167) Aşağıda sadalanan şəxsiyyət pozuntularından hansı XBT-10 F60 rubrikasına (yetkin yaşda şəxsiyyət və davranış pozuntusu) daxildir?
A) Şəxsiyyətin ekspansiv pozuntusu
B) Şəxsiyyətin isterik pozuntusu
C) Şəxsiyyətin distimik pozuntusu
D) Şəxsiyyətin senzitiv pozuntusu
E) Şəxsiyyətin sikloid pozuntusu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
168) Şəxsiyyətin bütün spesifik pozuntu diaqnozlarını qoymaq üçün aşağıda sadalananlardan hansı, Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışının (XBT-10) ümumi diaqnostik göstərişlərinə aid deyil?
A) Çoxdan yaranmış və psixi xəstəliyin epizodları ilə məhdudlaşmayan anormal davranış üslubunun xroniki xarakteri
B) Şəxsi dəyişikliklər baş beyinin geniş zədələnməsi və xəstəlik səbəbindən baş verir
C) Anormal davranış bütün sahələri əhatə edir. Bu davranış geniş diapazonlu şəxsiyyət və sosial situasiyalara olan adaptasiyanı kəskin pozur
D) Bütün cavablar doğrudur
E) Affektivlik, oyanıqlıq, istəyə nəzarət, qavrama və təfəkkür prosesləri kimi adətən bir neçə fəaliyyət sahəsini özündə birləşdirən şəxsiyyət pozisiyaları və davranışında gözə çarpan disharmoniya
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
169) 35 yaşlı qadın həkimə deyir: “İşdə insanlar daim əşyaları yerə salır, mənə mane olmaq üçün səs-küy edirlər və rəhbərliyi həmişə mənim əleyhimə qaldırmağa çalışırlar”. Sayıqlama və hallüsinasiyalar qeydə alınmayıb. Daha çox ehtimal edilən diaqnoz hansıdır?
A) Şəxsiyyətin paranoid pozuntusu
B) Şəxsiyyətin təşvişli pozuntusu
C) Obsessiv-kompulsiv pozuntu
D) Şəxsiyyətin anankastik pozuntusu
E) Paranoid şizofreniya
Ədəbiyyat: Когнитивная психотерапия расстройств личности. Под редакцией А.Бека и А. Фримена. Перевод с английского. Издательский дом «Питер»; 2002 год.
170) Həddindən artıq vicdanlılıq, detallara həddindən artıq diqqətlilik, şəxslərarası əlaqələrə və zövqə zərər verməklə qeyri-adekvat qayğıkeşlik, həmçinin məsələlərin başa vurulmasına mane olan perfeksionizm (mükəmməllik) hansı şəxsiyyət pozuntusuna aiddir?
A) Şəxsiyyətin anankastik (obsessiv-kompulsiv) pozuntusuna
B) Şəxsiyyətin paranoid pozuntusuna
C) Şəxsiyyətin təşvişli (yayınan) pozuntusuna
D) Şəxsiyyətin dissosial pozuntusuna
E) Şəxsiyətin şizoid pozuntusuna
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |