UYĞUNLAŞMA MƏFHUMU
Ailədə uyğunlaşma deyərkən hər bir ailə üzvünün,
xüsusi ilə ərlə arvadın bə`zi məsələlərə münasibətini
dəyişməsi və ümumi razılıq naminə bə`zi istəklərdən
çəkinməsi nəzərdə tutulur. Deyildiyi kimi, ərlə arvadın
bə`zi əxlaqi xüsusiyyətləri bir-biri ilə ziddiyyət təşkil
edir. Ümumi razılıq xatirinə bu xasiyyəti tərk etməkdən
başqa yol yoxdur.
Müştərək bir həyatda ərlə arvad çalışmalıdır ki, bir-
birlərinin bütün xüsusiyyətlərini, maraqlarını öyrənsinlər
və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər.
Bu həssaslıqların kökü çox vaxt insanların psixoloji
xüsusiyyətlərində, aldıqları tərbiyədə olur. Əlbəttə ki, bu
sahələrdə dəyişmək çətindir. Hər hansı fərdin qısa bir
zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz.
Ona görə də hər iki tərəf çalışmalıdır ki, qarşı tərəfin
həssaslığını nəzərə alsın.
Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək
mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir.
Çünki həyat yoldaşını sevən kəs ailə həyatına
əlaqəlidir. O, həyat yoldaşını incidəcək, müştərək həyat
bağlarını qıracaq heç bir iş görmür. O, inadkarlıq və ya
nadanlıq üzündən yoldaşı üçün sıxıntı yaradacaq işə yol
vermir. Təəssüf ki, bə`zən zövcələr bir-birinə hörmət
əvəzinə, inadkarlıq göstərərək biganələrin yanında qarşı
tərəfi incidirlər. Bu sayaq rəftar göstərir ki, onlar ailə
həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər.
71
Bilməliyik ki, hər bir insanın xüsusi ruhiyyəsi,
düşüncə tərzi var. Hər bir insan xüsusi yanaşma tələb
edir. Başqa sözlə, ətrafdakılarla rabitə zamanı onların
şəxsiyyətini nəzərə almamaq olmaz. İstənilən bir söz və
rəftar qarşı tərəfin düşüncə və ruhuna uyğun olmalıdır.
Çünki hər maye üçün münasib bir qab var və qaba
tutumundan artıq bir şey tökmək olmaz.
Bə`ziləri öz rəftarında ağıla əsaslandığından onlarla
ağıl və məntiq dilində danışılmalıdır. Bə`ziləri isə
emosionaldırlar. Belələri ilə ünsiyyətdə quru məntiqi
dəlillərlə kifayətlənmək olmur. Onların həssaslığını
nəzərə almaqla daha tez nəticə əldə etmək olmaz. Kimi
istiqanlı, kimi isə soyuqqanlıdır. Kimi məsələlərə səthi
yanaşır, kimi də məsələnin mahiyyətinə varır.
Zövcələrdən hər biri qarşı tərəfin şəxsiyyətinə qapı
açmaq üçün açar soraqlamalıdır. Qarşı tərəflə onun
ruhiyyəsinə uyğun rəftar edilməlidir.
Müsbət nəticə əldə etmək üçün sağlam və yetərli
rabitələrin qurulmasında sədaqətlə təlaş göstərmək
lazımdır.
Dostları ilə paylaş: |