Psixiatriya


) Özünü dramatikləşdirmə, teatrallıq, emosiaların daha qabarıq ifadə edilməsi hansı şəxsiyyət pozuntusuna xasdır?



Yüklə 1,11 Mb.
səhifə70/381
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#103273
1   ...   66   67   68   69   70   71   72   73   ...   381
171) Özünü dramatikləşdirmə, teatrallıq, emosiaların daha qabarıq ifadə edilməsi hansı şəxsiyyət pozuntusuna xasdır?

A) Şəxsiyyətin dissosial pozuntusuna

B) Şəxsiyyətin histerik pozuntusuna

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna

D) Emosional davamsız şəxsiyyət pozuntusuna

E) Şəxsiyyətin təşviş pozuntusuna


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
172) Başqalarının hisslərinə qarşı soyuqqanlılıq, məsuliyyətsizliyin kobud və dayanıqlı vəziyyəti, sosial qayda və vəzifələrə qarşı biganəlik, frustrasiyalara qarşı çox aşağı tolerantlıq, zəif qıcıqlara aqressiv reaksiya hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin dissosial pozuntusu

B) Şəxsiyyətin isterik pozuntusu

C) Emosional davamsız şəxsiyyət pozuntusu (sərhədli tip)

D) Şəxsiyyətin başqasından asılılığı pozuntusu

E) Emosional davamsız şəxsiyyət pozuntusu (impulsiv tip)


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
173) Moda evində çalışan 26 yaşlı qadın parlaq geyimdə və mürəkkəb saç düzümündə “nervoz” şikayəti ilə həkimə müraciət edib. Aramsız danışsa da konkret problemlərdən deyil, tez-tez “Hər şey qaydasına düşəcəkmi?” sualını verir. Daha çox ehtimal olunan diaqnoz hansıdır?

A) Şəxsiyyətin başqasından asılılığı pozuntusu

B) Şəxsiyyətin təşvişli yayınan pozuntusu

C) Depressiv pozuntu

D) Şəxsiyyətin dissosial pozuntusu

E) Şəxsiyyətin isterik pozuntusu


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
174) İntihar hədələri və ya özünə zərəryetirmə aktları ilə müşahidə edilən təkrarlanan emosional böhranlara gətirən xroniki daxili boşluq hissi və gərgin münasibətlərə daxil olmağa meyillilik hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin isterik pozuntusu

B) Emosional davamsız şəxsiyyət pozuntusu

C) Şəxsiyyətin dissosial pozuntusu

D) Şəxsiyyətin təşvişli pozuntusu

E) Bütün cavablar doğrudur


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
175) Öz həyatındakı vacib qərarların əksər hissəsini başqalarının üzərinə atmaq cəhdi, müstəqil həyat tərzi sürə bilməmək, hədsiz qorxu səbəbindən tənhalıqdan rahatsızlıq və köməksizlik hissi, atılmaqdan və bununla sıx əlaqədar olan özü ilə tək qalma qorxusu hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin isterik pozuntusu

B) Emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusu

D) Şəxsiyyətin təşvişli pozuntusu

E) Şəxsiyyətin anankastik (obsessiv-kompulsiv) pozuntusu


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   381




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin