1. ÜMUMİ MÜDDƏALAR
1.1. Təcrübələrin keçirilməsinin məqsədi və növləri
Təqdim olunan proqramlar MAA-nın T.150.300 –
«Nəqliyyat radioavadanlığının texniki istismarı» ixtisası üzrə
təhsil alan tələbələrin bütün tədris müddəti ərzində tədris
prosesinin üzvi bir hissəsi olmaqla təcrübi hazırlıq prosesinin
həm metodiki-psixoloji, həm də istismar-texnoloji aspektlərini
əhatə edən əsas amillərə tam uyğun şəkildə işlənib
hazırlanmışdır.
Təcrübi hazırlıq prosesi Mülki Aviasiyanın (MA)
uçuşların radionaviqasiya, radiolokasiya və radiorabitə təminatı,
həmçinin yerüstü və bort radiotexniki və radioelektron
avadanlıqlarının metroloji və təmir-texniki xidməti ilə məşğul
olan uyğun MA müəssisələrində təcrübələrin təşkili və
keçirilməsi yolu ilə həyata keçirilir.
Təcrübi
hazırlığın keçirilməsinin əsas məqsədləri
aşağıdakılardır:
tədris prosesində mühazirə, laboratoriya və məşğələ
dərslərində alınan nəzəri biliklərin möhkəmləndirilməsi
və dərinləşdirilməsi;
mütəxəssisin ğələcək mühəndislik fəaliyyəti üçün zəruri
olan əsas təcrübi iş vərdişlərinin qazanılması;
MA müəssisələrində yerüstü və bort radiotexniki
avadanlıqlarının istismarı, xidmət olunması və cari təmiri
ilə bağlı əsas məsələlərin həlli;
əmək kollektivi şəraitində təşkilatçılıq və idarəçilik
işlərində təcrübənin toplanması;
nəqliyyat radioavadanlığının təmir-metroloji və istismar-
texniki xidməti ilə məşğul olan mütəxəssislərin
gələcəkdə perspektiv peşə inkişafını təmin etmək üçün
zəruri şəraitlərin yaradılması.
5
Qarşıya qoyulan məqsədlərdən və həll olunan
məsələlərdən, həmçinin, təhsilin konkret mərhələsindən asılı
olaraq müdavimlərin təcrübi hazırlığı aşağıdakı növlərə bölünür:
1. Tədris-tanışlıq təcrübəsi – I kurs
2. İstehsalat-texnoloji təcrübə – III kurs
3. Aerodrom-poliqon təcrübəsi – IV kurs
4. Diplomqabağı təcrübə – V kurs.
Dostları ilə paylaş: |