10
3. İSTEHSALAT-TEXNOLOJİ TƏCRÜBƏSİ
3.1. Təcrübənin məqsədi və vəzifələri
İstehsalat-texnologiya təcrübəsi uçuşların yerüstü
radiotexniki təminatı avadanlıqlarının istismarı, metroloji
sınaqların aparılması və aviasiya radiotexniki qurğularının
köklənməsi texnologiyası ilə bağlı, eləcə də onların keyfiyyəti
və etibarlığı haqqında informasiyanın yığılması və işlənməsi
məsələlərində 3-cü kurs tələbələrinin qazandıqları nəzəri
biliklərin möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə
aparılır.
İstehsalat-texnoloji təcrübənin əsas məsələsi müdavimlərin
yerüstü və bort radiotexniki avadanlığının operativ və dövri
texniki xidmətinə həsr olunmuş işlərdə birbaşa iştirak etməyə
cəlb edilməsindən, həmçinin bu işlərin yerinə yetirilməsi zamanı
tərtib olunan əsas sənədlərin, təlimatların və reqlamentlərin
öyrənilməsindən ibarətdir.
Dostları ilə paylaş: