LANE KIRKLAND ADINA TƏQAÜD PROQRAMI
Polşa-Amerika Azadlıq Fondu
Proqramın təsisçisi
və
Demokratiya Üçün Təhsil Fondu
Proqramın administratoru
Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxstan, Qırğızıstan, Ukrayna, Belarus, Ermənistan və Moldovadan olan namizədlər üçün
Polşada 2016/2017 tədris ili üçün növbəti Lane Kirkland Təqaüdünə müsabiqəni açıq elan edir.
Proqram ölkədə və regionda ali təhsilli gənc liderlərin yetişməsinə, demokratiyanın, iqtisadiyyatın və vətəndaş cəmiyyətinin inkişafına maraq göstərməlidir.
Proqram 2 (iki) semestr Polşa ali təhsil ocaqlarında və 2-4 həftə dövlət idarələrində və ya privat sektorda həyata keçir.
Bu proqramda qaydalar ölkələrdən asılı olmayaraq qarşılıqlı hörmət prinsipi əsasında qurulur.
Proqram çərçivəsində maliyyələşdirilən ixtisasların siyahısı:
-
İqtisadiyyat və İdarəetmə
-
Administrasiya/menecment (biznes, QHT, mədəniyyət, ətraf mühit, sağlamlıq)
-
Dövlət idarəetməsi
-
Hüquq
-
Sosial elmlər (sosial psixologiya, sosiologiya)
-
Siyasi elmlər və beynəlxalq münasibətlər
-
Siyasi İnkişaf və humanitar yardım
KIMLƏR MÜRACIƏT EDƏ BILƏR?
Kirkland programı 2016/2017-cü akademik tədris ili üçün aşağıdakı sahələri təmsil edən şəxslər üçün açıqdır:
• Ekspertlər, siyasətçilər, dövlət işçiləri
• Sahibkarlar, menecerlər
• QHT rəhbərləri, mədəniyyət təmsilçiləri və aktiv vətəndaşlar
• Tədqiqatçılar, universitet mühazirəçilər, alimlər
• Jurnalistlər.
Kriteriyalar:
-
Adları çəkilmiş ölkələrin birində daim yaşamalı və həmin ölkənin vətəndaşı olmalıdı (qeyd: Polşada daim yaşamaq hüququnu əldə etmiş vətəndaşlar Kirkland təqaüd proqramına müraciət edə bilməz)
-
Ali təhsilini bitirmiş (magistr dərəcəsi)
-
Yaş həddi 35 (əsaslandırılmış halda 40 yaş)
-
Polşa dilini bilməli akademik ildə dərslərdən bəhrələnmək məqsədilə, eyni zamanda diplom işini yazmaq üçün və ya ingilis dili bilikləri, namizəd konkret təhsili həmin dildə göstərdiyi halda (bu halda elementar polyak dili qəbul olunur)
-
Iş təcrübəsi minimum 2 il.
ÜSTÜNLÜK TƏŞKIL EDƏN NAMIZƏDLƏR:
-
Namizəd öz icmasında professional və sosial sahədə aktiv olmalıdır.
-
Namizədlər konkret nailiyyətlərə malik olmalıdır.
-
Namizədlər Polşada təhsil almış olmamalıdır.
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
-
Elektron forma tamam doldurulmalıdır.
-
Şəxsi məlumat anketi
-
Layihəni əsaslandırmaq - Kirkland proqramında iştirakının detallı izahı və gələcək planları Polşada qaldığınız dövrü əhatə edən və programı bitirdikdən sonra olan planlarınız (4000-6000 işarə məsafə ilə birgə).
-
İki rekomendasiya məktubu namizədin əldə etdiyi nailiyyətlər haqqında və namizədin əldə edəcəyi gələcək inkişafı haqqında, professional sahədə inkişafı programdan sonra (polyak, rus və ya ingilis dilində)
-
Diplomun surəti ali təhsili bitirdiyi haqqda (və yaxud elmi namizədliyi haqda dilomun surəti) elektron poçt vasitəsilə göndərilməlidir.
QEYDİYYAT:
Seçim üç mərhələdən ibarətdir 45 nəfərə yaxın yüksək göstərici əldə etmiş namizədlər:
I mərhələ - elektron ərizə formasının qiymətləndirilməsi
II mərhələ - təkliflərin maddı qiymətləndirilməsi
III mərhələ - müsahibə (13.04-30.04.2016 planlaşdırılır).
Mart ayının sonunda III mərhələyə keçmiş namizədlər elektron poçt vasitəsi ilə məlumat əldə edəcəklər.
Müsabiqənin yekun nəticəsi elektron poçt vasitəsilə aprel ayinda namizədlərə ünvanlanacaq.
NAMIZƏDLƏRIN MÜRACIƏT PROSEDURLARI:
Ərizə forması aşağıdakı link vasitəsi ilə əldə edə bilərsiz:
Dostları ilə paylaş: |