Программа для высших с/х учебных заведений по специальности «землеустройство»


MÖVZU 9. KEYFİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 0,72 Mb.
səhifə5/8
tarix30.05.2018
ölçüsü0,72 Mb.
#52123
növüПрограмма
1   2   3   4   5   6   7   8

MÖVZU 9. KEYFİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

VƏ ÖLÇÜLMƏSİ

P L A N
1. Anlayışlar və təyinatlar

2. Keyfiyyət göstəricilərinin təyini metodları

3. Ekspert qiymətlərinin alınma üsulu və analizi

4. Standartların k/t məhsulları istehsalında tətbiqi

5.Standartların təsdiq edilmə qaydaları

6.Məhsulların standartların tələbatına uyğunluğunun yoxlanması


Ə D Ə B İ Y Y A T
1. Тартаковский А. С Метрология, стандартизация и технические средства измерений. М. 2001

Anlayış və təyinatlar
Bazar iqtisadiyyatı şəraitində əsas şərtlərdən biri məhsulun (məmulat, xidmət, proses) rəqabət qabiliyyəti olmasıdır. Məlumatlar, məhsullar o vaxt alınar ki, onların alınma xüsusiyyətləri olmalıdır: funksiyaya görə saz işləməli, qiymətcə ucuz, işdə təhlükəsiz, ekoloji təmiz və görünüşü estetik olmalıdır.

Öz vəzifələrinə uyğun müəyyən tələblərə cavab verən xüsusiyyətlərin cəminə keyfiyyət deyilir.

Beynəlxalq təcrübə göstərir ki, yüksək keyfiyyətə nail olmaq üçün keyfiyyətin idarə üzrə elmi, texniki, təşkilatı işlər aparmaq tələb olunur. Keyfiyyəti idarə etmək üçün onu qiymətləndirmək və ən yaxşı halda ölçmək lazımdır.

Kvalimetriya - keyfiyyəti qiymətləndirilməsi ilə məşğul olan elm sahəsidir.

Keyfiyyət fiziki kəmiyyət deyil. Ona görə ölçülə bilməz. Çünki, ölçü vahidi yoxdur. Metrologiyada bir kəmiyyəti ölçmək üçün onu məlum başqa kəmiyyətlə müqayisə etmək lazımdır (ölçü vahidi ilə). Fiziki kəmiyyətə analoji kvalimetriyada keyfiyyət göstəricilərindən istifadə olunur.

Keyfiyyət göstəricilərini qiymətləndirmək üçün onu nümunəvi məhsulun keyfiyyət göstəriciləri ilə müqayisə edilir. Fiziki kəmiyyət və keyfiyyət göstəriciləri oxşardır, ancaq eyni deyil. Fiziki kəmiyyət təbiətin obyektiv xassəsini, keyfiyyət göstəricisi ilə ümumxalq tələblərini xarakterizə edir.

Keyfiyyət –məmulatın mürəkkəb, çoxölçülü xassəsidir. Keyfiyyəti qiymətləndirmək üçün obyektin modeli hazırlanır və onu xarakterizə edən əsas parametrlər seçilir. Zaman keçdikcə model də təkmilləşdirilə bilər və yeni xassələr də seçilə bilər. Məsələn tort modeli hazırlanır və onun 4 parametri: dadı, strukturu, rəngi və forması götürülür. Buda sadələşdiriləcək, ancaq 2 parametri: forma və dadı götürülə bilər.

Keyfiyyət göstəriciləri tək kəmiyyətlərdən və kompleks kəmiyyətlər də olur. Kompleks kəmiyyətlər bir sıra tək kəmiyyətlərdən təşkil olunur. Məsələn: radioaparatlarda tək keyfiyyət göstəricisi kimi gərginlik U və cərəyan I götürülür. Kompleks göstəricisi kimi P=UI seçilə bilir. Müqayisəyə görə isə hazırlıq əmsalı da götürülür.

Burada T0 –işləməmə vaxtı; Tb –hazırlanma vaxtı

Əgər kompleks keyfiyyət göstəricisi üçün obyektiv funksional asılılıq yoxdursa, onu subyektiv üsulla asılılıq ifadə olunub. Hesabat orta cəmi prinsipi ilə ifadə edilir və aşağıdakı düsturlardan istifadə olunur:

1. Orta cəbri çəki

2. Orta harmonik çəki

3. Orta həndəsi çəki

burada Qi -keyfiyyət göstəricisi,

gi –çəki əmsalı.

Çəki göstəricisi aşağıdakı şərt daxilində təyin olunur

Belə hesab olunur ki, orta arifmetik çəki o vaxt tətbiq olunur ki, eyni cimsli tək göstəricilər olsun və səpələnməsi az olsun. Orta harmonik tək keyfiyyət göstəricilərinin çox səpələnməsi zamanı tətbiq olunur . orta həndəsi çəki üsulu o vaxt tətbiq olunur ki, tək göstəricilər qeyri cinsli (müxtəlif obyekt, məhsullar, xidmətlər) olsun. Belə halda göstəricilər nisbi qiymətlərlə ifadə olunur. Məsələn: voltmetrin metroloji xarakteristikaları verilir.

Yuxarı ölçü sərhəddi Q1=1000V, g1=0,2;

Dəqiqlik sinfi Q2=1,0, g2=0,6;

Hərəkətli hissənin sakitləşmə vaxtı Q3=1/S , g3=0,2;

Kompleks göstəricinin ifadə edən g1 ekspert qruppası tərəfindən alınıb, göstəricilər müxtəlif cinslidir. Ona görə kompleks şəklində ifadə edək. Normallaşdırılmış qiymətlərlə göstəriciləri yazaq



Orta cəbri çəki ifadəsindən istifadə edək

Təcrübi nümunə hazırlandıqdan sonra layihə edən kompleks göstəricisini verilmiş qiymətlə müqayisə edərək keyfiyyəti qiymətləndirir. İqtisadi səmərəlilik (kompleks göstəricilərin) keyfiyyətin inteqral göstəricisi ilə təyin olunur. Bu məhsulun istifadəsinin cəmi f.i.ə.-nın onun hazırlanması və istismarına sərf olunan qiymətə nisbəti kimi tapılır. Məsələn avtomobilin 1 km gedişinə sərf olunan xüsusi xərc:



burada 3c –avtomobilin kapital təmirinə qədər maya dəyəri;

3e avtomobilin kapital təmirinə qədər istismar xərci;

L- kapital təmirinə qədər getdiyi yol.


Keyfiyyət göstəricilərinin təyini metodları
Keyfiyyət göstəricilərinin qiymətini tapmaq üçün instrumental və ekspert metodları tətbiq olunur.

İnstrumental metod – o vaxt tətbiq olunur ki, keyfiyyət göstəricisi fiziki kəmiyyət olsun və ölçü vasitəsi olsun. Bu ölçü vasitəsi normallaşdırılmış metrioloji xarakteristikaya malik olmalıdır.

Ekspert metodu - keyfiyyət göstəricisinin qiymətləndirilməsində o vaxt tətbiq olunur ki, təxmini ölçü vasitəsinin işlənməsi mümkün olmur və ya iqtisadi səmərəli deyil. Bu erqonomik və estetik göstəricilərin qiymətləndirilməsində istifadə olunur (idman, elmin humanitar sahəsində).

Ekspert metodu –hiss üzvləri və sosioloji metodlara ayrılır. Erqonomik hiss üzvləri –göz, eşitmə, dad və s. vasitəsilə aparılır.

Sosial metod - əhalinin və bir qrup adamların fikrini öyrənməyə əsaslanır.
Ekspert komissiyasının formalaşdırılması

və attestasiyası
Ekspert bir nəfər ola bilər. Ancaq etibarlılığı artırmaq üçün bir neçə mütəxəssis götürülür. Ekspertlər testlərlə müəyyən sahələr üzrə yoxlanılır və seçilir. Hər ekspert xüsusi anket doldurur. Ekspertlər bir-birindən asılı olmayaraq qiymət verir. Komissiyanın formalaşdırılmasında ekspertlər özlərinə və başqalarına qiymət verirlər. Özünü qiymətləndirmədə ekspert müəyyən az zaman fasiləsində anket suallarını cavablandırır və onu düz cavablarla müqayisə edir. Qarşılıqlı qiymətləndirmədə isə həmin metod işlənir, lakin başqası sualları cavablandırır və qiymətləndirilir.

Komissiya obyektin keyfiyyətini qiymətləndirir.

Əgər ekspert komissiyanın qiymətləri əks mənalıdırsa etibarlılıq ehtimalı 0,95

burada -qiymətlərin orta cəbri qiyməti,

S-orta kvadratik fərqlənmə (qrupda qiymətlərin orta kvadratik fərqlənməsi),

-nın qiyməti cədvəldən götürülür. (etibarlılıq ehtimalı)
Cədvəl 1

Ekspertlərin sayı

3

4

5

6

7

8

9

10

əmsalı

1,15

1,46

1,67

1,82

1,94

2,03

2,11

2,18

Məsələn: m=10 ekspert qiymətləndirilib



3 saylı ekspert yüksək qiymət yazıb S=4,9. Cədvəldən götürülür 15-10,7<4,9∙2,18. Ona görə 3 saylı ekspertin qiyməti əks götürülür (sayılmır). Ekspert qrupunda fikirlərin uyğunluğu W vasitəsilə qiymətləndirilir. Bu ekspert qrupu üçün ümumi ranq korelyasiuya əmsalı ilə qiymətləndirilir:



burada M –ekspertlərin sayı;

n- qiymətləndirilən faktorlar;

W=0-1 qiyməti alar.



qiyməti cədvəldən götürülür.

Cədvəl 2

Ekspert


Qiymətləndirilən faktorlar

1

2

3

4

5

6

7

1

1

2

6

4

5

3

5

2

1

2

7

6

7

5

4

3

7

1

6

4

3

5

3

4

3

1

5

6

2

7

2

5

1

2

6

4

4

7

3

Ranqlarım cəmi

13

8

30

24

21

27

17

Ranqların orta qiymətdə fərqləri

-7

-12

10

4

1

7

-3


S fərq kvadratı

49

177

100

16

1

49

9

SKO-S=7,83 =0,526. Bu ekspertlərin uyğunluğunu göstərir. Ekspert qrupunda ekspertlərin sayı: məsləhət görülür m=7-20 qədər.




Ekspert qiymətlərinin alınma üsulu
Ekspertlərin fikri individual və ya qrup halında soruşulur. Qiymətləndirmədən əvvəl ekspertlərə aşağıdakı məsələlər qoyula bilər:

  1. Eyni cinsli obyektlərin ranjırovkası aparılır;

  2. Məhsulların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi şərti vahidlərlə aparılsın;

Ranjirovka sırasını qurmaq üçün obyektlərin cüt-cüt müqayisəsi aparılır. Obyektlər əvvəlcə cüt-cüt qiymətləndirilir və nəticədə böyük –kiçik , yaxşı-pis qiymətləndirilir. Sonra cüt-cüt qiymətləndirmə nəticəsinə görə ranjirovka edilir. Cədvəl 3-də 6 tələbə işi qiymətləndirilməldir . cütlər i və j , 0 və 1 qiymət yazılır.


i

j

Cəmi

1

2

3

4

5

6




1




1

0

1

1

1

4

2

0




0

1

1

1

3

3

1

1




1

1

1

5

4

0

0

0




0

0

0

5

0

0

0

1




0

1

6

0

0

0

1

1




2

Ranjirovka edilən sıra (qiymət şkalası)



burada Q –işin keyfiyyət qiyməti.

Miqdarı ekspert qiyməti üçün ölçüsüz şkala –balla və ya vahidə qədər verilir. Bal şkalası obyektin miqdar xarakteristikasını göstərir. Ballar vermək üçün aşağıdakılar aparılmalıdır:

1. Məhsulun maksimal bal qiyməti seçilir;

2. Hər keyfiyyət göstəricisinə görə ekspert çəki qiyməti qoyur;

3. Maksimal bal və çəki qiymətləri əsasında hər keyfiyyət göstəricisi qiymətləndirilir;

4. Qüsurlara görə bal qiyməti azaldıla bilər. Məsələn ideal tortun səthi keyfiyyəti 7 balla qiymətləndirilsə və kiçik səthi qüsurlara görə 2 bala kimi azaldıla bilər;

5. Keyfiyyət qiyməti sayı təyin olunur. Məsələn: əla, kafi və pis.


Məhsul keyfiyyətinə eksport qiymətlərinin analizi
Məhsul keyfiyyətinin qiymətləri analizi ona ümumiləşdirilən qiymət vermək üsuludur. Keçirilən qiymətlərin eynicinsliliyi yoxlamaq üçün ranqların ranqlar cəmi tapılır:

burada j-1,2,3...n ranqın nömrələri,

i- ekspert nömrəsinin sayı i=1,2,3...m;

m-ekspertlərin sayı;

Rij –hər ekspertin ranqı.



Qiymətlər massivi şərti daxilində eynicinslidir. Cədvəl 4-də kritik qiymət cəmi tapılır.
Cədvəl 4

Ekspert sayı

Ranqların miqdarı

3

4

5

6

7

8

9

2

6,6

1,2

2,2

3,6

5,0

7,1

9,7

3

12,6

2,6

4,7

7,6

11,1

15,8

21,6

4

21,7

4,5

8,1

13,3

19,7

28,1

38,4

5

33,1

6,9

12,4

20,8

30,8

43,8

60,0

6

47,0

9,8

17,6

30,0

44,4

63,1

86,5

7

63,0

13,1

23,8

40,7

60,5

85

11,5

8

81,7

17

29,8

48,3

73,2

105,0

145

9

102,6

21,4

37,5

60,9

92,8

135

185

10

126,1

26,3

46,2

75

113,8

160

225,0

Vuruq

10

100

100

100

100

100

100

Ekspertlərin ümumi qiyməti





Əgər qiymətlər uyğundursa işlənir, uyğun deyilsə ekspertlər qiymətlərlə tanış olur, onların klassifikasiyaları yüksəldilir. Ekspertiza təkrar aprılır.

Məsələn 5 ekspert 7 obyektə ekspertiza apararaq qiymətləndirilib

1 ekspert

2 ekspert

3 ekspert

4 ekspert

5 ekspert

Tələb olunur ranqların cəminə görə ranqlama sırası qurmalı və sıranın çəkisini tapmalı görə R=17956 tapılıb. Cədvəl Rkr=3080 tapılır. Şərt R>Rkr ödənir.

Hər obyekt üçün rankların cəmio tapılır

Q1 üçün 4+6+4+4+3=21

Q2 üçün 3+3+2+3+4=15

Q3 üçün 2+2+1+2+2=9

Q4 üçün 6+5+6+5+6=28

Q5 üçün 1+1+3+1+1=7

Q6 üçün 5+4+5+6+5=25

Q7 üçün 7+7+7+7+7+7=35



Çəki tapılır. Ranqların cəmi -140, çəki əmsalları



Standartların kənd təsərrüfatı məhsulları istehsalında tətbiqi və onların təsdiq edilmə qaydaları və etapları
Standartın kənd təsərrüfatında və müəssisələrdə tətbiq edilməsi və eləcədə standartın tətbiqinə nəzarət aşağıdakı ardıcıllıqla və etaplarla yerinə yetirilir:

  1. Yoxlamaya qədər vaxtından əvvəl materiallarla tanışlıq.

Bu etap əsas etap sayılır və yoxlamanın effektivliyini və məqsədini müəyyənləşdirir.

Bu etapdan müəssisə haqda və buraxılan məhsulun keyfiyyəti haqda məlumatlar toplanır:



  • müəssisənin əsas ixtisaslaşması;

  • ümumi buraxılan və keyfiyyəti yoxlanılan məhsulların xüsusi çəkisi;

  • məhsul nümunələrinin olması;

  • əvvəl aparılan yoxlamaların nəticələri;

  • məhsulların sınaq yoxlamalarının nəticələri;

  • reklamların olması.

  1. Müəssisələrdə tanışlıq.

Bilavasitə müəssisələrdə və kənd təsərrüfatı idarələrində keyfiyyəti yoxlanılan məhsullara aid kompleks normativ-texniki, konstruktor və texnoloji sənədlər yoxlanılır. O cümlədən tətbiq ediləcək standartların siyahısı, əmirlərin olması, sərəncamların və s. olması yoxlanılır. Istehsal olunan məhsulun standarta uyğun olması yoxlanılır.

Sənədlərin hazırlanması və yoxlanması zamanı buraxılan məhsulun keyfiyyətini müəyyənləşdirən standartların öyrənilməsi mühüm əhəmiyyət kəşf edir.



  1. İstehsal olunan məhsulun standartların tələbatına uyğun olduğunun yoxlanılması.

Müəssisələrdə buraxılan məhsulların standarta uyğun olması və keyfiyyətinin yüksək olmasını, məmulatların hazırlanma texnologiyası və s. yoxlanılır.

Məhsulun keyfiyyəti dövlət standartına uyğun olmalıdır. əgər dövlət standartı yoxdursa onda ərazi və ya respublika standartına uyğun olmalıdır. Məhsulun keyfiyyəti eyni zamanda işçi çertyojlarda, istehsalat instruksiyalarında və texnoloji xəritədə olan tələbatlarda cavab verməlidir.

Dövlət standartı olan halda məhsulun keyfiyyətini heç bir başqa standartla müqayisə etməyə icazə verilmir.


  1. Nəzarət-ölçü texnikasının vəziyyətinin yoxlanması qaydası.

Nəzarət-ölçü texnikasının vəziyyəti məhsulun keyfiyyətinin dövlət standartına uyğun olması ilə eyni vaxtda yoxlanılır.

Yoxlama zamanı aşağıdakı hallar nəzərə alınır:



  1. ölçmə texnikasının və metodikasının normativ-texniki sənədlərə və müasir tələblərə uyğun olması;

  2. ölçmə texnikasının düzgün istismarı;

  3. ölçmə texnikasında dövlət möhürünün olması;

  4. ölçmə texnikasının göstəricilərinin düzgün olması və texniki vəziyyəti.

Yoxlama zamanı xüsusi mexaniki laboratoriyalardan istifadə edilir.

  1. Müəssisələrin işinin standartlaşdırma oblastında yoxlanması.

Standartlaşdırma oblastında müəssisələrin işi yoxlanılarkən arada standartlaşdırma təşkilatlarının (şöbə, büro, qruplar, icraedici və s.) olması, strukturası, ştat cədvəli, mütəxəssislərin olması və s. yoxlanılır.

Müəssisənin fəaliyyət profilinə uyğun olan mövcud standartların olması, standartların tətbiqi üçün texniki-təşkilati planların olması yoxlanılır.

Yoxlama zamanı aşağıdakı faktorlara xüsusi fikir vermək lazımdır:


  1. normativ-texniki sənədlərə, təsdiq edilmiş və razılaşdırılmış standart layihələrə müəssisə tərəfindən əməl edilməsi;

  2. təsdiq edilmiş standartların tətbiqinə aid tədbirlərin yerinə yetirilməsi;

  3. standartla reklam edilməmiş məhsullara aid olan texniki sənədlərin vaxtında təsdiq edilməsi.

  1. Yoxlamanın başa çatdırılması.

Müəssisələrdə aparılan yoxlamalar başa çatdıqdan sonra orada olan çatışmamazlıqlar aşkara çıxarılır və çatışmamazlığı aradan qaldırmaq üçün müəssisəyə lazım olan tədbirlər həyata keçirilir. Belə ki, ölçü avadanlığı, xammallar, texniki sənədlər, layihələr və s. keyfiyyəti yüksəldilir və digər lazım olan tədbirlər həyata keçirilir.

Yoxlamanın nəticəsində aktlar tərtib edilir və həmin aktda texniki sənədlərin, məhsulların, xammalın keyfiyyəti, məmulatların keyfiyyəti, metroloji təminatın vəziyyəti və s. qeyd edilir.

Tərtib edilmiş aktlar tədbir görülmək üçün uyğun nazirliklərə və baş idarələrə göndərilir.


  1. Yoxlamanın nəticəsinin realizəsi.

Dövlət standart orqanları yoxlamadan sonra aşağıdakı tədbirləri görür:

  1. yoxlama zamanı normativ-texniki sənədlərə uyğun olmayan məhsulların realizəsi qadağan edilir;

  2. sistematik olaraq normativ-texniki sənədlərə uyğun olmayan məhsulların istehsalı dayandırılır və defekti aradan qaldırmaq üçün tədbirlər görülür;

  3. texniki sənədlərdə çatışmamazlıq olduqda Dövlət Standart Orqanları həmin səhvlərin düzəldilməsi üçün tədbirlər görür.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin