17
5. DİPLOMQABAĞI TƏCRÜBƏ
5.1. Təcrübənin məqsədi və vəzifələri
Diplomqabağı
təcrübə
diplom
layihəsinin
yerinə
yetirilməsi ərəfəsində 5-ci kurs tələbələrinin nəzəri və təcrübi
hazırlığının bilavasitə tamamlayıcı mərhələsidir.
Diplomqabağı təcrübənin əsas məqsədi müdavimlərin
ümumi
mühəndis
və
ixtisas
fənlərini
öyrənərkən,
ixtisaslaşdırma fənləri üzrə aldığı biliklərinin dərinləşdirilməsi,
həmçinin gələcəkdə nəqliyyat radioavadanlığının istismarı
sahəsində birbaşa mühəndislik fəaliyyətini həyata keçirmək
üçün zəruri olan təcrübi və təşkilatı vərdişlərin əldə
olunmasından ibarətdir.
Diplomqabağı
təcrübənin
əsas
vəzifəsi
aviasiya
radiotexniki avadanlıqlarının təmiri və xidmət olunması üzrə
tam həcmdə təcrübi vərdişlərin əldə olunmasıdır. Bunun üçün
müdavimlər imtinaların axtarılması və onların yaranma
səbəblərinin
analizinin
aparılması
metodikasının
əsas
mərhələlərini mənimsəmək və həmçinin, diplom layihəsinin
mövzusunda
göstərilən
radiotexniki
qurğunun
işinin
təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrin işlənməsi də daxil
olmaqla ayrı-ayrı qovşaqların və blokların işinin gedişində
yaranan nasazlıqların aradan qaldırılması, onların texniki və
funksional xarakteristikalarının tədqiqi ilə bağlı məsələlərin
həllində iştirak etməlidirlər.
Dostları ilə paylaş: