İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı
Fənn: Standartlaşdırma və metrologiya
Müəllim: Məmmədova Aygül Mustafa qızı
Kurs: III
MÖVZU 1. Standartlaşdırma sistemi, əsas anlayış və
standartlaşdırmanın təyin oblastı
PLAN:
1.Girş. Standartlaşdırma sistemi haqqında anlayışlar
2.Standartlaşdırmanın beynəlxalq təşkilatları haqqında
3.Standartlaşdırmanın təyin oblastı
4. Standartlaşdırmanın məqsədi
ƏDƏBİYYAT
1.Буш.В.В., Сухов А.Н., Перекий М.Н. Стандартизация и метрология. Программа для высших с/х учебных заведений по специальности «землеустройство». Москва, 1990.
2.Основы стандартизации. Под редакцией В.В.Ткаченко. Изд-во стандартов, 1986.
3.Серый Н.С. Взаимозаменяемость, стандартизация и технические измерения. М., 1987.
4.Рейх Н.Н., Тупиченков П.А., Цейтлин В.Г. Метрологическое обеспечение производства. М.,1987.
5.Gözəlov S.M. Orucov İ.K – Metrologiyanın və kvalimetriyanınnı əsasları- Bakı- 2002
6. Məmmədov S.Z., - Standartlaşdırmanını əsasları. Bakı-2008
Standartlaşdırma – ingilis sözü “standart” sözündən götürülmüşdür və hərfi tərcüməsi “etalon”, “nümunə” kimi tərcümə edilir. Buradan belə nəticəyə gəlmək olar ki, istehsal olunan məhsul nümunəyə (etalona) uyğun gələrsə həmin məhsul standart, uyğun gəlməyən isə standart olmayan məhsul adlanır.
Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cımləşdirir. Ona görə də onlar ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Çünki standartlar qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üşün imkan yaradır.
Standartlaşma üzrə beynəlxalq təşkilat (BST) standartlaşmaya aşağıdakı tərifi vermişdir: “standartlaşdırma – müəyyən sahədə işin görülməsində maraqlı olan bütün tərəflərin iştirakı ilə, bütün istismar və təhlükəsizlik texnikası qaydalarına əməl etməklə elmdə, texnikada kənd təsərrüfatında ümumi optimal iqtisadi səviyyəyə çatmaq üçün təyin edilən qayda-qanundur.
Standartlaşdırma elm və texnikanın, praktiki təcrübənin nailiyyətlərinə əsaslanaraq istehsalatın müasir və gələcək inkişaf səviyyəsinin əsasını təşkil edir və elmi-texniki tərəqqinin inkişafı ilə sıx əlaqədardır”.
Yazı qaydası, hesabat sistemi, pul vahidi, ölçü və çəki vahidi standartlaşdırmanın ilk addımlarıdır.
Standart –maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən , kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən sənəddir.
Standartlaşdırmanın təyin oblastı – çox müxtəlif sahələri əhatə edir.
Məsələn, kənd təsərrüfatı istehsalında standartlaşmanın təyin oblastı məhsulun keyfiyyət normalarını və metodlarının təyini və tətbiq olunması, dövlət və müəssisə tərəfindən məhsulun keyfiyyətinə nəzarət edilməsindən ibarətdir.
Standartlaşdırma obyektləri – yerquruluşu layihələrinin tərtibatında, uqodiyaların və növbəli əkin sisteminin təşkilində, kənd təsərrüfatı bitkilərinin dəqiq növləri və onların keyfiyyət göstəricilərinin, metodlarının təyin edilməsi, məhsulun qəbul və təhvil verilməsi, onların qablaşdırılması və nəql edilməsindən ibarətdir.
Standartlaşdırmanın vəzifəsi və məqsədi
Standartlaşdırmanın vəzifəsi və məqsədi – istehsalda texnoloji proseslərin keyfiyyət normalarının, əkinçilikdə və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi əməliyyatlarının və qaydalarının, onların iqtisadi cəhətdən əlverişli variantlarının işlənib hazırlanmasından və onların reklam edilməsindən ibarətdir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi və onun optimal səviyyəsini təmin etmək üçün aşağıdakı məsələləri həll etmək lazımdır:
-
Məhsulun keyfiyyət göstəricilərini müəyyən edən vahid sistemin yaradılması;
-
Sınaq və nəzarət üçün metodların hazırlanması;
-
Ölçmələrini dəqiqliyinin təmini;
-
Yüksək dəqiqlikdə ölçmə əməliyyatlarını aparmaq üçün metodların işlənib hazırlanması.
Kənd təsərrüfatı oblastında standartlaşdırmanın əsas məqsədi aşağıdakılardan ibarətdir:
-
Kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin istifadə edilmə yerinə görə təkmilləşdirilməsi;
-
ölkənin yüksək səviyyədə və stabil vəziyyətdə xammalla və ərzaqla təmin edilməsi;
-
sənayenin (istehsalatın) idarə edilmə metodlarının və tikili formalarının təkmilləşdirilməsi;
-
Məhsulun tələbat qiymətindən maksimum səviyyədə istifadə edilməsi;
-
Əkinçilikdə və heyvandarlıqda məhsulun maya dəyərinin aşağı salınması və əmək məhsuldarlığının yüksəldilməsi;
-
Kolxoz və sovxozların əsas istehsalat fondlarından, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi;
-
əkinçilik və heyvandarlıq məhsullarının satınalma qiymətlərinin təkmilləşdirilməsi;
-
Işçilərin əməyinin təhlükəsizliyinin təmin edilməsi;
-
Yüksək keyfiyyətli məhsulun eksportu və onun inkişafı üçün şərait yaradılması.
Yuxarıda göstərilən problemləri həll etmək üçün texnoloji proseslərin əməliyyatlarını və üsullarını standartlaşdırmaq, məhsulun satış qiymətinə təsir etməyən tələbləri ləğv etmək, məhsulun keyfiyyətinə qoyulan tələbatları konkretləşdirmək və s. əməliyyatları aparmaq lazımdır.
Dövlət standartlaşdırma sisteminin əsas halları,
vəzifələri və kateqoriyaları
Dövlət standartlaşdırma sistemində məhsulun keyfiyyətinin yüksəldilməsi və onların optimal səviyyələrinin təmin edilməsi üçün aşağıdakı məsələlərin həlli tələb edilir: məhsulun keyfiyyət göstəricilərini müəyyən etmək üçün vahid sistemin hazırlanması, məhsulların sınaqdan keçirmə metodlarının hazırlanması, ölkədə ölçmə işlərinin dəqiqliklə aparılmasının təmin edilməsi və s.
Standartlaşdırmanın aşağıdakı kateqoriyaları vardır:
-
Dövlət standartları – DÖST (ГОСТ)
-
Ərazi standartları - ƏST (ОСТ)
-
Respublika standartları – RST
-
Müəssisə standartları – MST
Dövlət standartlarının (DÖST) bütün ölkə daxilində xalq və kənd təsərrüfatı sahələrində istifadəsi məcburidir.
Dövlət standartı dövlət tərəfindən təsdiq edilir və qeydiyyat nömrələri və axırıncı iki rəqəmi təsdiq edildiyi ili göstərir. Məs: DÖBCN2789-73.
Ərazi standartlarının tətbiqi istehsalatın müəyyən sahələri üçün bütün təşkilat və müəssisələr üçün məcburidir. Məs: traktor və kənd təsərrüfatı maşınqayırma sənayesi üçün, avtomobil sənayesi üçün və s
Bundan başqa ərazi standartları həmin müəssisələrinin məhsulları istifadə edilən yerlərdə də istifadəsi məcburidir.
Ərazi standartları nazirlər və ya baş idarələr tərəfindən təsdiq edilir və qeydiyyat nömrələri və axırıncı iki rəqəmi ilə təsdiq edilmə ili göstərilir. Məs: ƏST25789-78.
Respublika standartları nazirlər kabineti və yaxud dövlət plan komitəsi tərəfindən təsdiq edilir və xüsusi işarələrlə respublikanın adı göstərilir. Məs RST Azərbaycan 150-78.
Respublika standartları ərazi və dövlət standartlarına aid olan müəssisələr istisna olmaqla yerdə qalan bütün müəssisələrdə tətbiqi vacibdir.
Müəssisə standartları müəssisənin rəhbəri tərəfindən təsdiq edilir və qeydiyyat nömrəsi və axırıncı iki rəqəmlə təsdiq edilmə ili göstərilir. Məs: MST251-78.
Müəssisə standartlarında müəssisədə istehsal olunan məhsullara aid metodlar, qanun və normalar hazırlanır və həmin qanunların və tələbat normalarının tətbiqi vacibdir.
Standartın tətbiqi və təsir oblastı standartlaşdırma obyektlərindən asılıdır. Ümumi halda standartlaşdırma obyekti müəyyən məhsullardan, normalardan, qanunlardan, metodlardan, müxtəlif terminlərdən və s. ibarətdir. Belə ki, standartlaşdırma obyektinə daxil olan məhsullar elm və texnikada sənaye və kənd təsərrüfatı istehsalında, inşaat işlərində, nəqliyyatda, mədəniyyət və tibb sahəsində, beynəlxalq ticarətdə çox illik istifadə perspektivinə malikdir.
Respublika standartları ərazi və dövlət standartlarına aid olan müəssisələr istisna olmaqla yerdə qalan bütün müəssisələrdə tətbiqi vacibdir.
Standartlaşdırma oblastında beynəlxalq əlaqələr
Beynəlxalq ticarət əlaqələrinin, elmi-texniki inkişafın, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi beynəlxalq vahid normalarının, qanunların və tələbat normalarının hazırlanmasını, yəni beynəlxalq standartlaşdırmanın inkişafını vacib hesab edir.
Bir-birindən fərqlənən milli standartlar ticarət əlaqələrini, elmi-texniki sənədlərin dəyişdirilməsini və s. çətinləşdirir, inkişafına mane olur. Milli standartlaşdırma təşkilatları arasında əlaqələri möhkəmlətmək və onlar arasında qarşılıqlı işləri görmək üçün bir neçə beynəlxalq standartlaşdırma təşkilatları yaradılmışdır.
Standartlaşdırma üzrə birinci beynəlxalq təşkilat 1926-cı ildə yaradılmışdır və aşağıdakı kimi adlanır: “Standartlaşdırma üzrə milli assosiasiyaların beynəlxalq federasiyası”. Bu təşkilatın 20 üzvü olmuşdur və onlar tərəfindən 32 beynəlxalq standartlar işlənib hazırlanmışdır. II dünya müharibəsinin başlanması ilə bu təşkilat öz funksiyasını dayandırmışdır.
1946-cı ildə standartlaşma üzrə beynəlxalq təşkilat yaradılmışdır. Ilk əvvəl bu təşkilatın 25 ölkədən üzvü olmuşdur.
Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qarşısında duran məqsəd standartlaşdırmanın bütün dünyada inkişaf etdirilməsindən ibarətdir. Belə ki, beynəlxalq ticarət, elmi-texniki və iqtisadi əlaqələri asanlaşdırmaq və yüksək səviyyədə aparmaqdan ibarətdir. Bu baxımdan 1973-cü ildən sonra həmin təşkilat standartlaşma üzrə beynəlxalq tövsiyələr hazırlayır.
Standartlaşma üzrə beynəlxalq təşkilat birləşmiş millətlər təşkilatında məsləhətçi kimi müəyyən işləri yerinə yetirir.
Danışıq dili rus, ingilis və fransız dilidir.
Metrologiya sahəsində bir neçə beynəlxalq təşkilat vardır: Beynəlxalq ölçü və çəki təşkilatı, Beynəlxalq çəki və ölçü komitəsi, Beynəlxalq metrologiya qanunvericilik təşkilatı.
Dövlət standartlaşdırma obyektləri aşağıdakılardır:
-
Ümumi texniki, metodiki-təşkilati qayda və qanunlar. Məs: ölçü ədədləri, yivlərin parametirləri, şpilka birləşmələri, dişli ötürmələrin dəqiqliyi normaları, müxtəlif tezliklər və elektrik cərəyanının gərginliyi və s.;
-
Məhsulun keyfiyyət göstəriciləri və normaları, metodları və onlara nəzarət metodları;
-
Ərazilərdə istifadə edilən məhsulların əsas texniki və istismar göstəriciləri. Məs: nasosların əsas parametirləri, metal kəsən dəzgahların dəqiqlik normaları və s.;
-
Elmi-texniki terminlər, işarələr və s.;
-
Fiziki ölçmə vahidləri, ölçmə metodları və onların yoxlaması, müxtəlif texnoloji sənədlər;
-
Məhsulun mühüm növləri.
Ərazi standartlarının obyektləri aşağıdakılardır:
-
Maşınlar, cihazlar, apparatlar və digər seriya ilə istehsal olunan məmulatlar;
-
Istifadəsi məhdudlaşmış məhsulların xüsusi növləri;
-
Detallar və yığılan qurğular, instrumentlər və texnoloji proseslərin normaları və s.
Respublika standartlarının obyektləri aşağıdakılardır:
-
Respublikanın xalq təsərrüfatında işlədilən sepsidik norma və qaydalar;
-
Respublika daxilində istehsal olunan və işlədilən xammallar, materiallar, yanacaqlar və faydalı qazıntılar;
-
Əhali və təşkilatlara xidmət edən xüsusi işlər, normalar və tələbatlar;
-
Yerli və respublika müəssisələrində buraxılan milli və yüksək keyfiyyətli məmulatlar.
Müəssisələrdə standartlaşmanın obyektləri aşağıdakılar ola bilər:
-
Düzəldilən məmulatların hissələri olan detallar və yığılılar;
-
Istehsalatın idarə edilməsində və təşkilində işlədilən norma və qaydalar. Məhsulun keyfiyyətinin idarə olunmasında;
-
Texnoloji ləvazimat və alətlər;
-
Texnoloji normalar və tipovoy texnoloji sxemlər;
-
Müəssisələrin yoxlanma sxemləri.
Məhsulların istifadə yerindən asılı olaraq standartın aşağıdakı növləri vardır:
-
Texniki şərait;
-
Ümumi texniki tələblər;
-
Ölçü və parametrlər;
-
Əsas ölçü və parametrlər, tiplər;
-
Ölçülər və konstruksiyalar;
-
Markalar;
-
Sortamentlər;
-
Qəbul qaydası;
-
Nəzarət metodları (sınaq, analiz, ölçü);
10)Nişanlama, qablaşdırma, nəqletdirmə və saxlanma qaydaları;
11)Istismar və təmir qaydaları;
12)Tipik texnoloji proseslər.
MÖVZU 2. Standartlaşdirmanın inkişaf tarixi.
Dövlət standartlaşdırma sistemi,
P L A N
1. Standartlaşdırmanın qısa inkişaf tarixi.
2. Standartlaşdırma nın məqsəd və vəzifələri
3. Dövlət standartlaşdırma sistemi.
4.Standartlaşdırmanın üsulları.
Ə D Ə B İ Y Y A T
1. Тартаковский А. С Метрология, стандартизация и технические средства измерений. М. 2001
Standartlaşdırmanın inkişaf tarixi
Standarlaşdırmanın elementləri o zaman meydana çıxmışdır ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal gətirmək olar. Misirdə faraonlar saraylarının tikintisində 410x 200x 130 mm ölçüyə malik kərpiclərdən istifadə olunması ,Qədim Romada su çarxlarının və katapultların yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi , romalılar tərəfindən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması , parşaların ölşülərinin və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və s.İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlaşdırma ona toxunmasın.
İnsan cəmiyyətinin inkişafı ilə insanların əmək fəaliyyəti daim təkmilləşdirilmişdir. Bu, müxtəlif məmulatların, iş alətlərinin, yeni iş metodlarının yaradılmasında özünü göstərir. İnsanlar əmək fəaliyyətinin ən yararlı nəticələrini həmişə təkrar etmirlər.
İnkişaf dövründə ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi ilə standartlaşdırma metodlarından geniş istifadə olunub. Məsələn: Venesiyada gəmilərin standart ölçüdə hazırlanmasına başlanmış , detallar qabaqcadan standart ölçüdə hazırlanır.
1785 –ci ildə Fransız Leblan tərəfindən hazırlanan 50 ədəd tüfəng qıfılı saxlanılaraq yeni tüfənglərdə tətbiq olunmuşdur. Burada qarşılıqlı əvəz olunma və uyğunluq prinsiplərindən istifadə olunmuşdur. Almaniyada kral zavodunda bütün tüfənglərə standart müəyyən olunmuşdur.
1845 –ci ildə maşınqayırmada birləşdirici yivlər sistemi standartları. Almaniyada relslər arası relslərin standartları qəbul olunmuşdur.
1875 –ci ildə standartlaşdırmanın başlanğıcı hesab olunur. 19 ölkənin iştirakı ilə Parisdə metrik konvensiya yaradıldı. Beynəlxalq ölçü və çəki bürosu təsis olundu.
Rusiyada I Pyotr xaricə göndərilən malların keyfiyyətini yüksəltmək üçün onlara texniki şərtlər qəbul etdirdi. SSSR-də 1918 –ci ildə metrik sistem qəbul olundu. ABŞ-da metrik sistem 1866-cı ildə, İngiltərədə 1873-cü ildə, Türkiyədə 1923-cü ildə metrik sistemə keçdilər.
Yüksək dəqiqliklə standart yonulmuş daşlardan Qədim Misirdə düz piramidaların tikilməsi mümkün olmuşdur. Belə ki, bir neçə ton ağırlığında olan daşlar o qədər dəqiqliklə yonulmuş və bir-biri üzərinə elə möhkəm və dəqiq yerləşdirilmişdir ki, hal-hazırda həmin daşların ara məsafəsi demək olar ki, hiss olunmur yaxud onların arasına iynə belə sancmaq olmur.
85 milyon standart kərpicdən istifadə etməklə 90 m hündürlüyündə Vavilon qülləsinin tikmək mümkün olmuşdur. Bu onu göstərir ki, kərpic nə dərəcədə dəqiq bişirilmişdir.
1555-ci ildə İvan Qroznının xüsusi göstərişi ilə top lülələrinin hazırlanmasında standartlaşdırmanın prinsiplərində istifadə edilmişdir. Daha sonra isə I Pyotrun göstərişi ilə gəmiqayırmada istifadə edilmişdir.
Standartlaşdırma ictimai fəaliyyətin geniş sahəsini əhatə edir. Özündə elmi, texniki, təsərrüfat, iqtisadi, estetik, siyasi və s. sahələri əhatə edir. Bütün ölkələrdə istehsalın effektivliyi, məhsulun keyfiyyəti yüksəlir, əhalinin həyat səviyyəsi yüksəlir. Bütün bunlar standartlaşdırmanın istifadəsi sayəsində həyata keçirilir.
Ölkələrdə standartlaşdırmanın dövlət sistemini həyata keçirir. Bu sistem müxtəlif sahələrdə məhsul, qayda, xidmət və s. haqqında standartları yaradır. Burada standartlaşdırmanın məqsəd və vəzifələrini təyin edir.
Standartlaşdırma –istehlakçı və istehsalçı arasında iqtisadi səmərəlilik və təhlükəsizlik tələblərini ödəməklə qaydaları təyin edir və həyata keçirir.
Standartlaşdırma elm, texnika, qabaqcıl təcrübənin nailiyyətlərinə əsaslanıb. Standartlaşdırma nəticəsində əmək məhsuldarlığı yüksəlir, materialların və enerji sərfi iqtisadi tərəfdən əlverişli olur.
Standartlaşdırma obyekti- məmulatlar, normalar, qaydalar, tələblər, metodlar, terminlər, işarələr, sxemlər, cihazlar ola bilər. Bunlar elm, texnika , sənaye, tikinti, mədəniyyət, tibb, xarici ticarət sahələrini əhatə edir. Standartlaşdırmaya rəhbərlik formasına və standartlaşdırmanın fəaliyyət əhatəsinə görə Dövlət, milli, beynəlxalq standartlaşdırmaya bölünür.
Dövlət standartlaşdırması –Dövlət planına uyğun standartlaşdırmanı dövlət orqanları həyata keçirir.
Milli standartlaşdırma –dövlət sərhədi əhatəsində dövlət orqanları yox, başqa orqanlar həyata keçirir.
Beynəlxalq standartlaşdırma –beynəlxalq dövlətlər və ya bir qrup dövlətlər tərəfindən yaradılan təşkilatlar tərəfindən ticarət, elmi, texniki, mədəni əlaqələr yaradılır.
Standartlaşdırmada normalar texniki sənədlər –standart və texniki şərtlər şəklində verilir.
Standart - standartlaşma üzrə normativ texniki sənədlər standartlaşdırma üzrə kompleks normalar, tələblər üçün sənəddir ki, bu da təşkilatlar tərəfindən imzalanır.
Texniki şərt –konkret məhsula olan kompleks tələbləri ifadə edən normativ texniki sənəddir.
Standartlaşdırmanın məqsəd və vəzifələri
Standartlaşdırma aşağıdakı əsas məqsədlərə çatma üçün istiqamətlənib:
-
texniki prosesləri sürətləndirmək;
-
ümumi istehsalın effektivliyini yüksəltmək ;
-
əmək məhsuldarlığını artırmaq;
-
məhsulun keyfiyyətini yüksəltmək;
-
idarəçilik fəaliyyətini yüksəltmək;
-
istehsalat fondlarının istifadəsinin səmərəliliyini artırmaq;
-
material və əmək resurslarından, qənaətlə istifadə etmək;
-
əhalinin sağlamlığını, əməyin təhlükəsizliyini təmin etmək;
-
beynəlxalq mədəni, iqtisadi və texniki əlaqələri yüksəltmək.
Əsas məsələlər
1. Məmulat, xammal, materiallar, yarımfabrikat və kompleks məhsulların xarakteristikalarını təyin etmək, standartlaşdırma əsasında məhsula olan tələbləri hazırlamaq;
2. Məhsullara metod və vasitələrinə (nəzarət) keyfiyyət göstəricilərinə vahid tələb sistemi yaratmaq;
3. Məhsul, qulluq və s. çox ölçülü sistemləri, növləri, məhsulu azaltmaq üçün layihələndirmə sahəsində norma və tələblərin işlənməsi;
4. Sənaye məhsullarının unifikasiyasını həyata keçirmək, ixtisaslaşmış müəssisələri yaratmaq;
5. Vahid ölçməni təmin etmək etalon ölçü vasitələri, ölçü metodlarını yaratmaq;
6. Sənədlərin, texniki sənədlərin vahid sistemini işləmək, texniki iqtisadi informasiyanın kodlaşdırılmasının təsnifatını təmin etmək;
7. Əməyin təhlükəsizliyini, təbiətin mühafizəsini, təbii resurslardan səmərəli istifadəni həyata keçirmək.
Standartlaşdırmanın növləri və metodları
Dövlət daxilində aşağıdakı standartlaşdırmalardan istifadə olunur.
1. Sahə standartlaşdırması –sənayenin müəyyən sahəsi üzrə -vahid texniki tələbləri, normaları, bu sahə üzrə kooperasiya və ixtisaslaşmanı həyata keçirmək üçün istifadə olunur.
Sahə dedikdə yerləşmə ərazisindən asılı olmayaraq uyğun müəssisə və təşkilatların məcmuu nəzərdə tutulur.
2. Yerli standartlaşdırma – ayrı-ayrı müəssisədə ancaq həmin müəssisə üçün tələblər, norma, qaydalar yaradılır. Gələcəkdə standartlaşdırmanın istehsal prosesinə təsirinə görə aşağıdakı standartlaşdırma növündən istifadə olunur:
1. Çatdırılan səviyyəyə uyğun standartlaşdırma –istehsalın çatdırılmış səviyyəsinə uyğun standartlaşdırma. Bu kütləvi məhsul istehsal edən müəssisələrdə həyata keçirilir (rele, radioməmulatlar, məhsullar istehsalı və s.).
2. Qabaqlayici standartlaşdırma – müəssisə, sahələrin səviyyəsini qabaqlayan səviyyə üçün norma, qayda, tələblər kompleksi yaratmaqla göstərilən səviyyəyə çatmaq.
3. Kompleks standartlaşdırma - əsas məqsəd sahələr arası əlaqəli elementlər, məhsullar, xidmətlər üçün kompleks standartlar yaratmaq, ümumi texniki normalar, sənədlər sistemi, texniki təhlükəsizlik normaları yaratmaqla keyfiyyətli məhsul istehsal etmək.
Bütün bunlar üçün kompleks standartlaşdırma proqramı yaratmaq məqsədi güdür. Əsas məsələlərin həlli üçün olan metallardan asılı olaraq standartlaşdırmanın aşağıdakı üsullarından istifadə olunur.
Dövlət standartlaşdırma sistemi
Standartlaşdırma ictimai həyatını fəaliyyətini geniş sahələrini elmi, texniki, təsərrüfat, iqtisadi, hüquqi, estetik sahələrini əhatə edir. Standartlaşdırmanın müxtəlif forma və metodlarının tətbiqi ilə istehsalatın səmərəliliyi yüksəlir, məhsulların keyfiyyəti yaxşılaşır, yaşayış səviyyəsi artır.
Standartlaşdırmanın düzgün qoyulması –ixtisaslaşmanı inkişaf etdirir məhsulların sertifikasiyasını artırır. Hər bir ölkədə Dövlət standartlaşdırma sistemi fəaliyyət göstərir . DSS – istehsalın bazar səviyyəsində standartlaşdırmanı həyata keçirir və idarə edir. DSS -əlaqəli qayda və qanunları yaradır, standartlaşdırmanın məqsəd və vəzifəsini planlaşdırma və standartlaşdırmanın həyata keçirilməsini, standartlaşdırmanı normativ texniki sənədləri hazırlayır, standartlaşdırmanın kateqoriya və növlərini hazırlayır, həyata keçirilməsinə nəzarət edir.
Standartlaşdırma –maraqlı tərəflərin iştirakı ilə müəyyən sahələrdə iqtisadi səmərə artırmaq və təhlükəsizliyin təmini əsasında qaydalar və onların qoyuluşudur.
Standartlaşdırma elm və texnikanın nailiyyətləri və qabaqcıl təcrübələrə və perspektivliyə əsaslanır .
Standartlaşdırmanın tətbiqi ilə normalar, qaydalar, tələblər həyata keçirilir. Bu istehsalçı istehlakçının maraqlarını ödəyir , məhsuldarlığı artırır, materiallara , enerjiyə, iş vaxtına qənaət etməyə və təhlükəsizliyi təmin etməyə imkan verir.
Standartlaşdırma obyektləri –məmulatlar, tələblər, qaydalar, metodlar, terminlər, şərti işarələr və s.
Son vaxtlar standartlaşdırma idarəçilikdə -təşkili-metodik fəaliyyətlərdə tətbiq olunur: - standartlaşdırmaya rəhbərlik formasına , təsir sferasına görə olur: dövlət, milli, beynəlxalq standartlaşması olur.
1. Dövlət standartlaşdırması-standartlaşdırmanı Dövlət standartlaşdırma planı əsasında Dövlət orqanları aparır.
2. Milli standartlaşdırma – dövlətdə Dövlət orqanları olmadan aparılır.
3. Beynəlxalq standartlaşdırma –beynəlxalq standartlar və ya bir sıra dövlətlər tərəfindən həyata keçirilir.
Standartlaşdırma normaları –normativ – texniki sənədlər şəklində hazırlanır.
Dostları ilə paylaş: |