psixoterapiya və psixokorreksiyada istifadə edilən üsulları əhatə etməlidir. •
Onların hər birinin metodologiyası pozğunluqların baş vermə mexanizmini, sosial mühitlə qarşılıqlı əlaqəsini, inkişafı və fəaliyyət qanunauyğunluqlarını əhatə edən müəyyən nəzəriyyəyə əsaslanır. •
Bunlar psixodinamik, davranış, koqnitiv, bədənyönümlü istiqamətdə ekzistensial psixologiya və psixoterapiya, tranzak analiz və s. üsullarıdır. •
Psixogigiyenik və psixoprofilaktik məqsədlər üçün qrup, həm də fərdi üsullarından istifadə etmək məqsədəuyğundur.
•
Əlbəttə, söhbət insanın müalicəsindən yox, onun psixoloji sabitliyinin gücləndirilməsindən getdiyindən, bütün üsullardan yox, yalnız subyektin özü, onun imkanları və məhdudiyyətləri haqqında biliklərini genişləndirməyə imkan verən üsullardan istifadə etmək lazımdır. •
Bunlar fərdin dinamik inkişafına, özünütənzimləməni təkmilləşdirməyə, daha tez adaptasiya, əmək və digər problemlərin həllində daha böyük uğurlar əldə etməyə imkan verən üsullardır.
İncəsənətə və yaradıcılığa əsaslanan müalicə üsulları •
Bu qrupa art-terapiya üsulları (rəsm, rəssamlıq və heykəltəraşlıqda özünüifadə), musiqi, xalq müsiqisi, rəqs, vokal, dram, nağıl terapiyası, sənətkarlıq və s. üsullar aiddir. •
Bunlar, xüsusən musiqi terapiyası təhlükəsizdir, istifadəsi sadə və asandır, nəzarət etmək mümkündür, çox vaxt tələb