221) Şəxsiyyətin şizoid pozuntusunu daha çox şizofreniyanın hansı forması ilə diferensasiya edirlər?
A) Katatonik forma ilə
B) Paranoid forma ilə
C) Sadalanan bütün formalarla
D) Adi forma ilə
E) Heberfrenik forma ilə
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
222) Tənhalıqdan yaxa qurtarmaq üçün ciddi münaqişələrlə nəticələnən bir neçə eşq macərası yaşamış 26 yaşlı xəstə qadın xroniki daxili boşluq hissi və şəxsi həyatdakı uğursuzluq səbəbindən baş tutmayan intihar cəhdi ilə stasionara daxil oldu. Hansı şəxsiyyət pozuntusu diaqnozu qoyulmalıdır?
A) Emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)
B) Şəxsiyyətin təşvişli yayınan pozuntusu
C) Şəxsiyyətin başqasından asılılığı pozuntusu
D) Şəxsiyyətin isterik pozuntusu
E) Şəxsiyyətin dissosial pozuntusu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
223) Quldurluq və heroin satışına görə azadlıqdan məhrum edilmiş, növbəti dəfə zorlama cəhdinə görə saxlanılan 30 yaşlı kişi öz hərəkətlərinin izahı kimi hadisənin qurbanın “ciddi” münasibət qurmasına “özü işarə verdiyini” bildirib. Söhbət hansı şəxsiyyət pozuntusundan gedə bilər?
A) Şəxsiyyətin isterik pozuntusu
B) Şəxsiyyətin paranoid pozuntusu
C) Şəxsiyyətin başqasından asılılığı pozuntusu
D) Şəxsiyyətin şizoid pozuntusu
E) Şəxsiyyətin dissosial pozuntusu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |