Profil dgn


QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə72/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI 

Qadın  ərinin  hüzurunda  bəzənməli  olduğu  kimi, 

biganə  kişilərin  qarşısında  bəzənməkdən  çəkinməlidir. 

Qadının  biganələr  üçün  bəzənməsi  dini  baxımdan 

haramdır.  Belə  bir  hərəkətin  zərərlərindən  biri  budur  ki, 

evdən  bayıra  çıxan  kişiləri  biganə  qadınların  gözəlliyi 

cəzb  edir.  Belə  bir  cazibə  kişinin  öz  həyat  yoldaşına 

əlaqəsini  azaldır.  Kişi  özündən  asılı  olmayaraq  həyat 

yoldaşını  gördüyü  gözəl  qadınla  müqayisə  edir.  Əlbəttə 

ki,  heç  bir  qadın  öz  zahiri  görkəmi  ilə  bütün  qadınlara 

üstün gələ bilməz. 

Qadının  biganə  kişilər  önündə  bəzənməsinin  haram 

edilməsinin  səbəbi  ailə  rabitələrinin  qorunmasıdır. 

İslamın bu hökmündən qadınlar daha çox faydalanır. 

Harada  qadınlar  bu  şərtə  əməl  etmirlərsə,  həmin 

cəmiyyətdə  ailə  qurumu  süquta  uğrayır.  Çünki  kişinin 

diqqətini  öz  həyat  yoldaşından  yayındıran  istənilən  bir 

amil  zərərlidir.  Prinsipcə,  qadın  və  kişi  ailə  həyatı 

qurduqdan  sonra  biganələrə  diqqət  yetirməməlidir.  Onlar 

bağladıqları  əhd  əsasında  başqaları  ilə  maraqlanmamalı, 

günah  şəraitindən  çəkinməlidirlər.  Yalnız  bu  şərtə  əməl 

olunduqda  ailə  rabitələri  güclü  olur.  Demək,  kişi  başqa 

qadınlara  diqqət  yetirməməli,  qadın  isə  öz  növbəsində 

başqa kişilərin diqqətini cəlb etməməlidir. 

Qadının  özünü  göstərmək,  biganə  kişinin  qəlbini 

ovlamaq  üçün  imkanı  daha  böyükdür.  Bu  imkan  nəzarət 

altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir. 

Belə  bir  sual  yaranır  ki,  nə  üçün  bə`zi  qadınlar  hətta 

ərə  getdikdən  sonra  öz  gözəlliklərini  nümayiş  etdirmək 

istəyirlər?  Mütləq  bir  qanun  var  ki,  qadın  kişidən 

gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb 

 

94



edir.  Kişi  isə  qadının  təslimçiliyinə  nifrət  bəslədiyi  kimi, 

onun  e`tinasızlığını  qiymətləndirir.

31

  Kişinin  ehtiyac  və 



eşqi  o  zaman  zirvə  həddinə  çatır  ki,  qadın  ehtiyacsız, 

ciddi  görünsün.  Qadının  mətanəti,  gizliliyi,  əlçatmazlığı 

kişinin  məhəbbətini  alovlandırır.  Qadın  təbiət  e`tibarı  ilə 

iffətlidir,  bu  iffəti  itirdikdə  isə  birinci  özünə  zərər  vurur. 

Daha sonra kişi və cəmiyyət zərər çəkir.

32

 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin