Proqramla bağlı sual və təkliflərinizi r



Yüklə 28,74 Kb.
tarix24.03.2020
ölçüsü28,74 Kb.
#102376


İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ PROQRAM

(4 və 5-ci təsnifat inzibati vəzifələr üzrə)

 

İnformasiya

İnformasiya anlayışı. İnformasiyanın növləri və təqdimolunma formaları. İnformasiyanın emalı. İnformasiyanın kodlaşdırılması. İnformasiyanın ölçü vahidləri. İnformasiya texnologiyaları və onların növləri. İnformasiya prosesləri.

Fərdi kompüterlər

Fərdi kompüterin növləri, quruluşu və iş prinsipi. Fərdi kompüterin əsas qurğuları və onların təyinatı. Yaddaş qurğuları. Periferiya qurğuları (printer, skaner və s.), onların təyinatı.



Fərdi kompüterlərin proqram təminatı

Sistem və tətbiqi proqram təminatı. Sistem proqram təminatının elementləri: əməliyyat sistemləri, xidməti proqramlar, arxivatorlar, antiviruslar və s. Tətbiqi proqram təminatının elementləri: mətn prosessorları, cədvəl prosessorları, elektron təqdimat proqramları, verilənlər bazasını idarəetmə sistemləri, şəbəkə proqramları və s. Piratçılıq. Elektron təhlükəsizlik.



Windows 7 əməliyyat sistemi (ingilis dilində interfeys)

Windows 7 Əməliyyat sisteminin tərkib hissələri, əsas anlayışları. Sistemin əsas obyektləri. Sistemin qrafik istifadəçi interfeysi. İş masası. İdarəetmə paneli. Sistemin əsas və kontekst menyusu. Qısayol (shortcut). Düymələrin kombinasiyaları. Disklər, qovluqlar və fayllar, onlar üzərində əməliyyatlar. Pəncərə tipləri, onların quruluşu və təyinatı. Ümumi təyinatlı standart proqramlar. Mübadilə buferi. Resurslardan istifadə hüquqları.



Microsoft Office Word 2010 (ingilis dilində interfeys)

Sənəd, onun quruluşu. Sənədin yaradılması, saxlanılması, çapı və mühafizəsi. Səhifə, onun quruluşu. Mətnin daxil edilməsi və redaktə edilməsi. Mətn fraqmentləri ilə iş. Mətnin tərtibatı. Mətndə orfoqrafik səhvlərin yoxlanması. Abzaslarla iş. Cədvəl, onun tərtibatı. Düymələrin kombinasiyaları. Obyektlər. Qrafik imkanlar. Menyu. Nişanlanmış (bullet) və nömrələnmiş siyahılar, onların tərtibatı. Səhifələrin nömrələnməsi.



Microsoft Office Excel 2010 (ingilis dilində interfeys)

İş kitabı, onun quruluşu. İş kitabının yaradılması, saxlanılması, çapı və mühafizəsi. İş vərəqi, onun quruluşu. İş vərəqləri üzərində icra olunan əməliyyatlar. Düymələrin kombinasiyaları. Obyektlər. Qrafik imkanlar. Diaqramların qurulması. Düsturlar, funksiyalar və onlardan istifadə qaydaları. Verilənlərin tipləri. Xanaların və cədvəlin tərtibatı. Menyu. Süzgəc, çeşidləmə (sorting).



Microsoft Office PowerPoint 2010 (ingilis dilində interfeys)

Təqdimat, onun quruluşu. Təqdimatın yaradılması, saxlanılması, çapı və mühafizəsi. Şablonlar. Slaydlarla iş. Mətnin tərtibatı. Obyektlər. Qrafik imkanlar. Cədvəllərlə iş. Slaydların canlandırılması (animation). Təqdimatların nümayişi. Menyu. Nişanlanmış (bullet) və nömrələnmiş siyahılar, onların tərtibatı.



Microsoft Office Access 2010 (ingilis dilində interfeys)

Verilənlər bazası, onun quruluşu. Verilənlər bazasının yaradılması, mühafizəsi. Cədvəllərin tərtib edilməsi. Sahələr. Verilənlərin tipləri və onlarla işləmə qaydaları. Formaların hazırlanması. Sorğuların hazırlanması. Hesabatların hazırlanması və çapı. Verilənlərin daxil edilməsi, axtarışı, silinməsi, çeşidlənməsi (sorting).



Kompüter şəbəkələri

Şəbəkə növləri. Əsas şəbəkə qurğuları. İnformasiya təhlükəsizliyi. Şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi üsulları və vasitələri. Lokal şəbəkənin əsas anlayışları. Lokal şəbəkələrin tətbiq sahələri. Lokal şəbəkənin idarə edilməsi. Şəbəkə resurslarından istifadə. Qlobal şəbəkələr.



İnternet

İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri. WWW xidməti. Əsas anlayışlar: hiper-mətn, hiper-keçid, veb-səhifə, veb-sayt, URL ünvan, domen adı, protokol (HTTP, FTP, SMTP, POP3 və s.). Veb-bələdçi. Elektron poçt. Telekonfrans. Ani məlumat mübadiləsi (Instant Messaging). İnformasiya axtarışı sistemləri. Sosial şəbəkələr. Azərbaycan Respublikasının dövlət və bələdiyyə orqanlarının internet saytları.



İnformasiya cəmiyyəti

İnformasiya cəmiyyəti anlayışı. İnformasiya cəmiyyətinə aid əsas beynəlxalq sənədlər. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasəti, bu sahədə həyata keçirilən dövlət proqramları. İnformasiya cəmiyyətinin inkişafının qiymətləndirilməsi üsulları, indikatorlar. İnformasiya fəzaları. İnformasiya resursları. İnformasiya inqilabları. İnformasiya mədəniyyəti.



Elektron dövlət

Elektron dövlət anlayışı. Elektron dövlətin elementləri. Elektron dövlətin qurulması istiqamətində beynəlxalq təcrübə. Elektron imza və elektron sənəd. Elektron sənəd dövriyyəsi. Azərbaycan Respublikasında elektron dövlətin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti. Elektron Azərbaycan. “Elektron hökumət” portalı.



Ədəbiyyat:

  1. Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – 8-ci sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. – Bakı, “Bakınəşr”, 2008, 128 səh.

2.     Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – 9-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. – Bakı, “Bakınəşr”, 2008, 128 səh.

3.     Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. – Bakı, “Bakınəşr”, 2009, 128 səh.

4.     Uşaqlar üçün ensiklopediya. İnformatika, Bakı, “Şərq-Qərb”, 2008, 616 səh.

5.     Abbasov Ə. M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və kompüterləşmənin əsasları. – Bakı, “MSV Nəşr”, 2006.

6.     Əliyev A.Y. İnformatika və proqramlaşdırma. – Bakı, “Mütərcim”, 2008, 404s.

7.     Əliyev Ə.Ə., Əliyev A.Y., Kazımov C.K. İnformatikanın əsasları. – Bakı, Mütərcim, 2008, 298 s.

8. Seyidzadə E.V. Magistraturaya hazırlıq-məntiq və informatika. İnformatika” TQDK dərs vəsaiti. Bakı-2015 Windows 7 –

Bakı/Azərbaycan. 2009:464

9. Seyidzadə E.V. Magistraturaya hazırlıq-məntiq və informatika. İnformatika” TQDK dərs vəsaiti. Bakı-2015 Microsoft Word 2010-

Bakı/Azərbaycan. 2009

10. Seyidzadə E.V. Magistraturaya hazırlıq-məntiq və informatika. İnformatika” TQDK dərs vəsaiti. Bakı-2015 Microsoft Excel 2010-

Bakı/Azərbaycan. 2009

11. Seyidzadə E.V. Magistraturaya hazırlıq-məntiq və informatika. İnformatika” TQDK dərs vəsaiti. Bakı-2015 Microsoft PowerPoint 2010- Bakı/Azərbaycan. 2009

12. Seyidzadə E.V. Magistraturaya hazırlıq-məntiq və informatika. İnformatika” TQDK dərs vəsaiti. Bakı-2015 Microsoft Access 2010-

Bakı/Azərbaycan. 2009

13. T. İbrahim-zadə, Y. Sərdarov “Kompüter şəbəkələrinin əsasları və proqram təminatı” – Bakı, 2008

14.  Calallı İ.C. Kompüter. Bunu öyrənməyə nə var ki! – Bakı, “NURLAR” NPM, 2008, 384 s.

15.  Gündüz O., Əfəndiyev Q., Rüstəmov N. Kompüter. İnformasiya texnologiyalarının əsasları. – Bakı, 2006, 304 s.

16.  Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası. – Bakı, “Elm”, 2003. 132 s.

17.  A.Babayev, E.Seyidzadə Fərdi kompüterlərin element vasitələri və periferiya qurguları, Bakı, Qafqaz Universiteti nəşrləri, 2008

18. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə İnformatika /Ali məktəb tələbələri üçün dərslik, Bakı, 2010

19.   Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron



Azərbaycan)

20. Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-



2012-ci illər)
Qeyd: İnformatika proqramına daxil olan mövzular müasir olduğu və bu sahəyə aid Azərbaycan dilində ədəbiyyat azlıq təşkil etdiyi üçün təqdim edilmiş ədəbiyyatla yanaşı internet resurslarından istifadə etməyi tövsiyə edirik.
Yüklə 28,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin