Protokol u bakı şəhəri “ ” 2012-ci IL Təsis yığıncağında iştirak edirlər



Yüklə 25,15 Kb.
tarix22.10.2017
ölçüsü25,15 Kb.
#11215

__________________________” İctimai Birliyinin
təsis yığıncağının


P R O T O K O L U

Bakı şəhəri “____” ________2012-ci il

Təsis yığıncağında iştirak edirlər:

“(İctimai birliyin adı)” İctimai Birliyinin təsisçiləri:



  1. Soyadı, adı, atasının adı oğlu/qızı

  2. Soyadı, adı, atasının adı oğlu/qızı

  3. Soyadı, adı, atasının adı oğlu/qızı

  4. Soyadı, adı, atasının adı oğlu/qızı



TƏSİS YIĞINCAĞININ GÜNDƏLİYİ:

1. “(İctimai birliyin adı)” İctimai Birliyinin təsis yığıncağının sədrinin və katibinin seçilməsi

2. “(İctimai birliyin adı)” İctimai Birliyinin təsis edilməsi və onun Nizamnaməsinin təsdiq edilməsi

3. “(İctimai birliyin adı)” İctimai Birliyinin ləğvi və yenidən təşkili qaydaları ilə bağlı məsələlər

4. Qanuni təmsilçinin müəyyən edilməsi və Birliyin dövlət qeydiyyatı ilə bağlı məsələlər

D İ N L Ə N İ L D İ


  1. Təsis yığıncağının gündəliyi haqqında “(ictimai birliyin adı)” İctimai Birliyinin təsisçilərindən biri (soyadı, adı, atasının adı oğlu/qızı) məlumat verərək yığıncağın sədrliyinə özünün, katibliyinə isə digər təsisçi (soyadı, adı, atasının adı oğlu/qızı) namizədliyini irəli sürdü.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. (Soyadı, adı, atasının adı oğlu/qızı) təsis yığıncağının sədri, (soyadı, adı, atasının adı oğlu/qızı) isə yığıncağın katibi seçildi.

Daha sonra (soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) bildirdi ki, son vaxtlar qeyri-hökumət təşkilatları respublikanın ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. (Soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) “(ictimai birliyin adı)” İctimai Birliyinin təsis edilməsi niyyətindən danışdı. O, Birliyin nizamnamə məqsədlərinin (nizamnamə məqsədləri yazılır)______________ olduğunu bildirdi. (Soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) yığıncaq iştirakçılarını birliyin nizamnaməsi ilə tanış etdi.

Digər təsisçilər də belə bir ictimai birliyin yaradılmasını zəruri hesab etdiklərini və onun Nizamnaməsində göstərilən müddəalarla razı olduqlarını bildirdilər. Sonra birliyin nizamnaməsi səsə qoyuldu və nizamnamə yekdilliklə qəbul edildi.

Gündəlikdəki ikinci məsələ üzrə məlumat verən (soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) bildirdi ki, bu iclasda İctimai Birliyin təsis edilməsi, onun Nizamnaməsinin təsdiq edilməsi və onun birləşməsi, ayrılması və bölünməsi zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin, habelə Birliyin ləğvi şərtləri müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir. O, təklif etdi ki, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin və Birliyin ləğvinin şərtləri müvafiq qanunvericiliyə və bu İctimai Birliyin Nizamnaməsinə uyğun müəyyən edilsin. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Daha sonra gündəlikdə müvafiq olaraq birliyin qanuni təmsilçisinin və İdarə Heyəti üzvlərinin seçilməsi müzakirə edildi. (Soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) Birliyin İdarə Heyətinin sədrliyinə və qanuni təmsilçiliyinə özünün namizədliyini irəli sürdü, habelə Birliyin İdarə Heyəti üzvlüyünə bütün təsisçilərin daxil olmasını təklif etdi.

Təklif səsə qoyuldu və (Soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) yekdilliklə “(İctimai birliyin adı)” İctimai Birliyinin İdarə Heyətinin sədri və qanuni təmsilçisi, eləcə də bütün təsisçilər Birliyin İdarə Heyətinin üzvləri seçildi.

(Soyadı, adı, atasının adı oğlu/qızı-sədrlik edən) gündəlikdə duran dördüncü məsələ ilə bağlı təklif etdi ki, “(ictimai birliyin adı)” İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər qısa müddət ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin və bu işlərin həyata keçirilməsi, o cümlədən ərizələrin imzalaması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, hazır olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə qanuni təmsilçi kimi onun özünə həvalə edilsin.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.


“(İctimai birliyin adı)” İctimai Birliyinin təsisçilərinin yığıncağında gündəlikdəki bütün məsələlər müzakirə edilərək

Q Ə R A R A A L I N D I:

1. “(İctimai birliyin adı)”İctimai Birliyi təsis edilsin və onun Nizamnaməsi təsdiq edilsin.


2. “(İctimai birliyin adı)” İctimai Birliyinin ləğvi və yenidən təşkili ilə bağlı Nizamnamədə aşağıdakı müddəalar müəyyən edilsin:
“7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çerilmə) və ya onun ləğv edilməsi yolları ilə xitam verilir.

7.2. Birliyin başqa təşkilatın ona birləşmə və qoşulma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan hesab edilir.

7.3. Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

7.4. Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

7.5. Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

7.6. Birliyn ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.”


3. Birliyin təsisçiləri (soyadı, adı, atasının adı oğlu/qızı), (soyadı, adı, atasının adı oğlu/qızı), (soyadı, adı, atasının adı oğlu/qızı) və (soyadı, adı, atasının adı oğlu/qızı) Birliyin İdarə Heyətinin üzvləri seçilsinlər.
4. (Soyadı, adı, atasının adı oğlu/qızı) Birliyin İdarə Heyətinin sədri seçilsin və Birlik adından qanuni təmsilçilik hüququ ona verilsin.

5. Birliyin təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.


6. Birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalaması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, hazır olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə (soyadı, adı, atasının adı oğlu/qızı) tapşırılsın.

Gənc İş Adamları Klubu” İctimai Birliyinin təsisçiləri:




  1. (Soyadı, adı, atasının adı oğlu/qızı) ________________________(sədrlik edən)

  2. (Soyadı, adı, atasının adı oğlu/qızı) ________________________

  3. (Soyadı, adı, atasının adı oğlu/qızı) ________________________(katib)

  4. (Soyadı, adı, atasının adı oğlu/qızı) ________________________

Yüklə 25,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin