97
məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu
problemlər agahlıqla həll olunmadıqda ərlə arvad
arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar
ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki
nəfərin arasından çıxanadək asan həll olur. Problem
ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc
ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir.
Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət
prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət
qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin
kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini
çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı
məsələlər çoxdur.
Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət
prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq
hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur:
“Bir şeyi sevmək insanı kor və kar edir.”
34
Bu səbəbdən
də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini
müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə
güzəşt və fədakarlıq yolunu tutmalıdırlar.
Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması
zövcələrin düşüncə nişanəsidir.
Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli
üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə,
günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli
çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər
güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən
hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi
savabı da o əldə edər. Problem ailə çərçivəsində həll
olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan
fərdə üz tutmalıdır. Təəssüf ki, bə`ziləri problemin həlli
üçün e`tibarlı bir fərddən məsləhət almağı əskiklik sayır.
İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda
34
“Nəhcül-bəlağə”.
98
tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs
seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.
35
Dostları ilə paylaş: