MÜQAYISƏ APARMAYAQ
Tərbiyə
sahəsində
tə`kidlə
qeyd
olunmuş
gerçəkliklərdən biri fərqli səviyyənin mövcudluğudur.
Öncə də işarə etdik ki, hər fərdin digər fərdlərdən fərqli
xüsusiyyətləri var. İnsanların tutumları, qabiliyyətləri,
gücləri eyni deyil. Buna görə də hamıya qarşı eyni tələb
irəli sürmək olmaz. Belə ki, kişi öz həyat yoldaşını başqa
qadınlarla müqayisə edə bilməz. Qadından başqa
qadınların gördüyü işi tələb etmək yersizdir. Əgər qadın
kişinin bə`zi istəklərini yerinə yetirə bilmirsə, kişi ondan
inciməməli, məhəbbətini əskiltməməlidir. Bə`zən kişilər
öz həyat yoldaşlarına başqa qadınların aşbazlığından,
dərziliyindən ağız dolusu danışırlar. Bu sayaq söhbətlər
təkrarlandıqda qadın tərəfindən təhqir kimi qəbul olunur.
Başqa qadınların həddi aşan tə`rifi dilxorçuluq, bə`zən isə
kin-küdurət yaradır. Bə`ziləri bir az da qabağa gedərək
yeri gəldi-gəlmədi həyat yoldaşlarını başqaları ilə
müqayisə edirlər. Onlara elə gəlir ki, bu yolla həyat
yoldaşlarını təşviq edirlər. Belə bir üsul daha çox zərər
gətirir. Adətən, fərdlərin bir-biri ilə müqayisə olunması
yanlış olur və pis nəticələrlə sonuclanır. Ümumiyyətlə,
fərdlərin
müqayisəsində
diqqətli
olmaq,
fərdi
keyfiyyətləri nəzərdən qaçırmamaq lazımdır. Başqa bir
şərt bu müqayisənin təhqirə çevrilməsinə yol
verməməkdir. Başqalarının üstünlüyü haqqındakı söhbət
qarşı tərəfin alçaldılması ilə müşayiət olunmamalıdır.
İnsani rabitələrdə bir çox incə nöqtələrə diqqət
yetirmək və ölçülü hərəkət etmək lazımdır.
Həyat
yoldaşının
başqa
qadınlarla
müqayisə
edilməsinin digər mənfi nəticələri də var. Bu nəticələrdən
biri qadında başqa qadınlara qarşı mənfi emosiyaların
yaranmasıdır. Qadın üçün ərin ətrafdakı qadınlara diqqətli
76
olub, onların haqqında xoş sözlər deməsi cansıxıcıdır.
Qadına elə gəlir ki, haqqında danışılan qadınlar onun
ərinin diqqətini ondan yayındırırlar. Bir sözlə, yersiz
müqayisələr ailənin ictimai rabitələrində xeyli problem
yaradır və bu problemlər bə`zən ciddi qarşıdurmalarla
nəticələnir.
Dostları ilə paylaş: |