Etalonlar və onların təsnifatı
Etalon – xüsusi ölçü vasitəsidir.
Etalon – çox dəqiq ölçü vasitəsi olub elm və texnikanın sayəsində hazırlanıb onun ölçüsü başqa ölçü vasitələrinə ötürülür. Onun təsnifatı –I II və işçi (şəkil 1).
I etalon – çox dəqiqliklə hazırlanıb və öz ölçüsünü II etalona və yoxlama sxemlərinə ötürür. II - etalon qiyməti, I – etalonla hazırlanır və öz ölçüsünü işçi və müqayisə etalonlarına verir. İşçi etalon öz ölçüsünü nümunəvi ölçü vasitələrinə ötürür.
-
Cərəyan vahidi – cərəyan və çəki palatasında saxlanılır (cərəyan tərəzisi).
I Dövlət etalonu
II - etalon
Müqayisən etalonu
İşçi etalonu
I dərəcə
II dərəcə
III dərəcə
IV dərəcə
Şəkil 1. Etalonlarının təsnifatı
K2
K1
Ölçü vahidlərinin normal və həqiqi qiymətindən istifadə olunur. Ölçü vahidlərinin nominal qiyməti anların pasportundakı qiymətlərdir.
burada: X– həqiqi qiymət ;
XH – vahidlərin nominal qiymətləri.
Nisbi xəta
Ona görə həqiqi qiymət götürülür.
Standartlaşdırmanın əsas obyektləri: fiziki kəmiyyətlərin vahidləri; dövlət etalonları və yoxlama sxemləri ; ölçü vasitələrinin yoxlama vasitələri və metodları; ölçü vasitələrinin metroloji xarakteristikalarının normalaşdırma nomenklaturası; ölçmənin dəqiqlik norması; ölçmə nəticələrinin ifadə üsulu və ferması; ölçmə metodikası, dövlət yoxlama metodikası; ölçü vasitələrinin metroloji attestasiyası; metroloji terminlər və s.
Vahid ölçməni təmin etmək üçün: ölçmə nəticələri fiziki kəmiyyətlərin vahidləri ilə ifadə olunmalı.
MÖVZU 7. Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/geomatika sahəsində standartlaşdırma zamanın tələbidir.
Plan
1.Torpaqların qiymətləndirilməsi.
2.Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin məqsədi.
3.Texniki Komitənin strukturu.
4. “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinin fəaliyyət planı.
5. Texniki Komitənin fəaliyyətində çətinliklər.
Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/geomatika sahəsində standartlaşdırma zamanın tələbidir
-
Onilliklər ərzində formalaşmış dövlət standartlaşdırma sistemi texniki tənzimləmənin islahatı gedişində milli standartlaşdırma sistemi ilə əvəz olunmalıdır. Sonuncu öz növbəsində iqtisadi münasibətlərin qloballaşması səraitində dövlətin, təsərrüfat subyektlərinin, ictimai təşkilatların və istehlakçıların maraqlarının balansını təmin etməli, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını yüksəltməli, məhsul, iş və xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsasında sahibkarlığın inkişafı üçün şərait yaratmalıdır.
Standartlaşdırma dövlətin sosial-iqtisadi siyasətinin dəstəklənməsinin başlıca faktorlarından olmaqla, ədalətli rəqabətin inkişafına, innovasiyalara, ticarətdə texniki sədlərin azaldılmasına, vətəndaşların həyat, sağlamlıq və əmlakının təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə xidmət edir, ictehlakçı maraqlarının, ətraf mühitin müdafiəsini və bütün növ sərvətlərdən qənaətli istifadənitəminedir.
Texniki tənzimləmənin elementlərindən biri kimi standartlaşdırma ölkənin iqtisadi inkişafına öz layiqli töhfəsini verməlidir. Bu zaman ölkə iqtisadiyyatında aparılan struktur islahatlar dövründə standartlaşdırmanın rolu və prinsipləri baş verən dəyişikliklərə adekvat olmalı və beynəlxalq təcrübəyə uyğungəlməlidir.
Bir daha qeyd etmək istərdik ki, inkişaf etmiş cəmiyyətdə standartlaşdırma iqtisadiyyatın idarə olunmasının başlıca alətlərindən biri kimi dəyərləndirilir. O, bilavasitə ictimai istehsalın səmərəliliyinə və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsinə təsir göstərərək, dövlət nomenklaturası miqyasında optimal nizamlamanın elmi metodu kimi çıxış edir. Standart və keyfiyyət bir-birindən ayrılmazdır. Standartlaşdırmanı həm praktik fəaliyyət, həm idarəetmə sistemi, həm də elm kimi nəzərdən keçirmək lazımdır.
Standartlaşdırma praktik fəaliyyət kimi ictimai istehsal sahələrində və sosial həyatda təkrarlanan məsələlərin optimal həllini təmin edən qayda, norma və tələblərin standartlaşması və tətbiqi üzrə normativ sənədlərin təyin olunmasından ibarətdir.
Standartlaşdırma praktik fəaliyyəti idarəetmə sistemi kimi Azərbaycan Respublikasında standartlaşdırma üzrə praktik fəaliyyətin planlı idarəetmə sistemi olan dövlət standartlaşdırma siyasəti əsasında həyata keçirilir. O, standartlaşdırma üzrə praktik işlərin təşkili və icrası metodikası üzrə qarsılıqlı əlaqəli tələbləri müəyyənləşdirən normativ-texniki sənədlər kompleksinə əsaslanır.
Standartlaşdırma müvafiq metod və vasitələr haqqında elm kimi ümumilikdə və ayrı-ayrı istiqamətlərdə standartlaşdırma üzrə fəaliyyətin qanunauyğunluqlarını müəyyənləşdirir, ümumiləşdirir və formalaşdırır. Standartlaşdırmanın elm kimi inkişafı bu fəaliyyətin təşkili sistemini yaxşılaşdırmağa kömək edir və bu sahədə praktik işlərin təkmilləşdirilməsinə yardımçı olur.
Texniki komitə
Məlum olduğu kimi, Texniki komitələr standartlaşdırma üzrə fəaliyyətin həyata keçirilməsi məqsədilə maraqlı tərəflərin təklifləri əsasında milli iqtisadiyyatın müxtəlif sahələrində yaradılmış orqanlardır. Azərbaycanda qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması sahələri üzrə texniki komitələr yaradılmış və fəaliyyət göstərirlər. “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinə 11-ci sıra nömrəsi verilmişdir.
- “ Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsi
- Torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq və digər kadastrlar, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və navigasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlbi baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, torpaq üzərində müxtəlif mülkiyyət hüquqlarının ahəngdar inkisafı, yeni növ coğrafi informasiya sistemlərinə və texnologiyalarına tələbatın, bu sahələrdə fəaliyyət göstərən şirkətlərin sayının durmadan artması Texniki Komitənin fəaliyyət sahəsi ilə əlaqədar bazar seqmentinin gələcək inkişaf dinamikası ilə bağlı optimist qənaətə gəlməyə imkan yaradır.
Bununla yanaşı, Avropa Birliyinə inteqrasiya kursu götürmüş Azərbaycan Respublikasının öz Milli Məkan Məlumatları İnfrastrukturunu yaratması da gündəmdə duran başlıca məsələlərdən biridir.
Eyni fikirləri və inkişaf tendensiyalarını torpaqların keyfiyyəti və qiymətləndirilməsi sahəsində standartlaşdırmaya da aid etmək olar. Köklü aqrar ənənələrə malik olan Azərbaycan üçün Avropa bazarlarına çıxış böyük önəm kəsb edir. Bu yol isə yalnız kənd təsərrüfatında müvafiq standartların müəyyənləşdirilməsi və onların tələblərinə cavab verən məhsulun istehsalından keçir.
Məhz bütün bunlar “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasını zəruri etmişdir.
Texniki Komitənin məqsədi:
1. torpaqların qiymətləndirilməsi, torpaqların keyfiyyətini yaxşılaşdıran vasitələr, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri sahəsində;
2. əsas məkan məlumatları və navigasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması sahəsində;
3. Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
- Texniki Komitənin qarşısında nə kimi vəzifələr
- TK 11-in əsas vəzifələri aşağıdakılardır:
- milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etmək;
- milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq;
- təhkim edilmiş fəaliyyət sahəsinə dair Milli Standartların Hazırlanması Proqramının, Milli Məkan Məlumatları İnfrastrukturunun Hazırlanması və Aktuallaşdırılması (təkmilləşdirilməsi) Konsepsiyasının formalaşdırılmasında iştirak etmək və icrasını təmin etmək;
- qarışıq fəaliyyət sahəsində milli və xarici texniki komitələrlə əməkdaşlığı həyata keçirmək;
- Beynəlxalq Standartlaşdırma Təşkilatının (bundan sonra - ISO) texniki komitələrinin və standartlaşdırma üzrə digər beynəlxalq, regional və xarici təşkilatların texniki komitələrinin işində iştirak etmək;
- dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin hazırlanması ilə bağlı təkliflər, habelə onların layihələrinə səsvermədə Azərbaycan Respublikasının mövqeyini ifadə edən təkliflər hazırlamaq;
- beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, normalarının, qaydalarının Azərbaycan Respublikasının Dövlət Standartlar Fondunda qeydiyyata alınması mümkünlüyü barədə rəylər hazırlamaq;
- dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, norma və qaydalarının, eləcə də standartlaşdırma sahəsinə aid digər sənədlərin Azərbaycan Respublikasının Dövlət Standartlar Fonduna təqdim edilmək üçün onların rəsmi tərcümə versiyalarını hazırlamaqdır.
TK 11 təhkim edilmiş fəaliyyət sahəsində digər məsələlərin həllində, o cümlədən ölkə ərazisində qüvvədə olan milli standartların və texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin siyahısının hazırlanmasında iştirak edir, təşkilatların hazırladığı standartların, layihə, texniki və texnoloji həllərin albomlarının və standartlaşdırma sahəsinə aid digər sənədlərin ekspertizasını aparır.
Coğrafi informasiya sahəsində standartlaşma son on illiklərin məhsuludur.
- Son əlli-altmış il ərzində kartoqrafiya və coğrafiya texnoloji yeniliklərə cavab olaraq əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. ötən əsrin əllinci illəri coğrafiyanın ədədi üsullara keçidinin şahidi olmuşdur. Ardından altmışıncı illərdə kompyuterlərin və modelləşdirmənin tətbiqinə başlandı. Yetmişinci illərdə kartoqrafiyada kompyuter texnologiyalarının tətbiqi kompyuterlərin tətbiqi ilə avtomatlaşdırılmış kartoqrafiyanın meydana gəlməsinə gətirib çıxardı. Bu zaman təxminən 1975-ci ildən etibarən kompyuter kartoqrafiya və coğrafiyasına topoloji riyaziyyatın metodları tətbiq olunmağa başladı. Bu isə öz növbəsində coğrafi informasiya sistemlərinin (CİS) meydana gəlməsinə səbəb oldu. 1985-95-ci illərdə bir şox sahələrdə CİS-texnologiyaların yaranmasını, tətbiqini və qəbul olunmasını müşahidə etmək olardı. 1995-ci ildən 2000-ci ilə qədər olan müddət ərzində məkana bağlılığı olan istehsal verilənlər bazaları, həmçinin İnternetdə cografi informasiyadan geniş istifadə tez bir zamanda mövqe əsaslı yeni texnologiyanı informasiya texnologiyalarının tərkib hissəsi kimi təsdiqlədi.
Coğrafi standartlaşdırma sahəsində modernləşdirmə erası 1980-ci ildən 1990-cı ilə qədər olan onilliyi əhatə etdi. Beynəlxalq miqyasda kartoqrafiya və coğrafiya sahəsində standartlaşdırma üzrə ilk cəhdlər çox çətin və yavaş həyata keçirilirdi. Milli və beynəlxalq təşkilatlar əsasən kompyuter sistemləri arasında coğrafi informasiyanın mübadiləsinə dair standartların yaradılması ilə məşğul olurdular. Bu qəbildən olan standartların texniki tərtibi azsaylı milli və regional istehlakçılar cəmiyyətləri ilə məhdudlaşırdı. Geniş beynəlxalq dəstəyə malik olan standartlar yox idi. Artıq 1995-ci il üçün məkan məlumatlarına dair beynəlxalq standartlar hazırlayan ISO/TC 211 kompyuter interfeyslərinin spesifikasiyası ilə məşğul olan Açıq CİS Konsorsiumu (Open GİS Concortium, OGC) coğrafiya sahəsində nəzərəçarpan oyunçulara çevrildilər. Bir qədər sonra ISO/TC 211 və OGC müştərək fəaliyyətə dəstək və təkrarlanmanın aradan qaldırılması məqsədilə birgə koordinasiya qrupu yaratdılar. Həmçinin, Avropa Birliyinin CEN/TC287 coğrafi informasiya üzrə Texniki Komitəsini (ISO/TC 211 ilə qarşılıqlı əlaqələr Vyana razılaşmasşna əsasən qurulur) də xüsusi ilə qeyd etmək lazımdır. Bundan əlavə bir sıra ölkələrdə müvafiq fəaliyyət sahələrində standartlar hazırlayan Texniki komitələr də mövcuddur ki, buna da misal olaraq Geomatika üzrə Rusiya Federasiyasında yaradılmış TK 394-ü göstərmək olar.
Beynəlxalq standartlaşdırmanın bu kimi ilk addımlarının əhəmiyyəti beynəlxalq səviyyəli kartoqrafiya və coğrafiya birlikləri tərəfindən coğrafi standartlaşdırmanın zəruriliyi və əhəmiyyətinin dərk olunması və qəbulundan ibarət idi.
- Texniki Komitənin strukturu
- Məlum olduğu kimi, “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin strukturu sədr, katiblik və altı altkomitədən ibarətdir. Altkomitələr “Torpaqların qiymətləndirilməsi”, “Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr”, “Geoməkan xidmətləri”, “Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti”, “Obrazlar”, “Geodeziya ə kartoqrafiya” adlanır. Bu altkomitələrin fəaliyyəti üçün əsas olan ISO-nun güzgü koitələri də müəyyənləşdirilmişdir. Bunlardan ən məhsuldar işləyən və xüsusi önəm kəsb edən ISO/TC 211-dir.
ISO/TC 211-in standartlaşdırma proqramı üç nəsillə xarakterizə oluna bilər:
1. birinci nəsil - məkan məlumatları üçün standartlar;
2. ikinci nəsil - mövqe əsaslı servislərə və fototəsvirlərlə iş üçün standartlar;
3. üçüncü nəsil - informasiya birlikləri - ixtisaslaşdırılmış sahəvi standartların hazırlanması üçün strukturlar.
- Texniki Komitəyə üzvlük nə kimi üstünlüklər verir və üzvlərdən başlıca tələblər hansılardır?
- Texniki Komitəyə hal-hazırda 20-dən artıq dövlət qurumu, özəl şirkətlər, elm və təhsil müəssisələri daxildir. Belə geniş təmsilçilik qəbul olunacaq standartların universallığı baxımından olduqca önəmlidir. Texniki Komitəyə qəbul könüllüdür. Torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və navigasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində fəaliyyət göstərən, Texniki Komitənin əsasnaməsini tanıyan və TK 11-in iclaslarında qəbul edilmiş qərarları yerinə yetirən digər təşkilatlar da TK 11-ə üzv ola bilərlər. Yeni üzvlərin TK 11-ə qəbul edilməsi və ya üzvlüyün itirilməsi barədə qərar TK 11-in müvafiq qərarına əsasən TK 11-in sədri tərəfindən əsasnaməyə uyğun olaraq qəbul edilir.
Texniki Komitənin fəaliyyətinə cəlb olunmuş təsərrüfat subyektləri bir sıra üştünlüklərə malik olurlar. Məsələn, milli, Avropa, dövlətlərarası və beynəlxalq səviyyədə standartlaşdırma fəaliyyəti haqqında informasiya iqtisadi subyektlərə öz məhsullarını hazırda fəaliyyət göstərdikləri bazara nisbətən daha dinamik və rəqabətli bazarlara adaptasiyası baxımından prioritetlərini müəyyənləşdirməyə imkan verir.
Texniki Komitənin fəaliyyətində iştirak edən mütəxəssislərin, Katibliyin bir sıra məqamlara olduqca həssas yanaşmaları vacibdir:
- Texniki Komitənin fəaliyyəti milli maraqları təmin etməli, hər bir milli standartın konsensus əsasında qəbul edilməsi məqsədilə bütün maraqlı tərəflərin təkliflərini nəzərə almalıdır;
- Texniki Komitə standartların layihələri ilə yanaşı bütün digər yaradıcılığa (standartlaşdırma üzrə proqramlar, standartların periodik olaraq yenidən baxılması, Avropa, beynəlxalq və dövlətlərarası səviyyədə standartlaşdırma fəaliyyəti və s.) da qismən məsuliyyət daşıyır;
- Texniki Komitə öz fəaliyyət sahəsində, həmçinin yaxın sahələrdə ISO, OGC və digər standartlaşdırma təşkilatlarının fəaliyyətində fəal iştirak etməli və Azərbaycan Respublikasının maraqlarının tam nəzərə alınmasını təmin etməlidir.
- “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinin fəaliyyət planı
- Alt Komitələr aşağıda göştərilmiş istiqamətlərdə standartların qəbulu ilə məşğul olacaqlar:
Alt Komitə 1 (məsul təşkilat - Dövlət Yerquruluşu Layihə İnstitutu) - Torpaqların identifikasiyası və təsnifatı, torpaqların laborator tədqiqatları və təcrübələr, qrunt sularının ölçülməsi metodları, çöl tədqiqatları, torpaqların keyfiyyəti (nümunələrin seçilməsi), torpaqların mikrobioloji müxtəlifliyinin təyini, kimyəvi metodlar və torpaqların xarakteristikaları, torpaqların və landşaftın qiymətləndirilməsi;
Alt Komitə 2 (məsul təşkilat - Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar bölməsi) - Kübrələr (üzvi və mineral), kübrə nümunələrinin götürülməsi, kübrələrdə azotun, fosfatın, kaliumun təyini, torpaqları yaxşılaşdıran vasitələrin təsnifatı, pestisidlər və digər aqroximikatlar üçün ümumi adların seçimi qaydaları;
Alt Komitə 3 (məsul təşkilat - Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) -Coğrafi informasiya (etalon model, metaverilənlər), coğrafi infofrmasiyanın keyfiyyətinin qiymətləndirilməsi metodları, coğrafi informasiya xidmətləri, internetdə vizualizasiya üçün xüsusi təsvir dillərinin təqdim olunması, coğrafi informasiya məhsullarına verilən tələblər, interaktiv xəritələrin tərtibi;
Alt Komitə 4 (məsul təşkilat - Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) - Müxtəlif kadastrların (torpaq, meşə, daşınmaz əmlak, şəhər) qarşılıqlı əlaqələri, kadastr məlumatlarının identifikasiyası, kadastr məlumatlarına sadə müraciət sxemləri, coğrafi informasiya ( müşahidə və ölçü), coğrafi identifikatorlara görə məkanda bağlanma, personalın kvalifikasiyası və sertifikasiyası;
Alt Komitə 5 (məsul təşkilat - Bakı Kartoqrafiya Fabriki) - Müxtəlif miqyaslı və təyinatlı xəritələrin şərti işarələri, məkan məlumatları və təsvirlər, geomövqeləndirmə üçün təsvirlərin sensor modelləri, marşrutların təyini və naviqasiya xəritələrinin təhlükəsizliyi.
Alt Komitə 6 (məsul təşkilat - Dövlət Aerogeodeziya Müəssisəsi) - Cografi informasiya (terminologiya), ortofotoların emalı, geodezik kodlar və parametrlər, məkanda koordinatlara bağlanma, çəkilişlərdə istifadə olunan optika, fotoqrammetriya, yerləşmə ilə bağlı xidmətlər.
İlkin fəaliyyət planı ilə “ISO/TS 17892-1:2004 - Geommmtechnical investigation and testing - Laboratory testing of soil - Part1: Determmmination of water content”,”ISO 14688-1:2002 - Geomtechnical investigation and testing - İdentification and classification of soil- Part 1: Identification and descripmtion”, “ISO 257:2004- Pesticides and other aqrohemicals - Principles for the selection of common names”, “ISO/TS 19104:2008 - Geografic information - Terminology”, “ISO 19101:2002 - Geogramfic information - Reference model” standartlarının yerli şərait ilə harmonizasiyası və tətbiqi nəzərdə tutulmuşdur.
İnkişaf perspektivləri haqqında
- Texniki Komitənin fəaliyyətinin uğuru onun üzvlərinin çevik fəaliyyəti, sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sektorunun tələblərinə cavab verməsi, Katibliyin öz gündəlik fəaliyyətində yeni metodlardan yararlana bilmək bacarığından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Texniki Komitə öz fəaliyyətinin yalnız mövcud standartların mexaniki harmonizasiyası ilə bitmiş hesab etməli deyil, həmçinin öz fəaliyyət sahəsində mövcud olan inkisaf tendensiyaları ilə bağlı da yaradıcı fəaliyyət göstərməlidir. Məsələn, geoməkan məlumatları sənayesi və bazarının aparıcı analitik strukturu olan IDC korporasiyası minilliyin əvvəlləri üçün müxtəlif dərəcədə özünü biruzə verən 6 əsas tendensiyanı qeyd etmişdir:
1. Məkan informasiyası bazarı (SIM) məxsusi məkan əlavələrinin hazırlanmasından daha çox geoməkan dəstəkli biznes-əlavələrə yönəlmişdir;
2. Məkan məlumatları texnologiyaları biznes-sistemlərə indi daha rahat inteqrasiya olunur. Bunun ən maraqlı nəticələrindən biri ondan ibarətdir ki, biznes nümayəndələri ənənəvi SIM-vendorların köməyinə müraciət etmədən məkan məlumatlarını dəstəkləyən vasitələri daxil edə bilirlər;
3. Biznes-yönümlü sistemlərdə məkan funksiyaları digər biznes-funksiyalara nisbətən ikincidirlər;
4. Aparıcı vendorlar (məsələn Oracle, Microsoft, IBM) standartlar əsasında SIM-əlavələrin yaradılmasının yeni alətlərini təklif edirlər. Beləliklə, əlavə hazırlayanların güclu toplumunun mövcudluğu başlıca faktor kimi önə çıxır.
5. İnternet şəbəkələrinin əldə olunmuş mövcud səviyyəsinin nəticəsi olaraq geoməkan dəstək vasitələri ənənəvi proqram paketləri ilə yanaşı həmçinin xidmətlər kimi də təqdim oluna bilərlər.
6. İxtisaslaşdırılmış alətlər kimi və yaxud geniş təyinatlı məhsullara inteqrasiya olunmuş məkan əlavələri baza səviyyəli məkan məlumatlarının mövcudluğunu tələb edir. Məkan bağlılıgı olan biznes-əlavalər də dəqiq məkan məlumatlarına əsaslanmalıdır.
Bütün bunlara, o cümlədən aqrar sahədə inkişaf konsepsiyalarına çox ciddi diqqət ayrılmalıdır.
Texniki Komitənin fəaliyyətində çətinliklər
- Təbii ki, yeni başladıgımız bu yolda çətinliklər kifayət qədərdir. Azərbaycanda bu gün mövcud olan Geoinformatika bazarının xarakterik xüsusiyyətlərindən biri kimi rəqəmli məkan məlumatları bazarının informasiya təminatının zəif olmasını göstərmək olar. Məkan məlumatlarının təklifi, qiyməti, keyfiyyəti və əlçatanlığı haqqında məlumatları təqdim edən resurslar yox dərəcəsindədir. Bu vəziyyəti yalnız Milli Məkan Məlumatları İnfrastrukturu haqqında Konsepsiyanın qəbulu dəyişdirə bilər. Azərbaycan Respublikasının Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inkişafının başlıca məqsədi dövlət hakimiyyəti orqanlarının, yerli özünü idarə orqanlarının, təşkilat və vətəndaşların məkan məlumatlarına azad və effektiv istifadəsini təmin edən şəraitin yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün bir sıra məsələlər həll olunmalıdır ki, bunların sırasında başlıcası əsas məkan məlumatları və metaməlumatlarının yaradılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması, təqdim olunması və istifadəsi, həmçinin bu verilənlərin bazalarının aparılması sahəsində standartların yaradılması və normativ sənədlərimizin beynəlxalq sənədlərlə harmonizasiyası əsasında məkan məlumatları sahəsində vahid standartlaşdırma sisteminin formalaşdırılmasıdır.
Sonda Texniki Komitənin yaradılmasını Milli Məkan Məlumatları infrastrukturunun yaradılmasında ilk və önəmli addım hesab edirəm və onun işinə uğurlar arzulayıram.
MÖVZU 8. Məhsulun keyfiyyəti, kateqoriyaları.Kənd təsərrüfatı istehsalında məhsulun keyfiyyət kriteriyaları
PLAN
1.Məhsulun keyfiyyəti və kateqoriyaları
2.K/t məhsulları istehsalında keyfiyyət kriteriyaları
3.Məhsulun keyfiyyətinətəsir edən obtektiv və subyektiv faktorlar
ƏDƏBİYYAT
1.Буш.В.В., Сухов А.Н., Перекий М.Н. Стандартизация и метрология. Программа для высших с/х учебных заведений по специальности «землеустройство». Москва, 1990.
2.Основы стандартизации. Под редакцией В.В.Ткаченко. Изд-во стандартов, 1986.
3.Серый Н.С. Взаимозаменяемость, стандартизация и технические измерения. М., 1987.
4.Рейх Н.Н., Тупиченков П.А., Цейтлин В.Г. Метрологическое обеспечение производства. М.,1987.
Məhsulun keyfiyyəti və kateqoriyaları
Əhalinin artan tələbatını ödəmək üçün buraxılan məhsulun keyfiyyəti standarta uyğun olmalıdır.
Məhsulun keyfiyyəti – bu məhsulun birgə yararlılıq keyfiyyətinin müəyyən tələbata və standarta uyğun olan göstəricidir. Məhsulun keyfiyyəti DÜİST – 15467-79- görə təyin edilir.
Sistematik olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi iqtisadiyyatın inkişafının əsasını təşkil edir.
Məhsulun keyfiyyəti özündə məmulatın özündə texniki göstəricilərini və parametirlərini, texnoloji prosesləri, davamlılığını və uzun ömürlülüyünü və s. birləşdirir.
Məhsulun keyfiyyətinin əsas göstəricilərindən biri onun hazırlanmasına sərf edilən əmək sərfidir.
Keyfiyyətə nəzarət – məhsulun keyfiyyət nəzarətçilərinin qoyulan tələbatlara uyğun olduğunu yoxlamaqdan ibarətdir.
Keyfiyyət göstəricisi – məhsulun keyfiyyət tərkibinə daxil olan kəmiyyət xarakteristikasıdır.
Məhsulun keyfiyyətinin səviyyəsi - məhsulun keyfiyyətinin nisbi xarakteristikasıdır və məhsulun yararlılıq göstəricilərinin uyğun olaraq baza məhsulun yararlıq göstəricilərinə nisbətidir.
Məhsulun keyfiyyətinə təsir edən faktorlar obyektiv və subyektiv faktorlara bölünür.
Obyektiv faktorlar aşağıdakılardır:
-
məmulatın konstruksiyası;
-
istehsalat bazasının texniki səviyyəsi;
-
yeni məhsul istehsalının hazırlanmasının təşkili;
-
istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması;
-
istismar bazasının texniki səviyyəsi.
Subyektiv faktorlara aşağıdakılar daxildir:
-
professional ustalıq;
-
ümumi bilik səviyyəsi;
-
adamların psixologiyası;
-
əməyin nəticələrinin yaxşı olmasına şəxsi maraq və çalışma.
Təcrübə göstərir ki, məhsulun keyfiyyətinə professional ustalıq böyük təsir göstərir. Məhsulun keyfiyyət göstəricisini müəyyən etmək üçün qabaqcıl texnologiya və yüksək ustalıqla hazırlanmış baza (etalon) məhsulla müqayisə edilir.
Əgər baza məhsulu yoxdursa onda normativ-texniki sənəddə göstərilən göstəricilərlə müqayisə edilir.
Keyfiyyətin baza göstəricisi vahid və kompleks şəkildə ola bilər.
Məhsulun keyfiyyətinin vahid göstəricisi onun hər hansı bir hissəsini xarakterizə edir. Məs: çörəyin məsaməliyi – faizlə, turşululuğu - dərəcə ilə, çayın dadı – balla göstərilir.
Keyfiyyət göstəricisi aşağıdakı ölçüsüz ədədlə, formula ilə təyin edilir:
burada i=1,2,...n (n – göstəricilərin sayıdır).
Ki – məhsulun ölçüsüz keyfiyyət göstəricisidir və uyğun spesifik ölçü sistemində təyin edilir.
f – mütənasiblik əmsalıdır
Xi – spesifik uyğun ölçü vahidində məhsulun ədədlə keyfiyyət göstəricisidir.
Xoi – baza nümunəsinin (normativ-texniki sənədə görə) keyfiyyət göstəricisidir.
Keyfiyyətin kompleks göstəricisi məhsulun iki və daha artıq göstəricisini müəyyən edir. Məs: ərzaq məhsullarının keyfiyyəti onun dadı və iyi, strukturası, rəngi və görünüşü forması ilə müəyyən edilir və balla qiymətləndirilir.
Alınmış keyfiyyət əsasında keyfiyyətin kompleks göstəricisi aşağıdakı formullar ilə təyin edilir:
-
Orta hesabi:
harda ki, - keyfiyyətin kompleks göstəricisidir;
Ki – i-ci göstəricinin qiymətidir;
n – göstəricilərin sayıdır;
mi – çəki əmsallarıdır.
-
Orta həndəsi:
-
Orta harmoniki:
Kompleks keyfiyyət göstəricisinin müxtəlifliyi inteqral keyfiyyət göstəricisi ilə müəyyən edilir:
burada 3 – məmulatın istismarına istehsalına çəkilən xərclərdir və yaxud məmulatın qiymətidir;
3n – məmulatın istehsalına çəkilən xərclərdir və yaxud onun qiymətidir;
3э – məmulatın istismarına çəkilən xərclərdir;
K0 – məmulatın əsas tələbat göstəricilərini xarakterizə edir.
Keyfiyyətin nisbi göstəricisi aşağıdakı formula ilə təyin edilir:
Ki – keyfiyyətin nisbi göstəricidir;
Pi – məmulatın keyfiyyətinin qiymətləndirilən göstəricisidir;
Pi baz – baza məmulatının keyfiyyət göstəricisidir.
Ki və Pi – arasındakı asılılıqlar xətti və əyri xətli olurlar. əgər asılılıq xətti olarsa onda - olur.
Əgər asılılıq xətti olmazsa onda funksiya mürəkkəb xarakter daşıyır. Bundan başqa keyfiyyət göstəriciləri kimyəvi və fiziki üsullarla da müəyyən edilir.
Kimyəvi üsulda - ərzaq məhsullarının keyfiyyətinin kimyəvi və biokimyəvi elementlərinin keyfiyyət və kəmiyyət göstəriciləri müəyyən edilir. Məhsulların iyi və dadı da nəzərə alınır və mühüm göstərici sayılır.
Keyfiyyətin fiziki göstəricilərinə onların sıxlığı, quruluşu, temperaturu, elektrik keçiriciliyi və s.
Görünən işin keyfiyyətini qiymətləndirmək üçün 3 əmsal müəyyən edilmişdir:
1,0 – iş əla yerinə yetirilmişdir;
0,9 – iş yaxşı yerinə yetirilmişdir;
0,8 – iş kafi yerinə yetirilmişdir.
Əgər iş 0,8 əmsalından aşağı qiymətləndirilərsə onda iş icraçıları mükafatdan məhrum edilirlər.
Məs: kartofun basdırılma dərinliyi normativə görə 10 sm götürülür. Əgər kartof 10 sm dərinlikdə basdırılarsa əmsal 1,0 götürülür. Əgər toxumunu basdırılma dərinliyi ± 2 sm və ya ± 4 sm fərqlənərsə, onda əmsallar uyğun olaraq 0,9 və 0,8-ə bərabər olacaq.
Iş icrasının aylıq keyfiyyət əmsalı aşağıdakı formula ilə təyin edilir:
burada K1, K2...Kn – keyfiyyətin gündəlik əmsallarıdır;
Dn – ay ərzində iş günlərinin sayıdır.
Bundan başqa bu qayda ilə əkinçilikdə və heyvandarlıqda işin keyfiyyətinin kvartal, yarım illik və orta illik əmsalları müəyyən edilir.
Məhsulun keyfiyyət səviyyəsi tələbatçının bazis normasına görə (Ukey) aşağıdakı düsturla tanınır:
burada m1, m2 – standart məhsulların kütləsidir;
mn – qeyri-standart məhsulların kütləsidir, ton;
K1, K2 – standart məhsulların uyğun çəki əmsallarıdır;
Kn – qeyri-standart məhsulların çəki əmsalıdır;
Mfiz – təhvil verilən məhsulun fiziki kütləsidir, ton;
əgər bazis norması təyin edilməyibsə, onda məhsulun keyfiyyət səviyyəsi aşağıdakı formula ilə təyin edilir.
mst – standart məhsulun kütləsidir, ton;
mn – qeyri-standart məhsulun kütləsidir, ton;
Kst – məhsulun standart hissəsinin çəki əmsalıdır;
Kn – məhsulun qeyri-standart hissəsinin çəki əmsalıdır.
Dostları ilə paylaş: |