Prosessor onun funksiyaları və tərkibi haqqınd Piriyev Məftun
HMQ ilə idarəedici qurğu bir yerdə prosessor adlanır. İdarəedici qurğu kompyuterin bütün hissələrini idarəetmə qabiliyyətinə malikdir.. O kompyuterin istənilən qurğusuna “nə et” siqnalı göndərir.İstənilən qurğudan isə əçəliyyatın yerinə yetirilməsi nəticəsini bildirən və yaxud da qurğunun vəziyyətini təyin edən məlumat qəbul edir. Kompyuter yaddaşında yerinə yetirilə biləcək növbəti komanda program counter-PC registrində saxlanılır. (PC-proqram sayğacı) . Yerinə yetirilən əmrin kodu isə RC kod registrində yadda saxlanılır. Əməliyyatın nəticəsini bildirən informasiyalar isə status registrində- İR -də yadda saxlanılır.
Bu registrdə hər bir bit müəyyən vəziyyəti xarakterizə edən hala müvafiq olaraq sıfır-1 qiyməti ala bilir. Bu hallara uyğun olaraq 1 bit sıfıra bölməni ,1 bit nəticənin sıfır olduğunu , 1 bit nəticənin müsbət olduğunu,1 bit nəticənin mənfi olduğunu , 1 bit əməliyyatın kodunun səhv olduğunu və.s bildirir. Proqram sayğacı registrinin qiymətini yerinə yetirilən koduna müvafiq olaraq qiymət qədər hər dəfə ardıcıl yerinə yetirildikcə artır.
Şərti operator yerinə yetirildikdə isə şərtdən asılı olaraq proqram counterin qiyməti şərtə müvafiq ünvanın qiyməti ilə əvələnir.
Magistral modulu prinsipi əsasında EHM -in qurulması
Müasir fərdi kompüterlərin arxitekturası magistral modul prinsipinə əsaslanır . Modul prinsipi istifadəçiyə kompüterin konfiqurasiyasını isədiyi kimi kompleksləşdirməyə və modelləşdirməyə imkan yaradır. Magistral prinsipi kompüterin qurğularını bir-birilə informasiya magistralı (sistem magistralı) vasitəsilə birləşdirməyə imkan yaradır. Belə bir suala baxaq:Prosessor verilənləri haradan götürür?- Operativ yaddaşdan . Prosessor yeerinə yetirdiyi əməliyyatların nəticələrini müvəqqəti olaraq operativ yaddaşda,daimi olaraq yaddaşda saxlamaq üçün daimi yaddaşda saxlayır. Kompüteri söndürüb yandırdıqdan sonra operativ yaddaşdakı bütün məlumatlar silinir. Bu kompüterə verilənlər giriş qurğuları vasirtəsilə daxil edilir. Giriş qurğularına klaviatura,Mouse,skayner,web kamera,mikrofon vəs. aiddir. Kompüterdə hesablamalar nəticəsində alınmış məlumat istifadəçiyə çıxış qurğuları vasitəsilə ötürülür . Çıxış qurğularına printerlər,ploterlər,səs ucaldıcılar,və s. aiddir.Aşağıdakı qurğular həm giriş,həm də çıxış qurğularıdır:
Haşkartlar,harddisklər,CDR,DVD,RW və s.
Fərdi kompüterin əsas hissələri sistem blok deyilən qutunun içərisində yerləşdirilib. Sistem blokunn daxilində olan qurğuları bir-birilə əlaqələndirmək üçün anaplatanın istifadə olunur. Sistem şin anaplatanın üzərində yerləşir . Bundan əlavə anaplata üzərində digər qurğularla informasiya mübadiləsi aparmaq üçün onların kontrollerləri (adapterlər) yerləşdirilə bilər.
Magistral xətt əsasən 3 çoxdərəcəli şindən ibarətdir:
Verilənlər şini
Ünvanlar şini
İdarəetmə şini
Verilənlər şini vasitəsilə verilənlər kompüterin blokları arasında mübadilə edilir. Ünvanlar şini vasitəsilə qurğuların ünvanları və yaxud prosessorun istifadə edəcəyi yaddaşın oyuğunun ünvanı ötürülür . İdarəetmə şini vasitəsilə informasiya dəyişməsinin dəyişmə xarakteri ötürmə siqnalı ilə təyin olunur.. Bu şinlərin iş prinsipini aşağıdakı kimi misalla müqayisə etmək olar . Bu dəmir yolunun iş prinsipinə uyğundur.Burada verilənlər şini yük vaqonlarına,ünvan şini qatarın maşinistinə, idarəetmə şini isə qatarın rəisinə uyğundur. Verilənlər şini iki istiqamətli şindirş Başqa sözlə bu şin vasitəsillə məlumatlar həm ötürülə,həm qəbul ediləbilər. (qurğudan prosessora,prosessordan qurğuya ). Ötürmə sürəti şinin enindən,başqa sözlə onun dərəcələrindən asılıdır. Bu şinin dərəcələrinin sayı prosessorun neçə dərəcəli olmasını müəyyənləşdirir .
Ünvan şini vasitəsilə ,əsasən siqnallar prosessordan qurğuya ötürülə bilər və onun da dərəcələrinin sayı 64 bitə qədər olur. Ünvan şininin eni kompüterin ünvanlana bilən maksimum operativ yaddaşını müəyyən edir. Əgər ünvan şininin dərəcələrinin sayı m dirsə onda operativ yaddaşın maksimum ünvanlana bilən hissəsi
m
M=2 qədər ola bilər. Magistral şin kompüterdə standart olaraq ana plata üzərində eyni bir yerdə yerləşdirilmir. Prosessorla operativ yaddaş və video yaddaş arasındakı əlaqə operativ yaddaşın kontrellerfi tərəfindən həyata keçirilir. Bu kontrollerlərə şimal körpüsü də deyilir.”Şimal körpüsü” ilə periferiya qurğuları arasındakı əlaqəni həyata keçirmək üçün periferiya qurğularının kontrolleri vasitəsi həyata keçirilir. Perferiya quğularının kontrollerinə “cənub körpüsü” deyilir. “Cənub körpüsü” nə xarici qurğuların kontrollerləri birləşdirilir. Bu kontrollerlər aşağıdakı kimi şinlər qrupundan təşkil olunur.
I AGP (gücləndirilmiş qrafik port) şini vasitəsilə monitor və yaxud videoproyektor “şimal körpüsü” nə birləşdirilir. AGP şinləri son zamanlar “cənub körpüsü” nə birləşdirən PCI expressşinləri vasitəsilə əvəz olunur. PCI Express şini vasitəsilə kompüterə monitor ,proyektor və TV tunerlər vasitəsilə birləşdirilə bilirlər. PCI şinləri vasitəsilə şəbəkə xarici modemlər ,səs kartları(audio kartlar) və rəqəmsal qurğuları qoşmaq üçün istifadə olunan kontrollerlər qoşula bilir. SATA şini vasitəsilə vinçestrlər və optik qurğular kompüterə birləşdirilir.
( Vinçestr və optik qurğular əvvəllər əsasən köhnə IDE şinləri vasitəsilə kompüterə birləşdirilirdi).
Bundan əlavə “cənub körpüsü” nə bir çox xarici qurğuları qoşmaq üçün portlar birləşdirilib. Bunlara siçan və klaviaturanı qoşmaq üçün PS\2 istifadə olunur . Klaviatura,siçan,printer,modemləri qoşmaq üçün istifadə olunan qurğulara komportlar deyilir. Printerləri qoşmaq üçün lpt portalrı,USB portları istənilən periferiya qurğularını qoşmaq üçündür.
İzlədiyiniz üçün TƏŞƏKKÜRLƏR!