431) Aşağıdakılardan hansı dofaminin xüsusiyyətlərinə aid deyil?
A) Noradrenalinin sələfidir
B) Metilləşdirilmə və turşulaşdırma yolu ilə inaktivləşir
C) Xolin amin-turşusundan sintez olunur
D) İnaktivasiya zamanı homovanilin turşusuna çevrilir
E) Monoaminoksidaza (MAO) fermenti ilə inaktivləşir
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
432) Serotoninin xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Monoaminoksidaza (MAO) fermenti ilə parçalanır
B) Tirozin amin-turşusundan sintez olunur
C) Parçalanma zamanı 5-hidroksindol sirkə turşusuna çevrilir
D) Mərkəzi sinir sisteminin mediatorudur
E) Serotoninin mərkəzi sinir sistemindəki defisiti depressiyaya səbəb olur
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
433) Xolinergetik neyronların çatışmazlığı aşağıdakı xəstəliklərdən hansında müşahidə olunur?
A) Epilepsiya
B) Daun xəstəliyi
C) Altsheymer xəstəliyi
D) Parkinsonizm
E) Affektiv psixozlar
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
434) Serebrospinal mayedəki hovovanilin turşusu hansı mediatorun metabalizminin yekun maddəsidir?
A) Mərkəzi sinir sistemindəki serotonin
B) Mərkəzi sinir sistemindəki triptamin
C) Periferik sinir sistemində noradrenalin
D) Mərkəzi sinir sistemindəki dofamin
E) Mərkəzi sinir sistemindəki noradrenalin
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
Dostları ilə paylaş: |