Profil dgn


GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR. 

Uyğunlaşma  sözündə  bir  növ  güzəşt,  dözüm,  göz 

yummaq mə`naları da var. Müdara etmək tə`biri də həmin 

mə`nanı  bildirir.  Müdara  etmək  odur  ki,  biz  kollektiv 

yaşayışda  ətrafdakıların  bə`zi  yersiz  hərəkətlərinə  dözək, 

onlara  göz  yumaq.  Məsələn,  əgər  həyat  yoldaşının 

rəftarında  nöqsan  varsa  və  nöqsanı  aradan  qaldırmaq 

üçün  göstərilən  sə`ylər  nəticə  vermirsə,  dava-dalaş  salıb 

ailə rabitələrini süstləşdirmək olmaz. Çünki hər birimizin 

zəif  nöqtəsi  var.  Bə`zən  bu  nöqtəni  islah  etmək  asan 

olmur.  Bə`zi  zəif  nöqtələrin  irsi  kökləri  olur.  Qəbul 

etməliyik  ki,  müştərək  həyatda  bu  sayaq  çətinliklər 

labüddür.  Axı  heç  birimiz  mə`sum,  günahsız  deyilik. 

Özünü nöqsansız bilən şəxs hamıdan nöqsanlıdır. Əlbəttə 

ki,  hər  bir  insan  öz  üzərində  çalışıb  eyiblərdən  yaxa 

qurtarmalıdır.  Belə  bir  sə`y  mə`nəvi  təkamül  səbəbidir. 

Yalnız 

çalışmaqla 

Qur`ani-kərimin 

“pak 


həyat” 

adlandırdığı sağlam həyata yol tapmaq olar. Hər halda bu 

sayaq çətinliklər var və müdara edib, keçinməkdən başqa 

yol  yoxdur.  Elə  bu  səbəbdən  də  İslam  tə`limlərində 

müdara 

etmək 


tə`kidlə 

tövsiyə 


olunur. 

İslam 


peyğəmbərindən  nəql  olunmuş  rəvayətlərdə  müdara 


 

73

imanın  yarısı  kimi  təqdim  olunur.



19

  Həzrət  Peyğəmbərin 

(s)  bu  bəyanı  insani  rabitələrdə  əxlaqi  fəzilətin 

əhəmiyyətini göstərir. Bu mövzuda rəvayət çoxdur. 



SAZIŞ HƏDDI 

Qarşı tərəflə saziş o demək deyil ki, insan qeyd-şərtsiz 

kiminsə  istəyinə  və  ya  mühitin  tələblərinə  təslim  olsun, 

gerçək  me`yarlardan  əl  çəksin.  Bə`zi əxlaqi  keyfiyyətləri 

o zaman tərk etmək olar ki, bu hərəkət prinsipial üsullara 

zərər vurmasın və haqq ayaq altına atılmasın. 

İnsan fərd və ya mühitlə uyğunlaşmaq üçün nə günaha 

yol verə bilər, nə də vacib vəzifələrini tərk edə bilər. 

İslam Peyğəmbərindən (s) nəql olunmuş bir rəvayətdə 

belə  bir  nöqtə  aydın  şəkildə  bəyan  olunmuşdur:  “Öncə 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin