1.2. Təcrübənin təşkili
Bu və ya başqa növ təcrübəyə rəhbərlik etmək üçün
MAA-nın uygun kafedralarından müəllimlər rəhbər təyin olunur
və onlar müəssisələrdən olan rəhbərlərlə birlikdə təqvim planını
- təcrübələrin keçirilməsi qrafikini tərtib edir, müdavimləri iş
yerlərinə (növbələrə, sahələrə, obyektlərə, laboratoriyalara,
sexlərə) paylaşdırır, onların fərdi tapşırıqlarını verir və müvafiq
nəzarəti aparırlar.
MAA-dan olan təcrübə rəhbəri aşağıdakıları təmin edir:
müdavimlər üçün zəruri olan sənədlərin vaxtında tərtib
olunmasını;
müdavimlərə uyğun MA müəssisəsinin rəhbərliyi
tərəfindən təsdiq olunmuş təcrübələrin keçirilməsi plan-
qrafikinin verilməsini;
metodiki göstərişlərdə nəzərdə tutulmuş fərdi
tapşırıqların müdavimlərə verilməsini;
müdavimlər tərəfindən zəruri olan müxtəlif təlimatların,
o cümlədən təhlükəsizlik texnikası üzrə təlimatın vaxtın-
da keçirilməsinə nəzarəti;
təcrübənin keçirilməsinin və gündəliklərin yazılmasının
müntəzəmliyinə nəzarət olunmasını.
İstehsalat təcrübəsinin həyata keçirilməsi istehsalatdan
olan rəhbərin birbaşa iştirakı ilə yerinə yetirilir. O, aşağıdakı
funksiyaları yerinə yetirir:
6
mühəndis-texniki personalın içərisindən daha peşəkar olan
şəxsləri təcrübi məşğələlərin aparılması və mühazirələrin
oxunması üçün ayırır;
təcrübəçi tərəfindən təcrübə plan-qrafikinin dəqiq yerinə
yetirilməsini təmin edir;
MAA-dan olan təcrübə rəhbəri ilə birlikdə təcrübənin
keçirilməsi keyfiyyətini qiymətləndirir və müvafiq
məqbulun qəbulunda iştirak edir.
Müdavimlərin birbaşa istehsalat prosesində iştirak
etmələrinə onlara yalnız iş yerlərində uyğun təlimatlar
keçirildikdən və onlar tərəfindən tam həcmdə təhlükəzislik
texnikası qaydaları mənimsənildikdən sonra icazə verilir və bu
da xüsusi curnalda qeyd olunur.
Təcrübənin keçilməsinin bütün dövrü ərzində müdavim
gündəlik və konspekt yazır və burada müntəzəm olaraq yerinə
yetirdiyi işlərin əsas məzmununu, bu və ya başqa növ
konstruktor
həllərinin
və
texnoloji
proseslərin
fərqli
xüsusiyyətlərini və fərdi tapşırıqların yerinə yetirilməsi üçün
zəruri olan vacib müşahidə və eksperiment nəticələrini qeyd
edir.
Konspektdə
tədqiq
olunan
yerüstü
və
bort
radiosistemlərinin zəruri sxemləri, həmçinin, istifadə olunan
stendlərin, radiotexniki avadanlıqların texniki xidməti və təmiri
zamanı istifadə olunan qurğuların və ləvazimatların cizgiləri
qeyd olunur.
Dostları ilə paylaş: |