ÖZ ISTƏKLƏRIMIZDƏ BƏSIRƏTLI OLAQ
Hətta şər`i haqlarımızın tələbində belə bəsirətli olmalı,
imkanları nəzərə almalıyıq.
Bəsirətli olmaq, həqiqəti görmək bütün sahələrdə,
eləcə də, ailə həyatında mühüm rol oynayan dəyərli bir
xüsusiyyətdir.
Həqiqətdən uzaq istəklər rabitələrdə xeyli problemlər
yaradır. Unutmamalıyıq ki, imkanı istəyə uyğunlaşdırmaq
mümkünsüzdür.
İnsan
öz
istəyini
imkana
uyğunlaşdırmalı, öz istəklərində gerçəkliyi nəzərə
almalıdır. İmkanı nəzərə almadan uzun-uzadı arzularla
yaşamaq əslində yuxu və xəyal aləmində seyr etməkdir.
Həyatda müvəffəqiyyətin ilkin şərti bəsirətli olmaqdır.
Belə bir nöqtəyə diqqət qadınlar üçün xüsusi əhəmiyyət
kəsb edir.
Həyəcanlanmış hisslər bə`zən həqiqəti görməyə imkan
vermir. Hissdən qaynaqlanan və ağıl ölçüsünə sığmayan
istəklər də emosiyalardan doğur.
Bu sayaq istəklər, adətən, ailə həyatında çətinliklər
törədir. (Qadının diqqət yetirməli olduğu digər bir məsələ
həyat yoldaşının proqramı ilə uyğunlaşmaqdır. Bə`zi
kişilər əmək fəaliyyəti ilə bağlı boş vaxt tapmaqda
çətinlik də çəkə bilər. Bə`ziləri evdə də idarə işi görməyə
məcbur olur. Belə məqamlarda həyat yoldaşı vəziyyəti
düzgün qiymətləndirməli, öz e`tirazları ilə ərini sıxıntıya
salmamalıdır. Əlbəttə, kişi də imkan həddində öz vaxtının
75
bir hissəsini ailəsinə həsr etməli və bunu özünə vəzifə
bilməlidir.)
Dostları ilə paylaş: |