmuş 


tərəflər 

arasındakı 

fərqlər 

bizi 


təəccübləndirməməlidir.  Həyat  yoldaşı  seçərkən  belə  bir 

nöqtəni  nəzərdən  qaçırmaq  olmaz  və  bu  seçimdə 

çalışmalıyıq  ki,  prinsipial  məsələlərdə  tərəflər  bir-birinə 

uyğun olsunlar. 

Prinsipial  fərqləri  olan  iki  nəfərin  qurduğu  ailə  çox 

çətin uyğunlaşır, bə`zən isə uyğunlaşmır. 

Əlbəttə  ki,  bə`zən  ailədə  prinsipial  yox,  xırda 

məsələlər  ixtilaf  yaradır.  Hər  halda,  fərqlər  azaldıqca 

rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir 

qismi  onların  iste`dadları  ilə  bağlıdır.  İste`dad  fərqi  isə 

 

70

fərqli  maraqlar,  istəklər  yaradır.  Zövcələr  arasındakı 



fərqlərdən  bir  qismi  də  onların  uzun  illər  boyu 

formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir. 

Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər 

qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa 

çarə  yoxdur.  Bütün  toplumların,  zümrələrin,  eləcə  də, 

ailənin uyğunlaşma prinsipinə ehtiyacı var. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin