Profil dgn


HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə55/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   51   52   53   54   55   56   57   58   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ 

Mühüm  məsələlərdən  biri  qadının  ər  evində  dil 

tapmasıdır.  Təəssüf  ki,  bu  sahədə  bir  çox  problemlər 

yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə 

arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin 

bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır. Kişi tədbir və 

bəsirətlə  elə  rəftar  etməlidir  ki,  həm  həyat  yoldaşı,  həm 

də  yaxınlarının  haqlarını  yerinə  yetirsin.  Hər  halda 

onlardan  heç  birini  digərinə  fəda  etmək  olmaz.  Bə`zi 

kişilər  analarını  çox  sevdiklərindən  özləri  də  bilmədən 

həyat  yoldaşlarının  haqqını  tapdalayırlar.  Onlar  öz  həyat 

yoldaşlarından  analarına  qarşı  xüsusi  bir  münasibət 

umurlar.  Hansı  ki,  qadın  yalnız  öz  vəzifəsini  yerinə 

yetirməli,  yersiz  tələblərin  icrasında  üzülməməlidir. 

 

72

Bə`ziləri  isə  evləndikdən  sonra  ana-bacısını,  yaxınlarını 



yaddan  çıxarır  və  onların  hüquqlarına  biganəlik  göstərir. 

Evləndikdən  sonra  kişinin  öz  həyat  yoldaşı,  yaxınları  ilə 

necə  rəftar  edəcəyindən  çox  şey  asılıdır.  Ailədə  isti 

rabitələrin  yaranması,  bir  çox  problemlərin  aradan 

qalxması  üçün  kişi  düzgün  müdiriyyət  üsulu  seçməlidir. 

Kişi  tədbirli  və  agah  olmadıqda  ailədə  xeyli  problem 

yaranır.  Digər  tərəfdən,  qadın  da  ərini  əziyyətə  salacaq 

rəftarlardan  çəkinməli,  ərin  yaxınları  ilə  isti  əlaqələr 

qurmağa çalışmalıdır. Cüz`i məsələlərdən ötrü dava-dalaş 

salmaq, səmimi rabitələri pozmaq düzgün deyil. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin