Psixiatriya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Şizofreniya
1) Bugünkü gündə şizofreniyanın etiopatogenezində mühüm rol oynadığı hesab olunur:
A) Psixososial faktorlar
B) Sadalanan faktorlardan heç biri
C) Genetik faktorlar
D) Sadalanan bütün faktorlar
E) Bətndaxili inkişafla bağlı faktorlar
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
2) Şizofreniyanın daha tez-tez rast gəlinən forması hansıdır?
A) Sadə şizofreniya
B) Paranoid şizofreniya
C) Hebefrenik şizofreniya
D) Diferensasiya edilməmiş şizofreniya
E) Katatonik şizofreniya
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
3) Şizofreniya gedişatının hansı növü XBT-10 psixi və davranış pozuntuları təsnifatından çıxarılmışdır?
A) Epizodik stabil qüsurlu
B) Epizodik artan qüsurlu
C) Fasiləsiz
D) Az proqredientli (süstgedişli)
E) Epizodik remittent (rekurrent)
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
4) Şizofreniya simptomlarının təzahürünün azalması fonunda, 2 həftə müddətində depressiya simptomlarının inkişafına hansı diaqnoz qoyulmalıdır?
A) Postşizofrenik depressiya
B) Qalıq (rezidual) şizofreniya
C) Şizotipik pozuntu
D) Şizoaffektiv pozuntu, depressiv tip
E) Psixotik əlamətlərlə ağır depressiya epizodu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
Dostları ilə paylaş: |