4. AERODROM-POLİQON TƏCRÜBƏSİ
4.1. Təcrübənin məqsədi və vəzifələri
Aerodrom-poliqon təcrübəsi 4-cü kurs müdavimlərinin
uçuşların yerüstü radiotexniki təminatı avadanlıqlarının cari
təmiri prosesi ilə, həmçinin bort radiotexniki avadanlıqların
ayrı-ayrı blok və qurğularının metroloji sınağının aparılması və
yoxlanılması prosesləri ilə dərindən tanış olması məqsədi ilə
aparılır.
Göstərilən təcrübənin keçirilməsi prosesində müdavimlər
uyğun radiosistemlərin təmirinin yerinə yetirilməsi ilə bağlı olan
öz
nəzəri
biliklərini
daha
da
möhkəmləndirməli
və
dərinləşdirməli, həmçinin, təmir istehsalatının texnologiyasının
təşkili məsələlərində istehsalat vərdişləri əldə etməlidirlər.
Aerodrom-poliqon təcrübəsinin əsas məsələlərindən biri
də uçuşların yerüstü radiotexniki təminatı avadanlıqlarının və
bort radiotexniki avadanlıqlarının təmiri və metroloji xidmət
olunması işlərində iştirak etməyə müdavimlərin cəlb edilməsi,
həmçinin, qeyd olunan əməliyyatların yerinə yetirilməsi zamanı
tərtib olunan əsas sənədlərin, təlimatların və reqlamentlərin
öyrənilməsidir.
Dostları ilə paylaş: |